QƏSR (ID - 24800)is. [ər.] Imarət, padşah sarayı. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlimə Xatun ilə oturub söhbətə məşğul idi. M.F.Axundzadə. Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı...
|
QƏSSAB (ID - 24801)is. [ər.] Qoyun, mal və s. kəsib ətini satmaqla məşğul olan adam. Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verib qəssab Şamilə. C.Məmmədquluzadə. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə...
|
QƏSSABBAŞI (ID - 24802)is. köhn. Baş qəssab. Əti də Şeyx Şəban hər qəssabdan almazdı. Qəssabbaşı Imaməli ilə müştəri idi. Ə.Haqverdiyev.
|
QƏSSABXANA (ID - 24803)is. [ər. qəssab və fars. ...xanə] köhn. Böyük qəssab dükanı, ət satılan yer.
|
QƏSSABLIQ (ID - 24804)is. Qəssab sənəti, peşəsi. [Afşin:] Ya əmirəlmömin, qəssablıq nə böyük hünər imiş ki, sən Ishaq ibn Ibrahimi mükafatlandırırsan! Ə.Məmmədxanlı.
|
QƏSVƏT (ID - 24805)is. [ər.] Hüzn, qəm, kədər, ürək sıxıntısı. [Külək] yarıqaranlıq komanda məntəqəsini boğaz acışdıran hislə bərabər, ürəksıxan soyuq bir qəsvətlə doldurdu. Ə.Əbülhəsən.
|
QƏŞƏNG (ID - 24806)sif. [fars.] Görünüşcə çox gözəl, bəzəkli, insanda bədii təsir oyadan. Qəşəng ev. Qəşəng mənzərə. Qəşəng paltar.
Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar kolun dalısında Sona xanım qəşəng səfər paltarını... |
QƏŞƏNGCƏ (ID - 24807)sif. Çox qəşəng, çox yaxşı, çox gözəl. Qəşəngcə uşaq. - Aynalı şifoner, qoz ağacından tualet bu otağa .. qəşəngcə bir görkəm verirdi. Ə.Əbülhəsən. // Zərf mənasında. Qəşəngcə geyinmək. - ..Bunları mən çox yaxşıca...
|
QƏŞƏNGİ (ID - 24808)is. [fars.] mus. Azərbaycan xalq oyun havalarından birinin adı.
|
QƏŞƏNGLƏNMƏ (ID - 24809)“Qəşənglənmək” dən f.is.
|
QƏŞƏNGLƏNMƏK (ID - 24810)bax qəşəngləşmək.
|
QƏŞƏNGLƏŞMƏ (ID - 24811)“Qəşəngləşmək” dən f.is.
|
QƏŞƏNGLƏŞMƏK (ID - 24812)f. Daha da qəşəng olmaq, gözəlləşmək. [Qəhrəman] ucalmış, qara saçları daha da sıxlaşmış, özü də dəyişib qəşəngləşmişdi. S.Rəhimov.
|
QƏŞƏNGLİK (ID - 24813)is. Qəşəng şeyin halı; gözəllik, gözəşirinlik. [Cəmilənin] sıx qara saçları .. sifətinə bir qəşənglik, bir yaraşıq verir. S.Rəhimov.
|
QƏŞŞ (ID - 24814)is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. □ Qəşş etmək (eləmək)
1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün... |
QƏT (ID - 24815)[ər.]: qət etmək - 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli;
həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. - Iki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək.... |
QƏTA (ID - 24816)[ər.] köhn. bax qətiyyən. Ahim etməz heç əsər qəta sənə. Əmani. Məhəmməd Həsən əmi dünya malına əsla və qəta talib deyil.. C.Məmmədquluzadə.
|
QƏTAR (ID - 24817)[ər.] bax qatar1. Nalan qəmieşqi-yardənsən; Sən dəxi bizim qətardənsən. Füzuli.
|
QƏTEDİCİ (ID - 24818)sif. 1. Kəsici, qət edən. Qətedici xətt.
2. Həlledici, axırıncı; son. Qətedici söz. |
QƏTƏN (ID - 24819)[ər.] köhn. bax qətiyyən. Belə insan kimi danışmağı mən; Sanki unutmuşdum ol zaman qətən. A.Səhhət.
|
QƏTFƏ (ID - 24820)is. [ər.] Çiməndən sonra bədəni qurulamaq üçün böyük dəsmal. Camadarlar qətfə ilə gedirlər. Ü.Hacıbəyov. Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirirdilər. H.Sarabski.
|
QƏTFƏÇİ (ID - 24821)is. Hamamda çimənlərə qətfə verən xidmətçi; camadar.
|
QƏTİ (ID - 24822)sif. və zərf [ər.] 1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. - Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: - Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə...
|
QƏTİFƏ (ID - 24823)[ər.] bax qətfə. O, qapını açıb gəldi, əlindəki qətifəni, kisəni və sabun torbasını atdı taxtın üstünə. C.Məmmədquluzadə. Varis əlində ağ qətifəyə sarılı bir şey içəri girdi. A.Şaiq.
|
QƏTİFƏÇİ (ID - 24824)bax qətfəçi.
|
QƏTİLƏŞDİRİLMƏ (ID - 24825)“Qətiləşdirilmək” dən f.is.
|
QƏTİLƏŞDİRİLMƏK (ID - 24826)məch. Qəti şəklə salınmaq, müəyyənləşdirilmək.
|
QƏTİLƏŞDİRMƏ (ID - 24827)"Qətiləşdirmək” dən f.is.
|
QƏTİLƏŞDİRMƏK (ID - 24828)f. 1. Qəti şəklə salmaq, müəyyənləşdirmək. Məsələni qətiləşdirmək.
2. Daha möhkəm, daha cəsarətli, yaxud daha təsirli etmək, ciddiləşdirmək. ..Düşmən sənin qorxaqlığını hiss edərsə, öz addımlarını daha da qətiləşdirər.... |
QƏTİLƏŞMƏK (ID - 24829)f. Qəti şəklə düşmək, müəyyənləşmək.
|
QƏTİLİK (ID - 24830)is. b a x qətiyyət.
|
QƏTİYYƏN (ID - 24831)zərf [ər.] Əsla, heç, tamamilə, zərrə qədər də olsa, heç bir vəchlə, heç bir vaxt. Qətiyyən buna razı olmarıq. [Dərviş:] Sən elə xəyal edirsən ki, mən buranı qətiyyən tərk edirəm? A.Divanbəyoğlu. Gəldiyev də anlamışdı...
|
QƏTİYYƏT (ID - 24832)is. [ər.] Qətilik, rədd edilməsi mümkün olmama, müəyyənlik, möhkəmlik, tərəddüdsüzlük; əzm, səbat, cəsarət. Səlimi daxil olub yüngül bir təzimlə salam verdi. Onun simasında ağır iztirabların izi və bir qətiyyət vardı....
|
QƏTİYYƏTLİ (ID - 24833)sif. İşində və ya sözündə səbatlı, əzmli, dəyanətli, möhkəm; sözündən dönməz, cəsarətli. Qətiyyətli adam. Qətiyyətli (z.) hərəkət etmək.
|
QƏTİYYƏTLİLİK (ID - 24834)is. İşdə və ya sözdə səbat, dayanıqlıq, möhkəmlik, dönməzlik; cəsarətlilik.
|
QƏTİYYƏTSİZ (ID - 24835)sif. İşində və ya sözündə möhkəm olmayan; səbatsız, cəsarətsiz, zəif iradəli, bir fikirdə qalmayan, mütərəddid. Qətiyyətsiz adam. - Firidun qətiyyətsiz və qeyri-müəyyən istəklərin dumanlatdığı gözlərini ona çevirdi....
|
QƏTİYYƏTSİZLİK (ID - 24836)is. İşdə və ya sözdə səbatsızlıq, mütərəddidlik, iradə zəifliyi.
|
QƏTL (ID - 24837)is. [ər.] 1. Öldürmə, öldürülmə. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir....
|
QƏTLGAH (ID - 24838)is. [ər. qətl, fars. ...gah] Adam öldürülən yer. 0ah bağı indi həqiqi bir sallaqxana, qətlgah və işgəncə ocağını xatırladırdı. P.Makulu. // məc. Müharibə meydanı.
|
QƏTL-QARƏT (ID - 24839)is. [ər.] Adam öldürməklə müşayiət edilən qarət, soyğunçuluq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvətin tərk-silah olunması üçün də hazırlıq...
|
QƏTNAMƏ (ID - 24840)is. [ər. qət və fars. ...namə] bax qərar1 1-ci mənada. Iclasın qətnaməsi. Qətnamə yazmaq. - Qədirin iştirak etdiyi elə bir iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Cəlal.
|
QƏTRAN (ID - 24841)[ər.] bax qatran. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. M.Müşfiq.
|
QƏTRƏ (ID - 24842)is. [ər.] Damcı. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın]...
|
QƏTRƏBƏQƏTRƏ (ID - 24843)bax qətrə-qətrə. // Bir-bir. Vəzirləriniz əlimə düşsəydilər, sözləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba! N.Vəzirov.
qətrə-qətrə zərf Damcı-damcı. Qətrəqətrə saçılır didələrimdən qanlar.... |
QƏVAİD (ID - 24844)is. [ər. “qaidə” söz. cəmi] köhn. Qaydalar, üsullar. Bu bilik sayəsində öz 0ərq musiqimizin qəvaidini daha tez.. dərk etmək və binaənileyh tərəqqisinə də daha artıq kömək etmək olar. Ü.Hacıbəyov.
|
QƏVİ (ID - 24845)sif. [ər.] Qüvvətli, güclü, möhkəm. Beşinci tühaf “Sofi Hüseyn” adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. Indi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik...
|
QƏVVAS (ID - 24846)is. [ər.] köhn. Batmış şeyləri və s. çıxarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. // Klassik şeirdə və folklorda məcazi mənada işlənmişdir. Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən...
|
QƏYUR (ID - 24847)sif. [ər.] Qeyrətli, qeyrət çəkən, qeyrətkeş, çalışqan. Doğrudan da, Aslan qayət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı.
|
QƏYYUM (ID - 24848)is. [ər.] hüq. Həddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam. [Ağa Mərdan:] O vaxtdan mən ona [Zeynəbə] özümü...
|
QƏYYUMÇULUQ (ID - 24849)is. Özünü qəyyum kimi göstərmə meyli, himayəçilik (mənfi mənada).
|
Bu səhifə dəfə baxılıb