İzahlı lüğət

QƏRƏZ1

is. [ər.] 1. Məqsəd, niyyət, məram ..Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə” . [Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? M.F.Axundzadə. [Bədircahan bəyim:] Mən qana bilmirəm, sənin qərəzin nədir? N.Vəzirov.
Gizli məqsəd, pis niyyət, gizli ədavət. Şəxsi düşmənlərdən doğan tənqid bir parça qərəzdən ibarətdir. M.S.Ordubadi. Şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edərik. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed