QAROVULLAMA (ID - 23800)“Qarovullamaq” dan f.is. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəvoğlu.
|
QAROVULLAMAQ (ID - 23801)f. 1. Nişan almaq. Tüfəng ilə quşu qarovullamaq.
2. Pusquda dayanmaq, pusqulamaq, güdmək. |
QAROVULLUQ (ID - 23802)is. Keşikçilik, gözətçilik. Qarovulluq etmək. // Keşik; keşik çəkmə. Neft dəllallarına mədən qarovulluğunu Sabunçunun qoçuları çəkərdi. H.Sarabski.
|
QARÖLÇƏN (ID - 23803)is. xüs. Yağmış qarın qalınlığını ölçmək üçün cihaz.
|
QARPACAQ(LAR) (ID - 23804) is. Kəsici qabaq dişlər, qarpan (qırpan) ön dişlər.
|
QARPINMAQ (ID - 23805)f. Dırnaqla bərk qaşınmaq.
|
QARPIŞDIRMA (ID - 23806)“Qarpışdırmaq” dan f.is.
|
QARPIŞDIRMAQ (ID - 23807)f. 1. Qarpışmağa təhrik etmək, qarpışmağa vadar etmək; vuruşdurmaq. Uşaqları qarpışdırmaq.
Bax qapışdırmaq 1-ci mənada. Yallı bitər-bitməz, artırmadan bir-iki ovuc pul atdılar. Həyətdəkilər bir-birini əzişdirərəkpulu... |
QARPIŞMA (ID - 23808)“Qarpışmaq” dan f.is.
|
QARPIŞMAQ (ID - 23809)f. 1. Tutuşmaq, dalaşmaq, vuruşmaq. Uşaqlar qarpışırlar.
2. Bir-biri ilə küştü tutmaq, güləşmək, qurşaq yapışmaq. Pəhləvanlar qarpışırlar. |
QARPIZ (ID - 23810) |
QARPIZÇI (ID - 23811)is. və sif. Qarpız satan. Yolumuz qarpızçı dükanlarının yanından idi. M.S.Ordubadi.
|
QARPIZI (ID - 23812)sif. 1. Qarpız rəngində olan. Qarpızı çit. Qarpızı parça.
2. Qarpız şəkilli, qarpız kimi girdə; qarınlı. Qarpızı lampa şarı. Qarpızı samovar. |
QARPIZLIQ (ID - 23813)is. 1. Qarpız əkilən yer, qarpız bostanı. Bostanın yarısı qarpızlıqdır.
Atın qolu üstündəki əzələ. |
QARPMAQ (ID - 23814)bax qapmaq 1-ci mənada. Cəld başının altından bumajniki qarpıb açdı.. İ.Musabəyov. Dəsti-istibdad hər gün qarparaq arifləri; Tərd edir el, yurd içində qarparaq arifləri. Ə.Nəzmi.
|
QARSAQ (ID - 23815)sif. Odla, alovla ütülmüş, üzdən yanmış. Çörək təndirdə qarsaq-qarsaq (z.) oldu.
|
QARSALAMA (ID - 23816)“Qarsalamaq” dan f.is.
|
QARSALAMAQ (ID - 23817)f. Odda ütmək, pörtmək, yaxud üzdən yandırmaq. Təndirin alovu qolumu qarsaladı. - Sağ tərəfimdən keçən isti yel əlimi qarsalayır. A.Şaiq. Gün günorta yerində üzümü qarsalayır. S.Rüstəm.
|
QARSALANMA (ID - 23818)“Qarsalanmaq” dan f.is.
|
QARSALANMAQ (ID - 23819)f. Üzdən yanmaq, ütülmək, pörtlənmək, ala-yarımçıq bişmək, üzdən qabarlanmaq. Alma bişməyib, qarsalanıbdır.
|
QARSALATMA (ID - 23820)“Qarsalatmaq” dan f.is.
|
QARSALATMAQ (ID - 23821)f. Qarsalanmasına imkan vermək, səbəb olmaq.
|
QARSIMAQ (ID - 23822)bax qarsalanmaq.
|
QARSITMA (ID - 23823)“Qarsıtmaq” dan f.is.
|
QARSITMAQ (ID - 23824)f. Üzdən yandırmaq.
|
QARSMAQ (ID - 23825)f. məh. bax qarsalamaq. Yerdən qalxan alov adamın üz-gözünü qarsır, ağızda dil quruyur, dodaq cadar-cadar olub partlayırdı. S.Rəhimov. Alov burula-burula ətrafı qarsır. Ə.Vəliyev.
|
QARŞI (ID - 23826)1. is. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. Evin qarşısı. Dağın qarşısı. Məktəbin qarşısı. - Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. // Yerlik halında:...
|
QARŞIDA (ID - 23827)zərf 1. Qabaqda, öndə, üzbəüz. Qarşıda durmaq. - Qarşımda qalınca bir kitab mütaliəsi ilə məşğul olan bir qadın oturmuşdu. S.Hüseyn.
