QƏZA2is. [ər.] tar. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada durmuşdu. M.S.Ordubadi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. 1921-ci ildə Azərbaycan qəzaları içərisində ikinci olaraq Qubada qəzet nəşr edilməyə başlayır. Ə.Sadıq. // Qəza mərkəzi mənasında. Qəzadan gələn işçi nitqlər söyləyirdi, idarələri təftiş edirdi və şikayətlərə baxırdı. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|