
QOLTUQÇUis. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Çəmənzəminli. [Ələmdar] qoltuqçunun çiynindəkipaltonu götürüb geydi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|