QƏYYUMLUQ (ID - 24850)is. Qəyyum vəzifəsi, qəyyum olma. Qəyyumluq etmək. - [Hacı Fərəc:] Ola bilərmi zəhmət çəkib Ziynət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var. N.Vəzirov. // Himayəçilik, himayə. Məsmənin...
|
QƏZA1 (ID - 24851)is. [ər.] 1. Bədbəxt hadisə, fəlakət. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq. - Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlərkən sınma,...
|
QƏZA2 (ID - 24852)is. [ər.] tar. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada...
|
QƏZADAN (ID - 24853)zərf Gözlənilmədən, təsadüfi olaraq, təsadüfən, birdən. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Qəzadan o gecə həmin mənhus gecə imiş ki, məzlum artist onun sabahı günü xüsusi öz...
|
QƏZAL (ID - 24854)is. [ər.] Ahu, buynuzu hələ çıxmamış ceyran balası (klassik şeirdə: gözəl, dilbər mənasında işlənmişdir). Gördü ki, bir ovçu dam qurmuş; Daminə qəzallar üz vurmuş. Füzuli. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən...
|
QƏZALƏ (ID - 24855)is. [ər.] klas. 1. Dişi ceyran; dişi ceyran balası. Gərək gözlərinə millər çəkilə; Hər kim desə vəhşi qəzalə sənə. Q.Zakir.
2. məc. Ceyran gözünə işarədir. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən edər vəhşi... |
QƏZAVAT (ID - 24856)is. [ər.] din. köhn. Müsəlmanlıqda: islam dinindən olmayan xalqlarla din uğrunda aparılan müharibə; cihad.
|
QƏZAVƏT (ID - 24857)is. [ər.] din. köhn. Qazilik, qazi idarəsi, dini idarə. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan, qəzavət bu işə qarışmamışdır. M.S.Ordubadi.
|
QƏZAVƏTXANA (ID - 24858)is. [ər. qəzavət və fars. ...xanə] Dini məhkəmə, qazıxana. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavətxanalarda görməlidir. M.S.Ordubadi. Qaldı bu barədə nəqdən xeyli məbləğ lazımdır ki, qəza qazisi qəzavətxanasında...
|
QƏZA(VÜ) QƏDƏR (ID - 24859)is. 1. Tale, qismət, müqəddərat. Müvərrixlər [Napoleona] qəzavü qədərin oğlu ləqəb veribdirlər. M.F.Axundzadə. Qəzavü qədərin ağırlığını biz çəkməsək də, kim çəkəcəkdir? M.S.Ordubadi. Kazım da qəzavü qədərə inanan...
|
QƏZAZƏDƏ (ID - 24860)sif. [ər. qəza və fars. ...zədə] Qəzava uğramış, qəzadan zərər görmüş.
|
QƏZET (ID - 24861)is. [ital.] Hər gün, bəzən vaxtaşırı nəşr edilən və ictimai-sivasi həvatın cari məsələlərindən bəhs edən, habelə tənqidi və kütləvi elmi məqalələr dərc edən böyük səhifələr şəklində dövri mətbuat orqanı. Gündəlik...
|
QƏZETÇİ (ID - 24862)is. 1. Qəzet nəşr edən, qəzet sahibi, yaxud mühərriri. Mənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Qəzetçi bir elə şəxsdir, ağlı, kəmalı cəhətcə yaxşı əhvalatlar, yaxşı xəbərlər...
|
QƏZETÇİLİK (ID - 24863)is. Qəzet nəşr etməklə, ya qəzetə yazmaqla məşğul olma; qəzet redaktorluğu; qəzetçinin peşəsi, ixtisası; mühərrirlik.
|
QƏZETXANA (ID - 24864)is. köhn. Qəzet idarəsi, qəzet redaksiyası.
|
QƏZETSATAN (ID - 24865)is. Küçədə əlində, ya budkada qəzet satan adam. Körpü üstündə cürbəcür səslər eşidilirsə də, qəzetsatanların səsi bütün bu səslərə üstün gəlirdi. M.S.Ordubadi.
