.....i_l_by_id_with_comments
QƏRƏZ2ara s. [ər.] Xülasə, sözün qısası (bəzən “ki” bağlayıcısı ilə birlikdə). Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı. “Koroğlu” . Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. [Möhlətov] qərəz ki, öz aləmində sevmək, sevişmək.. üçün nə lazımdısa, nə mümkündüsə hamısını eləmişdi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|