
QIMILDA(N)MAQf. Yerində hərəkət etmək, yavaşca tərpənmək. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Çəmənzəminli. Uruz bu sözləri əsla eşitmirmiş kimi üzündə bircə əzələ də qımıldanmadı. M.Rzaquluzadə. [Soldatlar] ..bir müddət yerlərindən qımıldana bilmirlər. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|