QOLFİ (ID - 25750)is. [fr.] Qısa qadın corabı.
|
QOLFSTRİM (ID - 25751)[ing.] coğr. Atlantik okeanında: Meksika körfəzindən şimal-şərqə doğru axan və Avropanın şimal-qərb tərəfinin iqlimini yumşaldan isti cərəyan.
|
QOL-QABIRĞA (ID - 25752)is. Bədənin qol və qabırğalar olan hissəsi. □ Qol-qabırğasını əzmək (qırmaq, qırıb tökmək) - döymək, əzişdirmək, kötəkləmək. On il bundan əvvəl Zeynəb bircə vaxt namazını keçirsəydi, anası onun qol-qabırğasını...
|
QOL-QANAD (ID - 25753)is. 1. Bax qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. □ Qol-qanad atmaq - şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların... |
QOL-QIÇ (ID - 25754)is. Əl-ayaq, ətraf üzvlər. Qolqıçını əzmək. - Tərlan hər gündə döyərdi Laçını; Sındırardı yazığın qol-qıçını. Ə.Vahid.
|
QOL-QOLA (ID - 25755)zərf Qollarını bir-birinə keçirmiş halda. Qol-qola gəzmək. Qol-qola sürüşmək. - Onümüzdə dursa da min əngəl, min təhlükə; Gəzəcəyik səninlə qol-qola ölkəölkə. S.Rüstəm. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəlf...
|
QOLLU (ID - 25756)sif. Qolları olan. Qollu jaket. Qollu paltar.
|
QOLLU-BUDAQLI (ID - 25757)sif. Çoxlu qolları olan. Qollu-budaqlı ağac. - Dağlıq, yamaclıq yerlərdə dağın və yamacın ətəyindən başlayaraq, ətrafa qollu-budaqlı lağımlar atırlar. Ə.Vəliyev.
|
QOLLU-QANADLI (ID - 25758)bax qol-budaqlı. Şəhərin kənarındakı qollu-qanadlı ağacların yaşıl budaqları alaçığa çevrilərək ağacların diblərini quru saxlayırdı. S.Rəhimov.
|
QOLORDU (ID - 25759)is. hərb. köhn. Bir neçə diviziya, ya briqadadan ibarət iri qoşun birləşməsi; korpus.
|
QOLSUZ (ID - 25760)sif. 1. Qolu olmayan. Qolsuz mayka. Qolsuz köynək. Qolsuz jilet. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.
2. Bir qolu olmayan (kəsilmiş). Qolsuz adam. Qolsuz qəhrəman. |
QOLSUZ-QANADSIZ (ID - 25761)sif. Aciz, hər cür imkandan məhrum; bir iş görməyə imkanı, bacarığı olmayan.
|
QOLTUQ (ID - 25762)is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur. Kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin .. vətəninizə. C.Məmmədquluzadə. Götürüb qoltuğuna çantasını;...
|
QOLTUQAGACI (ID - 25763)is. Topal və ya ayağı xəstə adamların gəzərkən qoltuqlarının altına qoyub dayaq kimi istinad etdikləri ağac. Qoltuqağaclarına söykənib kamançalan; Kölgələr əl uzadır, kim ötüb keçsə yoldan. Ə.Cəmil.
|
QOLTUQALTI (ID - 25764)is. Qoltuq altına qoyulan kiçik yastıq.
|
QOLTUQÇU (ID - 25765)is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Çəmənzəminli. [Ələmdar] qoltuqçunun çiynindəkipaltonu götürüb...
|
QOLTUQÇULUQ (ID - 25766)is. köhn. Qoltuğunda parça və xırdavat gəzdirib satmaq peşəsi; xırdavatçılıq. [Xəlil:] Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub dolanıram öz kəndimizi. C.Məmmədquluzadə.
|
QOLTUQFÜRUŞ (ID - 25767)[qoltuq və fars. ...füruş] köhn. bax qoltuqçu.
|
QOLTUQFÜRUŞLUQ (ID - 25768)is. köhn. bax qoltuqçuluq. [Hacı Rəcəbəli:] Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edir, gecələr mənim yanımda olur. M.F.Axundzadə.
|
QOLTUQLAMA (ID - 25769)“Qoltuqlamaq” dan f.is.
|
QOLTUQLAMAQ (ID - 25770)f. 1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək.
