İzahlı lüğət

QONAQLAMA (ID - 25800)

“Qonaqlamaq” dan f.is.

QONAQLAMAQ (ID - 25801)

f. Qonaq etmək, qonaq saxlamaq. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. M.S.Ordubadi.

QONAQLIQ (ID - 25802)

is. Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək. Bu gün gələn qonaqların şərəfinə böyük bir qonaqlıq verildi. -...

QONAQPƏRƏST (ID - 25803)

sif. [qonaq və fars. ...pərəst] Qonaqsevən; evinə gələn qonağa çox hörmət edən. Qonaqpərəst adam. Bizim yerlərdə sizə əziz bir qonaq kimi hörmət edirdilər, baba, .. xalqımız son dərəcə qonaqpərəstdir. M.Hüseyn. Bu qədər...

QONAQPƏRƏSTLİK (ID - 25804)

is. Qonağa çox hörmət etmə, qonağı hörmətlə qəbul etmə.
..Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil. Mir Cəlal.

QONAQPƏRVƏR (ID - 25805)

[qonaq və fars. ...pərvər] b a x qonaqpərəst.

QONAQPƏRVƏRLİK (ID - 25806)

bax qonaqpərəstlik.

QONAQSEVƏN, QONAQSEVƏR (ID - 25807)

bax qonaqpərəst. [Liza:] Yox, yox, o çox qonaqsevəndir. M.Hüseyn.

QONAQSEVƏNLİK, QONAQSEVƏRLİK (ID - 25808)

bax qonaqpərəstlik. [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevənliyi, hazırcavablığı Vaqifi məftun edərdi. Çəmənzəminli.

QONAQSEVMƏZ (ID - 25809)

sif. Qonaq xoşlamayan, qonaq qəbul etməyən.

QONAQSEVMƏZLİK (ID - 25810)

is. Qonaq sevməmək xasiyyəti.

QONÇUNA (ID - 25811)

[rus. кoнчинкa] dan. Qumar oyunlarından birinin adı. [Nəbi:] Onda mənlə bir əl qonçuna oynamaqla necəsən? S.S.Axundov.

QONDARA (ID - 25812)

is. köhn. Ayaqqabı. [Çəkməsilən:] Ay qondarasını sildirən, ay mənə bir siftə verən! M.S.Ordubadi.

QONDARAÇI (ID - 25813)

is. köhn. Çəkməçi, ayaqqabıtikən.

QONDARILMA (ID - 25814)

"Qondarılmaq” dan f.is.

QONDARILMAQ (ID - 25815)

məch. 1. Uydurulmaq, özündən düzəldilmək. Ancaq bu ailəni atılan çirkablar, qondarılan sözlər hər tərəfdən sıxırdı. S.Rəhimov.
2. Qurulmaq, qayrılmaq, düzəldilmək, tikilmək.

QONDARMA (ID - 25816)

1. “Qondarmaq” dan f.is.
sif. Uydurma, saxta, süni, əsli olmayan, yalançı. Qondarma xəbər. // İs. mənasında. Hər bir şeyin qondarması bir qəpiyə dəyməz. C.Məmmədquluzadə. [Bəhram:] qondarmalarına müqabil təşəkkürlər edirəm,...

QONDARMAÇILIQ (ID - 25817)

is. Uydurmaçılıq; özündən düzəltmə, uydurma.

QONDARMAQ (ID - 25818)

f. 1. Uydurmaq, özündən düzəltmək, özündən toxumaq, özündən icad
etmək. Söz qondurmaq. - [Mirzə] özündən qondarıb başqa söz yazır. S.Rəhimov.
Üzərinə artırmaq, sonradan əlavə etmək. İstədin qaş qondarasan, gözü...

QONDOLA (ID - 25819)

is. [ital.] Yastıdibli, biravarlı qayıq.

QONİT (ID - 25820)

is. [yun.] Diz oynağının iltihabı.

QONKA (ID - 25821)

[rus. гонка] köhn. Keçmişdə, hələ elektrik tramvayı olmadığı zaman, şəhərlərdə rels üzərində atla işləyən dəmiryol vaqonu. [Xortdan:] Həmişə qonkaya minərdi ki, haraya istəsəydi, bircə şahı manata aparırdılar. Ə.Haqverdiyev....

QONQ (ID - 25822)

is. [ing.] 1. Metal disk şəklində zərbli musiqi aləti.
2. İdman yarışının başlanmasını bildirən siqnal.

QONMA (ID - 25823)

“Qonmaq” dan f.is.

QONMAQ (ID - 25824)

f. 1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular. Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə...

QONOKOKK (ID - 25825)

[yun.] bakt. Süzənək mikrobu.

QONORAR (ID - 25826)

[lat.] Yazıçılara, rəssamlara, vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı. Müəllif qonorarı. Qonorar almaq. - [Reyhan:] Məlahətin əri böyük mühəndisdir. Kitabları, məqalələri çap olunur. [Çoxlu] qonorar...

QONSƏ (ID - 25827)

is. Quş qursağı. [Yırtıcı quşlarda] pərtdənəkdən xörək əsil mədəyə gedir ki, orada ona həzm suları qarışır. Sonra ikinci mədəyə gedir ki, bu mədəyə qonsə deyirlər. H.Zərdabi.

QONŞU (ID - 25828)

1. is. Birinin bilavasitə yaxınlığında, yaxud birisi ilə yanaşı yaşayan adam. Həyət qonşusu. Ev qonşusu. Otaq qonşusu. Qapı qonşusu. - Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi. C.Məmmədquluzadə. Pələngin dərisini soyub,...

QONŞUCUĞAZ (ID - 25829)

“Qonşu” dan oxş. Gedib dedi: - Qonşucuğaz, mənim üçün bal ver bir az; Qonağım var, süfrəm boşdur. M.Dilbazi.

QONŞULAŞMA (ID - 25830)

“Qonşulaşmaq” dan f.is.

QONŞULAŞMAQ (ID - 25831)

f. Qonşu olmaq, bir-birinə yaxın yerdə sakin olmaq. O, başqa bir məhəllədən köçüb bizimlə qonşulaşdı. // Bir-birinə yaxınlaşmaq.

QONŞULUQ (ID - 25832)

is. Yaşadığı yerə görə bir-birinə bilavasitə yaxınlıq. ..Çoxdan bilirdi ki, onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna var. C.Məmmədquluzadə. Demək olar ki, onunla tanışlıq və ya dostluğumuz qonşuluq ilə başlanır...

QONU(M)-QONŞU (ID - 25833)

top. dan. Yaxın və uzaq qonşular, ətrafdakı qonşular. Qonumqonşu yeksər verib baş-başa; Gecə-gündüz sizin üçün ağlaşa. Q.Zakir. Bu qədər qışqırığa durdu qonum-qonşu tamam. M.Ə.Sabir. Dərviş o qədər gözəl təqlid edirdi...

QONUR (ID - 25834)

sif. Şabalıd rəngli, açıq-qəhvəyi. Qonur at. Qonur torpaq. - Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü .. bir igid görmədinmi? M.Rzaquluzadə.

QONURGÖZ(LÜ) (ID - 25835)

sif. Gözləri qonur (şabalıdı) olan. Bunların [əsirlərin] içində buğdayısifət, qonurgözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli. İdris .. qonurgözlü bu qızı tanımışdı. Ə.Məmmədxanlı.

QONURLAŞMA (ID - 25836)

“Qonurlaşmaq” dan f.is.

QONURLAŞMAQ (ID - 25837)

f. Qonur rəng almaq, şabalıdı rəngə çevrilmək.

QONURLUQ (ID - 25838)

is. Qonur (şabalıd) rəngdə olan şeyin halı.

QONURUMTUL (ID - 25839)

sif. Bir qədər qonur, açıqşabalıdı.

QONUŞMA (ID - 25840)

1. “Qonuşmaq” dan f.is.
2. is. Söhbət, danışıq.

QONUŞMAQ (ID - 25841)

f. Danışmaq, söhbət etmək. İndi mən gənc şairlə lazımi qədər danışıb qonuşa bilərəm. M.S.Ordubadi. [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini, soyuqqanlılıqla bir yerdə ikili qonuşub, .. öz aralarında...

QOPARAQ (ID - 25842)

zərf Tez, çaparaq, cəld, tələsik. Bu sözü eşidincə, qoparaq onun ardınca getdim. □ Qoparağını götürmək bax qoparaqlamaq.

QOPARAQLAMA (ID - 25843)

1. “Qoparaqlamaq” dan f.is.
2. zərf Çaparaq, yüyürərək, cəld.

QOPARAQLAMAQ (ID - 25844)

f. 1. Dalınca qaçmaq, təqib etmək.
Bərk qaçmaq, çapmaq.

QOPARAQLANMAQ (ID - 25845)

f. Cəld qaçmaq, qoparaq getmək.

QOPARDILMA (ID - 25846)

“Qopardılmaq” dan f.is.

QOPARDILMAQ (ID - 25847)

"Qoparmaq” dan məch.

QOPARILMA (ID - 25848)

“Qoparılmaq” dan f.is.

QOPARILMAQ (ID - 25849)

1. “Qoparmaq” dan məch. Səkinə qoparılmış gül yarpağı kimi solub getməkdə idi. Mir Cəlal.
2. Ayrılmaq. Başladığı bu işdən qoparılmaq, aralanmaq və ondan ayrı yaşamaq [Dəmirova] havasız bir mühitə düşmək və boğulmaq...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed