QIZARTI (ID - 25450)is. Qırmızı rəng; qırmızılıq. Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. C.Cabbarlı. // Bədənin...
|
QIZARTMA (ID - 25451)1. “Qızartmaq” dan f.is.
is. aşp. Tavada və s.-də qızardılmış ət, balıq və s. Süfrənin üstünə sərin şərbət, toyuq qızartması düzüldü, meyvələr və əlvan yeməklər qoydular. M.S.Ordubadi. |
QIZARTMAQ (ID - 25452)f. 1. Qızarıncaya qədər qızdırmaq, közərtmək. Dəmiri kürədə qızartmaq. Kömürü üfləyib qızartmaq. - [Şeyx Şəban] özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı....
|
QIZBİBİ (ID - 25453)is. dan. Həmişə qızlarla oynayan, qızlarla oturub-duran, evdən bayıra çıxmayan, qorxaq, cəsarətsiz, aciz oğlan.
|
QIZCIQ (ID - 25454)bax qızcığaz. Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı. S.Vurğun.
|
QIZCIĞAZ (ID - 25455)“Qız” dan oxş. Qızcığaz bu gecə səhərə qədər qızdırıbdır. - Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı. N.Vəzirov. Ox .. balaca Aybikənin ayağına dəyib qanatmışdı, qanı görən qızcığaz...
|
QIZDIRICI (ID - 25456)sif. Bir şeyi qızdırmağa xidmət edən; isidici. Qızdırıcı cihaz. // is. İsidici cihaz və s. Böyük quşçuluq təsərrüfatlarında cücələrin isinməsi üçün mürəkkəb quruluşlu qızdırıcılar tətbiq edilir.
|
QIZDIRILMA (ID - 25457)“Qızdırılmaq” dan f.is.
|
QIZDIRILMAQ (ID - 25458)məch. 1. İstiləndirilmək, qızğın hala salınmaq, isidilmək. Dəmir kürədə qızdırıldı. Soba qızdırıldı.
2. məc. Hiddətləndirilmək, acıqlandırılmaq. |
QIZDIRILMIŞ (ID - 25459)f.sif. Qızğın hala gətirilmiş, istiləndirilmiş, isidilmiş, od üstündə hərarəti artırılmış, isidilmiş. Qızdırılmış xörək. Qızdırılmış dəmir. Qızdırılmış otaq.
|
QIZDIRMA (ID - 25460)is. 1. “Qızdırmaq” dan f.is.
Bədəndə hərarət, istilik. Uşağın qızdırması var. Xəstənin qızdırması artdı. [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır. C.Cabbarlı. Başı .. ağırlaşmış, qulaqları uğuldayır,... |
QIZDIRMAQ (ID - 25461)1. t-li. İsitmək, isti eləmək, qızğın hala gətirmək, dağ eləmək. Suyu qızdırmaq. Xörəyi qızdırmaq. Ütünü qızdırmaq. - Uşaqlar, falaqqa hazır edin; Od yandırın, şiş qızdırın. M.Ə.Sabir. Yasəmən çayın qırağında su...
|
QIZDIRMALI (ID - 25462)1. sif. İsitməli, qızdırma xəstəliyi olan. Qızdırmalı xəstə. - Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. Budur, mən iyirmi ildir qızdırmalıyam. Mir Cəlal. // İs. mənasında. Qızdırmalılara kinə verirlər....
|
QIZĞIN (ID - 25463)sif. 1. Çox isti, çox qızmış halda olan, yüksək hərarətli; qaynar, yandırıcı. Qızğın dəmir. Qızğın ütü. Qızğın maşa. Günəşin qızğın şüaları.
məc. Coşqun, hərarətli, alovlu, atəşin, ehtiraslı. Qızğın məhəbbət.... |
QIZĞINLAŞMA (ID - 25464)“Qızğınlaşmaq” dan f.is.
|
QIZĞINLAŞMAQ (ID - 25465)f. 1. Daha da qızğın olmaq. Alov get-gedə qızğınlaşırdı.
məc. Daha da şiddətlənmək, gərginləşmək, güclənmək, dərinləşmək, qızışmaq. Mübarizə qızğınlaşdı. məc. Azğınlaşmaq, qızmaq, hiddətlənmək, qəzəblənmək,... |
QIZĞINLIQ (ID - 25466)is. 1. Qızğın şeyin halı. Dəmirin qızğınlığı. Günəşin qızğınlığı. - Məhbusi, böyük bir ürək qızğınlığı ilə qollarını onun boynuna salıb qucaqladı. M.İbrahimov.
məc. Canlanma, fəaliyyət, hərəkət. Bir həftə... |
QIZIL (ID - 25467)1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni. □ Qızıl bahasına - çox baha qiymətə. Qızıl suyuna çəkmək - qızıl olmayan metalın üstünə...
|
QIZILAĞAC (ID - 25468)is. bot. Meşələrdə və su kənarlarında bitən iri, enli yarpaqlı qırmızımtıl ağac.
|
QIZILAĞACLIQ (ID - 25469)is. Qızılağac meşəsi, qızılağac çox bitən yer. QIZILBALIQ is. zool. Çəhrayı rəngli zərif əti olan, çox qiymətli iri balıq növü. Saysız-hesabsız .. qızılbalıq və çox qiymətli başqa balıq cinsləri kürü tökmək üçün...
|
QIZILBAŞ (ID - 25470)is. tar. 1. İranda Şah İsmayıl Səfəvi dövründə qoşunun adı (bu qoşunun döyüşçüləri başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). [Heydər bəy:] İndi nə at çapmaq olur, nə ordu dağıtmaq olur, nə qızılbaş...
|
QIZILBAYRAQLI (ID - 25471)bax qırmızıbayraqlı.
|
QIZILBƏNDLİ (ID - 25472)sif. Bəndi qızıldan olan. Qulam xan .. gözlərində qızılbəndli çeşmək o tərəfə-bu tərəfə dolanıb başına hərəkət verirdi. M.S.Ordubadi.
|
QIZILBOZ (ID - 25473)sif. Qırmızıya çalar boz rəngli. Qızılboz at.
|
QIZILBÖCƏK (ID - 25474)is. zool. Rəngi tünd-yaşıl, üstü parıldayan xırda böcək.
|
QIZILCA (ID - 25475)1. is. tib. Bədəndə səpgi və isitmə ilə təzahür edən yoluxucu uşaq xəstəliyi. Qızılca çıxartmaq. Qızılca xəstəliyi.
