QARTALis. 1. Dağlıq və ya çöllük yerlərdə yaşayan əyri dimdikli yırtıcı və qüvvətli iri quş; qaraquş. Dağ qartalı. - Qartal öz gücünü duyar yuvada; Uçub cövlan edər sonra havada. S.Vurğun. Qartal qanad çalarkən buludsuz göy üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil.
məc. tənt. Vüqarlı, cəsur, görkəmli adam haqqında. Hər beşik körpə aslan yuvasıdır, dəymə gəl; Qartallaryurdunun qapısını döymə gəl! S.Rüstəm. məc. Obrazlı təşbehlərdə: təyyarə və təyyarəçilərə işarə. Sakit buludlarda süzəndə hilal; Döndü yuvasına bir dəstə qartal. M.Rahim. □ İkibaşlı qartal - b a x ikibaşlı. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı; gah yuxarı. M.Müşfiq. Paylaşın - Hamı bilsin
|