QARŞIDAKIsif. 1. Bir şeyin lap qabağındakı, önündəki; üzbəüzdəki; qabaq tərəfində olan, irəlidəki. Qarşıdakı bağda oturmaq. Qarşıdakı mağazadan çörək aldım. Yoldaşım qarşıdakı evdə yaşayır. - Qarşıdakı qonşunun kiçik pəncərəsindən çıxan xəfif bir işıq qaranlığın bir parçasını yırtdığından, burada uçuşan qar parçaları nəzərə çarpırdı. S.Hüseyn.
2. İrəlidəki, gözlənilən. Buğac isə .. cavan bir ovçu ehtirası ilə yalnız qarşıdakı ov barəsində həyəcanla düşünməkdə idi. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|