İzahlı lüğət

QIZARTI

is. Qırmızı rəng; qırmızılıq. Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. C.Cabbarlı. // Bədənin bir yerində zəif qırmızı ləkə, hər hansı bir səbəb üzündən qanın bədənin bir yerinə axıb gəlməsi nəticəsində əmələ gələn qırmızılıq. Boğazında qızartı var. Bədənindəki qızartılar çəkilmişdir.
2. Uzaqdan görünən qırmızı şey. Uzaqdan bir qızartı görünür. // Şəfəq, parıltı. Qızartı artır, dan yeri açılır; Göy üzünə al alovlar saçılır. A.Səhhət. Getdikcə dan yerinin qızartısı artırdı. S.S.Axundov. Qərbdə ürəkaçan bir qızartı, gözqamaşdıran bir parıltı vardı. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed