
QƏTRƏis. [ər.] Damcı. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın] incə yanaqlarına düşdü. M.S.Ordubadi. [Azad Ulduza:] Qayıdarkən səni müdafiə etdim, - deyə bilmək üçün mən son qətrə qanımı belə əsirgəməyəcəyəm. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|