2. İrəlidə, gələcəkdə. Qarşıda həll edilməli çoxlu məsələlər var. |
QARŞIDAKI (ID - 23828)sif. 1. Bir şeyin lap qabağındakı, önündəki; üzbəüzdəki; qabaq tərəfində olan, irəlidəki. Qarşıdakı bağda oturmaq. Qarşıdakı mağazadan çörək aldım. Yoldaşım qarşıdakı evdə yaşayır. - Qarşıdakı qonşunun kiçik pəncərəsindən...
|
QARŞIDAN (ID - 23829)zərf Qabaqdan, öndən, qabaq tərəfdən, irəlidən. Meydana qarşıdan gəlmək. Gülləni qarşıdan atdılar. Qarşıdan qabağıma bir dovşan çıxdı. - Bir gözəl keçdi qarşıdan; Gözlərindən gülə-gülə.. Aşıq Ələsgər. Qaranlıqda...
|
QARŞILAMA (ID - 23830)“Qarşılamaq” dan f.is.
|
QARŞILAMAQ (ID - 23831)f. 1. Qabağına çıxmaq, qarşısına çıxmaq, görüşünə çıxmaq. Qonaqları qarşılamaq. - Xanım onu eyni təbəssümlə qarşıladı. M.S.Ordubadi. Ovdan gələnləri layiqi ilə qarşılamaq lazımdı. M.Rzaquluzadə.
Gələn bir şəxsə,... |
QARŞILANMA (ID - 23832)“Qarşılanmaq” dan f.is.
|
QARŞILANMAQ (ID - 23833)“Qarşılamaq” dan məch. Qonaqlar axşam vağzalda qarşılandılar. Natiq gurultulu alqışlarla qarşılandı. - Özünü hörmətə layiq sanmadı; Böyük qəlb xidmətə əvəz istəməz; Hörmətlə, izzətlə qarşılanmadı; Ən böyük hörmətə...
|
QARŞILAŞDIRILMA (ID - 23834)“Qarşılaşdırılmaq” dan f.is.
|
QARŞILAŞDIRILMAQ (ID - 23835)məch. 1. Bir-biri ilə tutuşdurulmaq, müqayisə edilmək.
Üz-üzə gətirilmək, üzləşdirilmək. |
QARŞILAŞDIRMA (ID - 23836)"Qarşılaşdırmaq” dan f.is. Dilləri qarşılaşdırma üsulu.
|
QARŞILAŞDIRMAQ (ID - 23837)f. 1. Bir-biri ilə tutuşdurmaq, müqayisə etmək. Rəqəmləri qarşılaşdırmaq. Faktları qarşılaşdırmaq.
2. Üz-üzə gətirmək, üzləşdirmək. |
QARŞILAŞMA (ID - 23838)"Qarşılaşmaq” dan f.is.
|
QARŞILAŞMAQ (ID - 23839) |
QARŞILIQ (ID - 23840)is. 1. Bir şeyin müqabili, əvəzi, cavabı (mükafat, ya cəza). Yaxşılığın qarşılığı. Birinin zəhmətinin qarşılığını vermək. Hər kəs öz işinin qarşılığını görər.
2. Başqa şeyi və ya sözü tamamilə əvəz edə... |
QARŞILIQLI (ID - 23841)sif. 1. Bir-birinə edilən, bir-birinə göstərilən, hər iki tərəfə aid olan. Qarşılıqlı yardım. Qarşılıqlı məhəbbət. Qarşılıqlı münasibət. Qarşılıqlı etimad. - [Ceyniz:] Qarşılıqlı arzu hər bir şeyin əsasıdır. Çəmənzəminli.
İrəli... |
QARŞISIALINMAZ (ID - 23842)sif. Qabağı alına bilməyən, önüalınmaz; labüd. Qarşısıalınmaz nəticələr. Qarşısıalınmaz hadisə.
|
QART1 (ID - 23843)sif. 1. Qocalmış, qoca. Qart qoca. Qart qarı. Qart toyuq. - Ağır yaralanmış o qart canavar; Qəzəblə sıçrayır hey üstümüzə. S.Vurğun. Quzu olmaz bilirik qart canavar. M.Rahim. Məna ömrün boyunda isə; onda eşq olsun ala qarğaya;...
|
QART2 (ID - 23844)is. dan. Kəsər alətləri itiləmək üçün daş; bülöv. Dəryazları qart ilə itiləmək. Qart daşı. Mən də qart daşlara verdiyim bu hiss; Bu incə mənadan necə əl çəkim? M.Müşfiq.
|
QART3, QART-QART (ID - 23845)təql. Bərk, ya kövrək bir şeyi dişlərkən, yaxud qaşınarkən hasil olan səs. Xiyarı qart-qart dişləyib yedi. Qart-qart qaşınmaq.
|
QARTAL (ID - 23846)is. 1. Dağlıq və ya çöllük yerlərdə yaşayan əyri dimdikli yırtıcı və qüvvətli iri quş; qaraquş. Dağ qartalı. - Qartal öz gücünü duyar yuvada; Uçub cövlan edər sonra havada. S.Vurğun. Qartal qanad çalarkən buludsuz göy üzündə;...
|
QARTALBURUN(LU) (ID - 23847)bax qırğıburun(lu).
Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartalburunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Ömər xanda idi. Çəmənzəminli. |
QARTALLI (ID - 23848)sif. Qartallar olan, üzərində qartallar uçan, qartal yuvaları olan. Qartallı qayalar. - Al-yaşıl geyinmiş uca dağların; Qartallı qoynundan uzaqlaşmışam.. S.Vurğun. Sinəsi qartallı qayalıqları; Əks edir sonalı göl səhər-səhər....
|
QARTI (ID - 23849)is. Yapıncı; keçədən çoban bürüncəyi. Dünya malından var: sicim çatısı; Patavası, çuxası, həm qartısı. A.Şaiq.
|
Bu səhifə dəfə baxılıb