QƏZA1is. [ər.] 1. Bədbəxt hadisə, fəlakət. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq. - Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlərkən sınma, xarab olma. Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində boruların qəzaya uğramasına və daha tez sıradan çıxmasına səbəb olur. Quliyev.
Qəziyyə, gözlənilməz hadisə, vaqiə, əhvalat. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. C.Məmmədquluzadə. Qismət, tale, müqəddərat, qədər. Vəslü firaqə vasitə çünki qədərdir, ey könül! Cəhdilə kimsə qadirin mən eləməz qəzasını. Nəsimi. [Xidmətçilər:] Qəzanın təqdirindən, usta Yusif bu gün sən bizim padşahımızsan. M.F.Axundzadə. Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. X.Natəvan. Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|