2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək. Adamların hay-küyü yaxınlaşır.. Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx... |
QOLTUQLANMA (ID - 25771)“Qoltuqlanmaq” dan f.is.
|
QOLTUQLANMAQ (ID - 25772)“Qoltuqlamaq” dan məch.
|
QOLTUQLU (ID - 25773)sif. Qoltuğu söykəmək üçün xüsusi yeri olan. Qoltuqlu kürsü. Qoltuqlu stul. - ..Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. M.S.Ordubadi.
|
QOLTUQSAZI (ID - 25774)is. mus. Orta həcmli, beşsimli saz. Çayçı dükanlarında .. əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar. H.Sarabski.
|
QOLUBAGLI (ID - 25775)zərf və sif. Qolları bağlı; qolları bağlı olduğu halda. Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim. Qurbani. Məmməd bəy vuruşmadan başı açılan kimi, Mustafa xanın buraxıb getdiyi karvana tərəf...
|
QOLUÇİRMƏKLİ (ID - 25776)sif. və zərf Paltarının qolları qaldırılmış. Qoluçirməkli işləmək. Qoluçirməkli uzunboy xəmirgir işarə ilə taxtın üstünü göstərdi. Mir Cəlal.
|
QOLUGÜCLÜ (ID - 25777)bax qolçomaq 2-ci mənada. Ayna Mirzə Polad müəllimin gizli işlərə qoşulduğunu, qolugüclülər qabağına çıxıb, fəqir-füqəra tərəfdə dayandığı günlərdən narahat olmağa başlamış(dı). S.Rəhimov.
|
QOLUGÜCLÜLÜK (ID - 25778)is. bax qolçomaqlıq 2-ci mənada. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn.
|
QOLUKƏSİK (ID - 25779)sif. Bir qolu kəsilmiş, bir qolu olmayan. Qolukəsik adam.
|
QOLUQ (ID - 25780)bax qovluq. Sübhanverdizadə hər bir qoluğu əlində sanballayıb çəkdi və dodaqaltı mırıldandı: - Ünsür.. sənin canın buradadır!.. S.Rəhimov.
|
QOLUQÜVVƏTLİ (ID - 25781)sif. Güclü, qüvvətli, sağlam. Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qoluqüvvətli, ürək-təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib... N.Vəzirov.
|
QOLUZORBA (ID - 25782) |
QOLUZORBALIQ (ID - 25783)bax qolçomaqlıq 2ci mənada.
|
QOLUZORLU (ID - 25784)sif. və is. 1. Bax qoluzorba.
2. Güclü. Yekəpərlər, qoluzorlular özlərini verirlər qabağa, zəifləri, xüsusən qadınları və uşaqları sıxışdırırlar dala. “Kirpi” . |
QOM (ID - 25785) |
QOMARLAMA (ID - 25786)“Qomarlamaq” dan f.is.
|
QOMARLAMAQ (ID - 25787)f. məh. Dövrələmək, dövrəyə almaq, mühasirəyə almaq. İtlər paltarı su çəkib ağardılmış Safonu qomarladılar. S.Rəhimov. Onların hər ikisi tüfəngini doldurub, dışarı çıxana qədər yasavullar evi qomarladılar. M.Hüseyn.
|
QOMARLANMA (ID - 25788)“Qomarlanmaq” dan f.is.
|
QOMARLANMAQ (ID - 25789)məch. məh. Dövrələnmək, dövrəyə alınmaq, mühasirəyə alınmaq.
|
QOMİNDAN (ID - 25790)Çində 1949-cu ildə qalib gəlmiş xalq inqilabı tərəfindən devrilmiş iri burjuaziya və mülkədarların partiyası.
|
QOMİNDANÇI (ID - 25791)is. Qomindan partiyasının üzvü, tərəfdarı.
|
QOMLAMA (ID - 25792)“Qomlamaq” dan f.is.
|
QOMLAMAQ (ID - 25793)f. Dəstə ilə bağlamaq, toplamaq, yığıb bir yerdə bağlamaq.
|
QONAQ (ID - 25794)is. 1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. ..Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində. C.Məmmədquluzadə. Qonaqlar üçün papirosla maxorka da gətirilmişdi....
|
QONAQCIL (ID - 25795)bax qonaqpərəst. [Qulam dayı:] Məşədibəy qonaqcıl oğlandır. Hökumət adamıdır. M.Hüseyn.
|
QONAQCILLIQ (ID - 25796)bax qonaqpərəstlik. Qoyar dost yolunda olan-olmazın; Bəllidir elimin qonaqcıllığı. M.Rahim.
|
QONAQÇI (ID - 25797) |
QONAQ-QARA (ID - 25798)is. dan. Qonaq(lar). Onun həmişə qonaq-qarası olur.
|
QONAQ-QARALI (ID - 25799)sif. dan. Həmişə qonaqları olan. Qonaq-qaralı ev.
|
Bu səhifə dəfə baxılıb