|
QƏZƏB (ID - 24866)is. [ər.] Hiddət, acıq, hirs, qeyz. [Səba xanım:] Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. M.S.Ordubadi. Ağıllı qoca .. sözə qarışdı, xanın ürəyindəki qəzəb atəşinə su...
|
QƏZƏBLƏNDİRİLMƏ (ID - 24867)“Qəzəbləndirilmək” dən f.is.
|
QƏZƏBLƏNDİRİLMƏK (ID - 24868)məch. Çox hirsləndirilmək, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq, qevzləndirilmək.
|
QƏZƏBLƏNDİRMƏ (ID - 24869)“Qəzəbləndirmək” dən f.is.
|
QƏZƏBLƏNDİRMƏK (ID - 24870)f. Çox hirsləndirmək, hiddətləndirmək, qızışdırmaq; hirslənməsinə, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq. Lakin bu hal onu düşündürməkdənsə, daha da qəzəbləndirmişdi. M.İbrahimov.
|
QƏZƏBLƏNMƏ (ID - 24871)"Qəzəblənmək” dən f.is.
|
QƏZƏBLƏNMƏK (ID - 24872)f. Çox hiddətlənmək, hirslənmək, qızmaq, açığı tutmaq, özündən çıxmaq, qızışmaq. // Eyni mənada heyvanlar haqqında. Qəzəblənmiş köpəklər də arxada durub, mollanın sözünə həmahəng olaraq hürür, dəhşətli, əzəmətli...
|
QƏZƏBLİ (ID - 24873)sif. və zərf Hiddətli, qeyzli, hirsli, acıqlı. Qəzəbli baxış. - Bəy qapıya çıxdı. Nəbi yaxın gedib, onun qolundan yapışdı, üzünə qəzəbli baxıb dedi.. “Qaçaq Nəbi” .
|
QƏZƏBNAK (ID - 24874)zərf [ər. qəzəb və fars. ...nak] köhn. Qəzəbli, qəzəbli halda. Əkbər cavab verməyib, axır qəzəbnak: “Bir yol, sənin borcun deyil” , - deyib gedib yatdı. Ə.Haqverdiyev. □ Qəzəbnak olmaq köhn.
qəzəblənmək, hiddətlənmək,... |
QƏZƏL (ID - 24875)is. [ər.] 1. ədəb. Eşq və məhəbbəti tərənnüm edən, beytlərinin qafiyəsi bir olan 5-10 beytli lirik şeir (əski şeir forması). Füzulinin qəzəlləri. - Gəl danışma müxəmməsdən, qəzəldən; Şeri-həqiqətdən, mədhi-gözəldən.....
|
QƏZƏLÇİ (ID - 24876)sif. və is. Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazan. Qəzəlçi şair.
|
QƏZƏLÇİLİK (ID - 24877)is. Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazma meyli. C.Cabbarlı öz məqalələrində .. Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələri aydınlaşdırmağa çalışır, köhnə şeirdə əmələ gələn durğunluqdan - “nəzirəçilikdən”...
|
QƏZƏLXAN (ID - 24878)sif. [ər. qəzəl və fars. ...xan] köhn. Qəzəl oxuyan, qəzəl söyləyən. // məc.
Tərənnümçü. Hər səhər, Heyran, qəzəlxan olmalı bülbül kimi; Gül firaqi-fəsli-güldə bülbülü zar öldürər. Heyran xanım. Gedənlər qaranlığın... |
QƏZƏLİYYAT (ID - 24879)is. [ər.] köhn. 1. Qəzəllər; qəzəllər məcmuəsi. Füzulinin, Seyid Əzimin qəzəliyyatı. - Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Ə.Haqverdiyev.
2. məc. Boş söhbətlər. |
QƏZƏLLƏMƏK (ID - 24880)f. 1. Qəzəl söyləmək, qəzəl oxumaq.
2. məc. Uzunçuluq eləmək, boş-boş danışmaq. |
QƏZƏVAT (ID - 24881)b a x qəzavat.
|
QƏZİL (ID - 24882)is. Keçi qılı. Deyir, gərək bu saat iki keçinin qəzilini verəsən. Ə.Vəliyev. // Keçi qılından toxunmuş (düzəldilmiş). Qəzil xurcun. Qəzil sicim. - [Kişi] çubuğunu .. söykəyib, qəzil xurcundan qılçıqlı arpanı çuxasının...
|
QƏZİLLƏMƏ (ID - 24883)“Qəzilləmək” dən f.is.
|
QƏZİLLƏMƏK (ID - 24884)f. məh. 1. Möhkəm bir iplə bağlamaq.
2. məc. Dilə tutmaq, tovlamaq, aldatmaq, dolaşdırmaq. |
QƏZİLLİ (ID - 24885)sif. Qıllı. Sürünün qabağında uzun qəzilli, dik, burma buynuzlu, ala erkəc başını yerə əyir. S.Rəhimov.
|
QƏZİYYƏ (ID - 24886)is. [ər.] 1. Əhvalat, hadisə, vaqiə, təsadüf, macəra. [Vəzir:] A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. M.F.Axundzadə. Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, .. göz yaşları neysan...
|
QIC (ID - 24887)qıc olmaq - keyləşmək, hissizləşmək, çəng olmaq, hərəkətdən düşmək. Əlayağı qıc olmaq. Qorxudan bədəni qıc oldu.
Çimən adamın qol və ya qıçı qıc olduqda onu dərhal sahilə çıxarıb, çəng olan qolunu və ya qıçını... |
QICAMA (ID - 24888)“Qıcamaq” dan f.is.
|
QICAMAQ (ID - 24889)dişlərini qıcamaq - acığından, hiddətindən və ya başqa bir səbəb üzündən dişlərini bir-birinin üstünə basıb bərk sıxmaq. Pənah dişlərini qıcıyıb əlini qaldırdı. I.Məlikzadə. Qədim dişlərini qıcayıb: - Mirab, - dedi,...
|
QICANMA (ID - 24890)“Qıcanmaq” dan f.is.
|
QICANMAQ (ID - 24891)f. Birini vurmaq və ya qorxutmaq məqsədi ilə əlini və ya başqa bir şeyi onun üzərinə qaldırmaq; qolaylanmaq. // Üzərinə atılmaq.
|
QICIQ (ID - 24892)is. 1. Xarici mühitin orqanizmə, yaxud onun bir hissəsinə təsiri nəticəsində əmələ gələn təxərrüş halı. Bütün canlılar mühitin qıcıqlarına maddələr mübadiləsinin dəyişməsi ilə cavab verir, yəni reaksiya göstərir. M.Axundov....
|
QICIQLAMA (ID - 24893)“Qıcıqlamaq” dan f.is.
|
QICIQLAMAQ (ID - 24894)f. 1. Bax qıdıqlamaq.
..Toğluların yumşaq yunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M. İbrahimov. 2. Əsəbiləşdirmək, təsir etmək. İçərisində sanki bir şey üzülmüşdü, ətrafında gördüyü hər şey ona toxunur,... |
QICIQLANDIRICI (ID - 24895)bax qıcıqlayıcı.
|
QICIQLANDIRILMA (ID - 24896)“Qıcıqlandırılmaq” dan f.is.
|
QICIQLANDIRILMAQ (ID - 24897)məch. Təxərrüşə gətirilmək, gicişdirilmək, qıdıqlandırılmaq.
|
QICIQLANDIRMA (ID - 24898)“Qıcıqlandırmaq” dan f.is.
|
QICIQLANDIRMAQ (ID - 24899)f. Orqanizmə, yaxud onun bir hissəsinə təsir etmək, təxriş etmək, gicişdirmək. Limonun turşusu dilin əsəblərini qıcıqlandıraraq, vəzini tüpürcək ifrazına vadar edir. Hacıyev. Kartof bişirilmiş suda bağırsaqları qıcıqlandıran...
|
Bu səhifə dəfə baxılıb