İzahlı lüğət

QƏZA(VÜ) QƏDƏR

is. 1. Tale, qismət, müqəddərat. Müvərrixlər [Napoleona] qəzavü qədərin oğlu ləqəb veribdirlər. M.F.Axundzadə. Qəzavü qədərin ağırlığını biz çəkməsək də, kim çəkəcəkdir? M.S.Ordubadi. Kazım da qəzavü qədərə inanan adam olduğu üçün, arvadın sözləri ona bir az təsəlli verdi. Çəmənzəminli.
Başa gələn hadisə, əhvalat, macəra, qəziyyə. Əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nəql eləsəm, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam. C.Məmmədquluzadə. Mənim qəzavü qədərim çoxdur, çox işdə olmuşam. A.Şaiq. Səməd dayının başına gələn qəzavü qədər qayət maraqlı olduğundan, hər iki kişinin sinirlərini oyatdı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed