İzahlı lüğət

QILÇIQLAMA (ID - 25000)

“Qılçıqlamaq” dan f.is.

QILÇIQLAMAQ (ID - 25001)

f. Balığın qılçığını çıxarmaq, təmizləmək.

QILÇIQLANMA (ID - 25002)

“Qılçıqlanmaq” dan f.is.

QILÇIQLANMAQ (ID - 25003)

1. məch. Qılçığı təmizlənmək (balığın).
t-siz. Qılçıq əmələ gətirmək, baş açmaq (taxıl).

QILÇIQLI (ID - 25004)

sif. Qılçığı olan, tıxı olan, tıxlı. Qılçıqlı arpa. Qılçıqlı balıq. - Çubuğunu cütün macına söykəyib, qəzil xurcundan qılçıqlı arpanı çuxasının ətəyinə doldurdu. S.Rəhimov.

QILÇIQSIZ (ID - 25005)

sif. Qılçığı olmayan. Qılçıqsız balıq. Qılçıqsız buğda.

QILDIQ (ID - 25006)

is. məh. İnam, etiqad, inanma.

QILDIQSIZ (ID - 25007)

sif. məh. İnamsız, etiqadsız, inanmayan, etibarsız.

QILDIRMA (ID - 25008)

“Qıldırmaq” dan f.is.

QILDIRMAQ (ID - 25009)

icb. köhn. Qılmağa, etməyə məcbur etmək.

QILIC (ID - 25010)

bax qılınc.

QILIQ (ID - 25011)

is. Xasiyyət, yaxşı rəftar. [Tubu:] Arvadın gərək qılığı olsun. Ə.Haqverdiyev.
□ Qılığına girmək - birinin etibarını qazanmaq, yaxud müəyyən bir məqsəd üçün ona xoş sifət göstərməklə, şirin dil ilə, yaxud yaltaqlanmaqla...

QILIQLAMAQ (ID - 25012)

f. dan. Birinin qılığına girmək, tovlamaq, aldatmaq, yoldan çıxarmaq.

QILIQLANMAQ (ID - 25013)

f. Qılığına girməyə çalışmaq, yaltaqlanmaq.

QILIQLI (ID - 25014)

sif. Yaxşı xasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Qılıqlı adam.
...qılıqlı - bir sıra sözlərə qoşularaq, həmin sözlərin ifadə etdiyi mənada xasiyyət bildirən mürəkkəb sifət düzəldilir; məs.: arvadqılıqlı (arvadxasiyyətli),...

QILIQLILIQ (ID - 25015)

is. Yaxşı xasiyyətlilik, xoşrəftarlıq.

QILIQSIZ (ID - 25016)

sif. Rəftarı olmayan, xasiyyəti kəc, bədrəftar, heç kəslə yola getməyən. Fəqət bu quru, qılıqsız adamla yan-yana çalışmaq məni sıxırdı. A.Şaiq.

QILIQSIZLIQ (ID - 25017)

is. Rəftarsızlıq, heç kəslə yola getməmə, pis xasiyyət.

QILINC (ID - 25018)

is. 1. Xəncərdən böyük, əyri və ya düz, bir ağızlı kəsər silah. İti qılınc. Qılınc yarası gedər, dil yarası getməz. (Ata. sözü). Onun başının üstündən divarda .. qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı....

QILINCBALIĞI (ID - 25019)

is. zool. Bumu qılınc kimi uzun və kəskin olan iri balıq cinsi.

QILINCI (ID - 25020)

sif. köhn. Qılınc şəklində olan, dəridən tikilmiş uzun, şiş (papaq). Uzunboylu, uzundonlu, qılıncı papaqlı, seyrək saqqallı Fazilin ağzı köpüklənmişdi. S.Rəhimov.

QILINCLAMA (ID - 25021)

“Qılınclamaq” dan f.is.

QILINCLAMAQ (ID - 25022)

f. Qılıncla vurmaq, qılıncla çapmaq (kəsmək).
□ Kölgəsini qılınclamaq - bax kölgə.

QILINCLANMA (ID - 25023)

“Qılınclanmaq” dan f.is.

QILINCLANMAQ (ID - 25024)

məch. 1. Qılıncla vurulmaq, qılıncla çapılmaq (doğranmaq, kəsilmək).
2. Belinə qılınc bağlamaq.

QILINCLI (ID - 25025)

QILINCOTU (ID - 25026)

is. bot. Xalq təbabətində işlədilən bir bitki.

QILINCVARİ (ID - 25027)

sif. Görünüşcə, formaca qılınca oxşayan. Qılıncvari yarpaq.

QILINCYARPAQ (ID - 25028)

sif. bot. Yarpağı enli və uzun qılınc şəklində olan.

QILINMAQ (ID - 25029)

məch. köhn. Görülmək, əmələ gətirilmək, edilmək, yerinə yetirilmək.

QILOUYRUQ (ID - 25030)

is. zool. Quyruğunda iki uzun lələk olan çöl ördəyi.

QILLANMA (ID - 25031)

“Qıllanmaq” dan f.is.

QILLANMAQ (ID - 25032)

f. Tüklənmək, qıl gətirmək, qıl çıxarmaq, tük basmaq. Boynunun ardı qıllanmışdır.

QILLI (ID - 25033)

sif. 1. Üzərində qıllar olan, sərt tüklü, tük gətirmiş, bədənini çox tük basmış. Qıllı qaban. - Hətta Dəmir adlı qıllı boz köpək də .. gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. A.Şaiq. Əsgər...

QILLICA (ID - 25034)

is. 1. Vəhşi.
2. bot. Taxıl fəsiləsinə aid birillik bitki.

QILLILIQ (ID - 25035)

is. Qıllı olma, tüklülük.

QILMA (ID - 25036)

“Qılmaq” dan f.is.

QILMAQ (ID - 25037)

f. köhn. Etmək, görmək, yerinə yetirmək, əda etmək, icra etmək. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Söyləyim sözlərim eylə dil əzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu” ....

QILOV (ID - 25038)

is. dan. Kəsər alətləri itilətdikdə onların ağzında əmələ gələn tük kimi qırıntılar. Ülgücü qayışa çək, qılovu getsin.

QILOVLAMAQ (ID - 25039)

f. dan. İtilənmiş bıçağı və s.-ni qayışa çəkərək qılovunu yox eləmək; itiləmək.

QILOVLU (ID - 25040)

sif. Ağzında qılov qalmış (itilənmiş kəsər alətlər haqqında).

QIM (ID - 25041)

is. bot. Taxıl fəsiləsindən çoxillik yem bitkisi.

QIMILDA(N)MA (ID - 25042)

“Qımılda(n)maq” dan f.is.

QIMILDA(N)MAQ (ID - 25043)

f. Yerində hərəkət etmək, yavaşca tərpənmək. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Çəmənzəminli. Uruz bu sözləri əsla eşitmirmiş kimi üzündə bircə əzələ də...

QIMILDAŞMA (ID - 25044)

“Qımıldaşmaq” dan f.is.

QIMILDAŞMAQ (ID - 25045)

f. Hərə öz yerində qımıldanmaq, tərpənmək, hərəkət etmək; tərpəşmək. // Məc. mənada. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növ-növ azadlıq tələb edirdi. C.Məmmədquluzadə.

QIMILDATMA (ID - 25046)

“Qımıldatmaq” dan f.is.

QIMILDATMAQ (ID - 25047)

f. Yavaşca tərpətmək, oynatmaq. [Dursun] qırxıq, yuvarlaq başını qımıldadaraq: - Vay, işim nə olacaq? - dedi. A.Şaiq. [Əsgər] əllərini qardaşının boynu altından salıb onu yerindən qımıldatdı. Ə.Əbülhəsən.

QIMILTI (ID - 25048)

is. Qımıldama, xəfif hərəkət, tərpəniş. Lakin dodaqlarında sezilən xəfif bir qımıltı onun gülmək istədiyini .. aşkara çıxarırdı. M.S.Ordubadi.

QIMIŞIQ (ID - 25049)

is. dan. Təbəssüm, təbəssüm əlaməti. Lakin onun gözündə sevinc dolu bir işıq; Rəngsiz dodaqlarında mehriban bir qımışıq. R.Rza.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed