
QIZDIRMALI1. sif. İsitməli, qızdırma xəstəliyi olan. Qızdırmalı xəstə. - Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. Budur, mən iyirmi ildir qızdırmalıyam. Mir Cəlal. // İs. mənasında. Qızdırmalılara kinə verirlər.
2. zərf Bədəninin hərarəti qalxmış halda, hərarət içində. Qızdırmalı halda sayıqlamaq. Qızdırmalı-qızdırmalı ayağa durmaq. Paylaşın - Hamı bilsin
|