
QART1sif. 1. Qocalmış, qoca. Qart qoca. Qart qarı. Qart toyuq. - Ağır yaralanmış o qart canavar; Qəzəblə sıçrayır hey üstümüzə. S.Vurğun. Quzu olmaz bilirik qart canavar. M.Rahim. Məna ömrün boyunda isə; onda eşq olsun ala qarğaya; bir də qart qurbağaya! R.Rza.
məc. Qatı, qəddar. [Nəbi:] Sən lap qart qumarbaz imişsən. S.S.Axundov. Əvvəl-axır qıracağız qart düşmənin belini biz. X.Rza. məh. Kövrək, tezsınan. Qart sümük. Paylaşın - Hamı bilsin
|