İzahlı lüğət

QƏNİMƏTÇİ (ID - 24700)

is. Hər şeyi qənimət bilən, fürsətdən istifadə edərək bir şey qoparmağa çalışan, cürbəcür yollarla öz işindən öz şəxsi xeyri üçün mümkün qədər daha çox fayda götürməyə cəhd edən adam.

QƏNİMƏTÇİLİK (ID - 24701)

is. Hər şeyi qənimət bilmə, fürsətdən istifadə edərək, bir şey qoparmağa, cürbəcür yollarla öz işindən şəxsi xeyri üçün, mümkün qədər daha çox fayda götürməyə çalışma.

QƏNİR (ID - 24702)

is. dan. Tay, misil, bərabər. [Zeynəb:] Yox, o, quş deyil, gəlindir. Ozü də deyirlər, gözəl bir gəlin olub. Elə bir gəlin ki, su sonası kimi, bir qənir üzünə baxmaq olmurmuş. I.Şıxlı.

QƏNİRSİZ (ID - 24703)

sif. dan. Tayı-bərabəri olmayan, misilsiz. El nağıllarında belə qızlara qənirsiz gözəl deyirlər. M.Hüseyn. Əziz Gülsəbaya deyirdi: - Kəndimizin qənirsiz gözəli sənsən. Ə.Vəliyev. Mənə deməyin ki, “Cahandan az de; Nə çoxdur...

QƏNNADI (ID - 24704)

is. Qənddən emal edilən hər növ şirniyyat. Qənnadı məmulatı. Qənnadı fabriki. - [Mirzə Qulam:] Yadımızdan çıxıb, dedi, - burada bir yaxşı qənnadı mağazası var. Mir Cəlal. [Fidan] dedi ki, .. anası qənnadı fabrikində ustadır....

QƏNNADIÇI (ID - 24705)

is. Qənnadı (şirniyyat) hazırlamaqla məşğul olan adam; şirniyyatçı. Qəssab məsələni anlayıb, çobanı Şeytanbazara bir qənnadıçının yanına yollayır. Çəmənzəminli.

QƏNNADIÇILIQ (ID - 24706)

is. Qənnadıçı sənəti, peşəsi. [Bakıda] əhalinin bir qismi də xırda ticarətlə - çayçılıq, kababçılıq, həlmaşıçılıq, qənnadıçılıqla məşğul olardı. H.Sarabski.

QƏNŞƏR (ID - 24707)

is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki...

QƏNŞƏRLƏMƏK (ID - 24708)

f. Qabağa çıxmaq, qarşılamaq.

QƏNŞƏRLİK (ID - 24709)

is. Önlük, döşlük.

QƏPİK (ID - 24710)

is. [rus. копейка] Manatın ən kiçik ölçü vahidi.
□ Qəpiyə güllə atmaq - heç pulu olmamaq. Bir qəpiyə dəyməz - heç bir qiyməti, dəyəri, əhəmiyyəti olmayan şey haqqında. Hər bir şeyin qondarması bir qəpiyə dəyməz....

QƏPİK-QURUŞ (ID - 24711)

is. Xırda pul, azacıq pul, əhəmiyyətsiz məbləğ. Gəlib-gedən məxluqa baş vururam; Bundan, ondan qəpikquruş alıram.. A.Səhhət.

QƏPİKLİK (ID - 24712)

is. Bir qəpik qiymətində olan. □ Bir qəpiklik - dəyərsiz, qiymətsiz, əhəmiyyətsiz şey haqqında. Bunun bir qəpiklik xeyri yoxdur. - Bir saatlıq rahatı, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. C.Məmmədquluzadə.

QƏPİKPƏRƏSTLİK (ID - 24713)

is. dan. Qəpikgüdmə, pulpərəstlik; xəsislik. Halva demək ilə ağız şirin olmaz, qəpikpərəstlik bizim evimizi yıxıb, gecə-gündüz vaxtbevaxt fikrimiz-zikrimiz qəpikdir. N.Vəzirov.

QƏRABƏT1 (ID - 24714)

is. [ər.] 1. Qəriblik; yurdundan, vətənindən ayrı düşmə. Məgər zülflərindən bəhs edən sünbül; Düşər ayaqlara qərabət çəkər. Aşıq Valeh.
Təəccüblülük, əcaiblik, qəribəlik.

QƏRABƏT2 (ID - 24715)

is. [ər.] 1. Yaxınlıq.
2. Qohumluq. [Teymur ağa:] Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bilə? Axır bu qərabətdən onun mənzuru nədir? M.F.Axundzadə.

QƏRAİB (ID - 24716)

[ər. “qəribə” söz. cəmi] bax qəribə. Suraxanıda əcaib və qəraib adlara rast gəlmək olardı. H.Sarabski. // Qəribə şey, görülməmiş şey. Gündə birfənn qoyur ərsəyə əfkari-bəşər; Min qəraib çıxarır əqli-ziyadari-bəşər....

QƏRAR1 (ID - 24717)

is. [ər.] 1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək. □ Qərar vermək (qoymaq) - bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən...

QƏRAR2 (ID - 24718)

is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani. □ Qərar tapmaq (tutmaq) - 1)...

QƏRARDAD (ID - 24719)

is. [ər. qərar və fars. ...dad] köhn. Qərar, qətnamə; hökm, rəsmi sərəncam, əmr. [Əziz bəy:] Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin. M.F.Axundzadə. Bu [məktəblərin] üçü...

QƏRARGAH (ID - 24720)

is. [ər. qərar və fars. ...gah] Qərar tutulan yer, dincəlmək yeri; ev, məskən. Məcnunun bəxtiyar və gənc yaşında; Axır qərargahı oldu biyaban. S.Vurğun.
hərb. Qoşunları idarə edən orqan, ştab. Ordu qərargahı. - Onların qərargahı...

QƏRARLAŞDIRILMA (ID - 24721)

“Qərarlaşdırılmaq” dan f.is.

QƏRARLAŞDIRILMAQ (ID - 24722)

məch. 1. Yerbəyer edilmək, yerləşdirilmək, yeri müəyyənləşdirilmək, sabitləşdirilmək.
2. Müəyyənləşdirilmək, qət edilmək, söz bir araya gətirilmək.

QƏRARLAŞDIRMA (ID - 24723)

“Qərarlaşdırmaq” dan f.is.

QƏRARLAŞDIRMAQ (ID - 24724)

f. 1. Yerbəyer etmək, yerləşdirmək, yerini müəyyənləşdirmək. // Sabitləşdirmək, möhkəmlətmək.
Müəyyənləşdirmək, müəyyən fikrə gəlmək, bir qərara gəlmək, kəsdirmək, qət etmək. // Etməyi, görməyi nəzərdə tutmaq....

QƏRARLAŞMA (ID - 24725)

“Qərarlaşmaq” dan f.is.

QƏRARLAŞMAQ (ID - 24726)

f. 1. Yerbəyer olmaq, yerləşmək, qərar tapmaq, sakin olmaq. Təzə mənzildə qərarlaşmaq. // Müəyyənləşmək, sabitləşmək.
Biri ilə bir şey haqqında sözləşmək, bir rəyə, fikrə gəlmək, bir qərara gəlmək. Mahru ilə razılaşdıq,...

QƏRARLI (ID - 24727)

sif. Sabit, səbatlı, dözümlü, sözündə, qərarında möhkəm.

QƏRARNAMƏ (ID - 24728)

is. [ər. qərar və fars. ...namə] bax qərar1 1-ci mənada. Iclasın qərarnaməsi.

QƏRARSIZ (ID - 24729)

sif. 1. Aramsız, durumsuz, bir yerdə qərar tapa bilməyən; səbirsiz, dözümsüz. Qərarsız uşaq.
Səbatsız, davamsız, mütərəddid, dəyişkən, daim dəyişən. Qərarsız adam. Hava bu gün çox qərarsızdır.
Rahatsız, narahat,...

QƏRARSIZLIQ (ID - 24730)

is. 1. Aramsızlıq, durumsuzluq, səbirsizlik, dözümsüzlük; bir yerdə qərar tapa bilməmə.
Səbatsızlıq, davamsızlıq, dəyişkənlik, daim dəyişmə; mütərəddidlik.
Rahatsızlıq, narahatlıq, iztirablı hal.
Arasıkəsilməzlik,...

QƏRAYİ (ID - 24731)

is. [ər.] mus. Muğamatın bölündüyü hissələrdən birinin adı. “Əraq” dan sonra ilk mayəyə qayıtmaq tələb olunur. Bu qayıtma “qərayi” vasitəsilə olur. Ü.Hacıbəyov. “Rast” ın aşağıdakı hissələri vardır: üşşaq,...

QƏRB (ID - 24732)

is. [ər.] 1. Dünyanın, günəşin batdığı cəhəti. Günəş şərqdən çıxıb qərbdə batır. // Şərqə müqabil olan səmt, cəhət. Kəndin qərb tərəfi meşəlikdir. - Gedir qərbə tərəfi hücumçəkənlər; Gedir qatar-qatar bombatökənlər....

QƏRBÇİ (ID - 24733)

is. tar. Qərbçilik tərəfdarı (bax qərbçilik).

QƏRBÇİLİK (ID - 24734)

is. tar. Rusiyada təhkimçilik üsulunun pozulması dövründə ortaya çıxaraq, Rusiyanın Qərbi Avropa kimi kapitalizm inkişafı yolu ilə getməsi ideyasını müdafiə edən burjua ideologiyası.

QƏRBİ (ID - 24735)

sif. [ər.] Qərbə mənsub, günbatana mənsub və aid olan. Qərbi Avropa. Qərbi Sibir.

QƏRBİYYUN (ID - 24736)

is. [ər.] köhn. 1. Qərb məmləkətləri əhalisi, qərblilər, avropalılar.
2. Qərb mədəniyyəti tərəfdarı (bax qərbçi).

QƏRBLİ (ID - 24737)

is. və sif. Qərb ölkələrinin birində doğulub yaşayan adam. Bəlkə də bir; Qərbli qonaq; Deyərdi ki, insana bax! M.Araz.

QƏRƏNFİL (ID - 24738)

is. Rəngbərəng növləri olan ətirli gözəl bir çiçək. Qərənfil bağçanın yaraşığıdır. - Səni kimdir sevən bica, qərənfil! Sənə mən aşiqi-şeyda, qərənfil! X.Natəvan. [Xədicə] əlində tutduğu bir qərənfil çiçəyini...

QƏRƏNFİLÇİÇƏKLİLƏR (ID - 24739)

cəm bot. Birillik ot və yarımkol bitkilər fəsiləsi.

QƏRƏNFİLLİK (ID - 24740)

is. Çoxlu qərənfil bitən yer.

QƏRƏZ1 (ID - 24741)

is. [ər.] 1. Məqsəd, niyyət, məram ..Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə” . [Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz...

QƏRƏZ2 (ID - 24742)

ara s. [ər.] Xülasə, sözün qısası (bəzən “ki” bağlayıcısı ilə birlikdə). Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı. “Koroğlu” . Qərəz, sözüm orada deyil, sözüm...

QƏRƏZKAR (ID - 24743)

sif. [ər. qərəz və fars. ...kar] b ax qərəzli. Qərəzkar oxudu axşamımızın; Uzaq məqsədini dan yerimizdən. B.Vahabzadə.

QƏRƏZKARANƏ (ID - 24744)

zərf [ər. qərəz və fars. ...karanə] Qərəzlə, qərəzkarlıqla, bədxahlıqla, pis məqsədlə, pis niyyətlə. Insan dünyaya gəlir, təbiətin xain dayələri əlində qərəzkaranə məqsədlə nəvaziş olunur, bəslənilir. C.Cabbarlı.

QƏRƏZKARLIQ (ID - 24745)

b a x qərəzlilik. Pənahəli bəy Nadir şahın ona olan qorxunc baxışlarından və qərəzkarlıqla (z.) etdiyi rəftarından başa düşdü ki, o mütləq belə bir .. cavanın kökünü kəsməkdə səhlənkarlıq etməyəcəkdir. Mirzə Adıgözəl...

QƏRƏZLİ (ID - 24746)

sif. Qərəzi, ədavəti olan, gizli bir məqsəd və niyyəti olan; bədxah. [Hikmət İsfahani:] Qərəzli dost biqərəz düşməndən pisdir... M.İbrahimov. Bu qərəzli, qərəzli vuruşmalarda; Sizdən soruşuram, ədalət hanı? B.Vahabzadə.

QƏRƏZLİK (ID - 24747)

is. dan. bax qərəz1 2-ci mənada.

QƏRƏZLİLİK (ID - 24748)

is. Qərəzi olma, biri haqqında pis fikir və niyyət bəsləmə; bədxahlıq. Qərəzliliklə (z.) iş görmək.

QƏRƏZSİZ (ID - 24749)

sif. Qərəzi, gizli məqsədi, pis niyyəti olmayan; səmimi. Qərəzsiz adam. Qərəzsiz yardım.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed