
QƏRARLAŞMAQf. 1. Yerbəyer olmaq, yerləşmək, qərar tapmaq, sakin olmaq. Təzə mənzildə qərarlaşmaq. // Müəyyənləşmək, sabitləşmək.
Biri ilə bir şey haqqında sözləşmək, bir rəyə, fikrə gəlmək, bir qərara gəlmək. Mahru ilə razılaşdıq, qərarlaşdıq. M.S.Ordubadi. Mirzəcanın yeganə bir çarəsi vardısa, o da yeni qayda ilə iş görmək idi, yəni Cəmilənin özü ilə danışıb qərarlaşmalı idi. S.Hüseyn. Onlar səhər saat beşdə yola düşməyi qərarlaşıb ayrıldılar. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|