İzahlı lüğət

QIZIL

1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni. □ Qızıl bahasına - çox baha qiymətə. Qızıl suyuna çəkmək - qızıl olmayan metalın üstünə qızıl rəngi vermək. Qızıla tutmaq
qızıl ilə örtmək, qızıl ilə bəzəmək. // Sif. mənasında. Qızıldan qayrılmış. Qızıl üzük. Qızıl qolbaq. Qızıl diş. Qızıl pul. - [Onlar] qızıl avizələrlə bəzənmiş böyük salona girdilər. M.S.Ordubadi. // Sif. mənasında. Qızıl çərçivəyə salınmış, qızıla geydirilmiş, qızılla bəzədilmiş. Qızıl gözlük. Qızıl qaşlı xəncər. // is. Qızıldan qayrılmış şeylər; qızıl pul.
sif. Al, qırmızı. Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi.
sif. məc. Bolşevik inqilabı, sosializm quruluşu, sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan (bax qırmızı 3-cü mənada). Qızıl əsgər tar. - Qırmızı ordu döyüşçüsü. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq, təyyarə səsini eşitməyə çalışırdı. M.S.Ordubadi. Qızıl Ordu - sovet ordusunun 1918-ci ildən 1946-cı ilə qədər adı.
sif. Qızıl rəngində olan, parlaq sarı, qızıl kimi bərq vuran. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə .. doğru uzanmağa başlamışdı. A.Şaiq. Günəş sonra yavaş-yavaş qalxıb, .. qızıl zərrələrini aləmə dağıdıb, bütün yatmışları oyatdı. S.S.Axundov.
sif. məc. Çox qiymətli, çox dəyərli, çox ləyaqətli, çox gözəl, çox yaxşı. [Nəbi kişi:] Bu dünyada bizim bu kolxoz adamının mislibərabəri hanı? - deyirdi. Qızıl kimi adamlardır, lap qızıl kimi! S.Rəhimov. □ Qızıl sözlər - çox ağıllı, faydalı sözlər, məsləhətlər və s. haqqında. Qızıl əllər - əlindən hər cür iş gələn, bacarıqlı, məharətli adam haqqında. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz; Ağ qızıl yığdı məharətlə qızıl əlləriniz. S.Rüstəm.
sif. dan. Heç şeydən çəkinməyən, bozsifət, utanmaz. Qızıl adam.
□ Qızıl yumurta bayramı - xristianların pasxa bayramının xalq arasında adı.
qızıl... - bəzi mürəkkəb bitki və heyvan adlarının birinci tərkib hissəsi; məs.: qızılağac, qızılgül, qızılbalıq, qızılquş.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed