
QƏZƏLis. [ər.] 1. ədəb. Eşq və məhəbbəti tərənnüm edən, beytlərinin qafiyəsi bir olan 5-10 beytli lirik şeir (əski şeir forması). Füzulinin qəzəlləri. - Gəl danışma müxəmməsdən, qəzəldən; Şeri-həqiqətdən, mədhi-gözəldən.. M.V.Vidadi. O kimdir sularda qəzəl oxuyur? Cahana hər gələn bir əsər qoyur. S.Vurğun.
2. mus. Mahnı - romans janrına yaxın, kiçik formalı musiqi əsəri. Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı “Sevgili canan” , “Sənsiz” qəzəlləri. □ Qəzəl oxumaq məc. - boş-boğazlıq etmək, boş-boş danışmaq. Paylaşın - Hamı bilsin
|