
QAREis. [ər.] köhn. 1. Oxucu, mütaliəçi. Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Ey möhtərəm qarelərim, topladığım bu əşar; Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır. A.Səhhət. Füzulinin ah və nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmlə yandırır. F.Köçərli.
2. din. Avaz və qiraətlə Quran oxuyan adam. Qare yorulanda uşaqlardan biri sonuncu ayəni bərkdən təkrar edər və qare üçün dincəlməyə imkan yaradardı. H.Sarabski. Paylaşın - Hamı bilsin
|