2. sif. Qırmızımtıl, qırmızıya çalar rəngdə olan. |
QIZILCALI (ID - 25476)sif. tib. Qızılca xəstəliyinə tutulmuş. Qızılcalı uşaq.
|
QIZILCIQ (ID - 25477)is. bot. 1. Noxud boyda, qırmızı rəngli, çəyirdəkli meyvəsi olan tikanlı ağac və bu ağacın meyvəsi.
2. Bax qızılca 1-ci mənada. |
QIZILÇƏTİR (ID - 25478)is. bot. Çəmənlərdə, rütubət yerlərdə bitən ot bitkisi (bəzi növləri xalq təbabətində işlənir). Qızılçətir bir və ya ikiillik xırda bitki olub, rozetka təşkil edən yumurtaşəkilli kökyanı yarpaqları vardır. Əliyev.
|
QIZILÇUBUQOTU (ID - 25479)is. bot. Meşəli yerlərdə bitən ballı bitki.
|
QIZILDİŞ(Lİ) (ID - 25480)sif. Dişi, ya dişləri qızıldan olan. Şişmanqarınlı, qızıldişli fabrik-zavod sahibləri.. gəzişir, hər birisi özünün iç üzünü göstərirdi. H.Nəzərli.
|
QIZILGÖZ (ID - 25481)is. zool. Qırmızı gözlü kəpənək növü. Ən çox yayılmış tırtıllar yemişan kəpənəyi və qızılgöz adlanan kəpənəklərin tırtıllarıdır ki, bu tırtıllardan sonradan həmin kəpənəklər əmələ gəlir. “Zoologiya” .
|
QIZILGÜL (ID - 25482)is. Kiçik, tikanlı kolda bitən, müxtəlif rənglərdə olan ətirli bir gül. Qızılgülün ürəyə xoş gələn ətri otağa yayıldı. Qızılgül olmayaydı; Saralıb solmayaydı; Bir ayrılıq, bir ölüm; Heç biri olmayaydı. (Bayatı). //...
|
QIZIL-GÜMÜŞ (ID - 25483)top. Qızıldan və gümüşdən düzəldilmiş şeylər, yaxud pul. Deyirlər ki, Bağdad xəlifəsinə köçürülən Məlik şah Sultanın qızı ilə nəfis qumaşlar və qızılgümüş şeylərlə yüklənmiş sırma örtüklü 130 qatar dəvə...
|
QIZILXALLI (ID - 25484)sif. Üzərində qızıl (qırmızı) xalları olan, qızıl xallarla örtülü. Qızılxallı balıq.
|
QIZILI (ID - 25485)sif. Qızıl rəngində olan, parlaq sarıya çalan. Qızılı şal. - Qızılı saçlarından yağan yağış süzülür. M.Rahim. Payızda o da anasına qoşulub pambıq yığırdı. Bu zaman pambıq kolları qızılı bir rəng alır. İ.Əfəndiyev....
|
QIZILQAZ (ID - 25486)is. zool. Zərif çəhrayı tüklü, qanadları qızıl kimi parlaq uzunboğaz və uzunqıç su quşu.
|
QIZIL-QIRMIZI (ID - 25487)b ax qızıl 4-cü mənada.
|
QIZILQURD (ID - 25488)is. Atların bağırsaqlarında əmələ gələn qurd xəstəliyi.
|
QIZILQUŞ (ID - 25489)is. zool. 1. Ov üçün istifadə edilən alıcı quş növlərindən biri. Qızılquşun ensiz və yığcam bədəni üzərində olan bir cüt ensiz qanad və uzun quyruq ona çox sürətlə və asanlıqla uçmağa imkan verir. “Zoologiya” . Ovçular...
|
QIZILQUYRUQ (ID - 25490)is. zool. Quyruğu qırmızıya çalar sarı rəngli quş.
|
QIZILLAMA (ID - 25491)"Qızıllamaq” dan f.is.
|
QIZILLAMAQ (ID - 25492)f. Qızıla tutmaq, üstünə qızıl çəkmək, ya qızıl suyu vermək.
|
QIZILLANMA (ID - 25493)"Qızıllanmaq” dan f.is.
|
QIZILLANMAQ (ID - 25494)məch. Qızıla tutulmaq, qızılla örtülmək, qızılla bəzənmək.
|
QIZILLAŞDIRMA (ID - 25495)"Qızıllaşdırmaq” dan f.is.
|
QIZILLAŞDIRMAQ (ID - 25496)f. 1. Qızıla tutmaq, üstünə qızıl çəkmək və ya qızıl suyu vermək.
2. Qırmızılaşdırmaq. |
QIZILLAŞMA (ID - 25497)"Qızıllaşmaq” dan f.is.
|
QIZILLAŞMAQ (ID - 25498)f. Qırmızılaşmaq.
|
QIZILLATMA (ID - 25499)"Qızıllatmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb