QONDARMA1. “Qondarmaq” dan f.is.
sif. Uydurma, saxta, süni, əsli olmayan, yalançı. Qondarma xəbər. // İs. mənasında. Hər bir şeyin qondarması bir qəpiyə dəyməz. C.Məmmədquluzadə. [Bəhram:] qondarmalarına müqabil təşəkkürlər edirəm, Pəri! C.Cabbarlı. sif. Quraşdırma, quraşdırılan. Arı saxlanan yeri açıb bərkitmək asan olsun [deyə] Avropa əhli onları cürbəcür qondarma qutular içində saxlayır. H.Zərdabi. Paylaşın - Hamı bilsin
|