
QƏNŞƏRis. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev. □ Qənşər gəlmək - üz-üzə gəlmək, rast gəlmək. Uğura qənşər gələsən, oğul, - deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə. // Qarşıda yaxşı görünən yer. [Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|