İzahlı lüğət

QARAQOVURMA (ID - 23550)

is. aşp. Yalnız ətdən ibarət olan qovurma növü.

QARAQOYUNLULAR (ID - 23551)

cəm, tar. XV əsrdə Cənubi Azərbaycanda və onunla həmhüdud olan başqa ölkələrdə hakimiyyət sürmüş oğuz-türkmən qəbilələrindən biri. Qaraqoyunluların mənşəyi haqqında məlumat belədir: Qara Yusif ibni-Qara Məhəmməd ibni...

QARAQUL (ID - 23552)

is. Keçmiş zamanlarda qara irqə mənsub olan hər bir adama, zənciyə verilən ad; qulam. Qrimə başladıq, mən də özümü bir qaraqul eləmişdim. Həm də: Ərəblər qara olur, - deyə özümü bu şəklə salmışdım. H.Sarabski.

QARAQULAQ (ID - 23553)

is. zool. Tülküyə bənzər yırtıcı heyvan.

QARA-QURA (ID - 23554)

is. 1. Qarabasma. [Əhməd:] Ay oğlum, .. adamı yuxuda çox qara-qura basar, hər yuxuya inanmaq olmaz. (Nağıl).
Bax qara1 6-cı mənada. [Gülnisə:] Ürəyimə min cür qara-qura fikirlər gəlir. Ə.Haqverdiyev. Ürəyinə gələn qara-qura...

QARAQURD (ID - 23555)

is. zool. Qabıqlı böcək cinsindən olub, bəzi yerlərdə dozanqurdu adlanan qara bir böcək. // Orta Asiyada yaşayan qara rəngli zəhərli hörümçək növü.

QARAQUŞ1 (ID - 23556)

is. Qartal. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. [Tağı əmi] göyün üzündə bir qara nöqtə kimi görünən alıcı quşu .. göstərərək deyirdi: - Bax, o göy üzündə...

QARAQUŞ2 (ID - 23557)

is. Dırnağın ətrafındakı ətdən bəzən aralanıb çıxan incə qabıq.

QARAQUZEY (ID - 23558)

is. Yüksək binanın və ya hündür bir verin arxasında olub, çox zaman günəş görmədən ver, torpaq.

QARALAMA (ID - 23559)

1. “Qaralamaq” dan f.is.
2. is. bax qara1 5-ci mənada. Ona görə [Möhlətov] nəplan tökdü, nə qaralama yazdı. Mir Cəlal.

QARALAMAQ (ID - 23560)

f. 1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar. // Cızma-qara etmək.
Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı...

QARALANMA (ID - 23561)

“Qaralanmaq” dan f.is.

QARALANMAQ (ID - 23562)

“Qaralamaq” dan məch.

QARALAŞMAQ (ID - 23563)

f. Uzaqdan görünmək (çoxlu qara şev haqqında). O yanlarda dəniz buruqları qaralaşırdı. M.Hüsevn.

QARALATMA (ID - 23564)

“Qaralatmaq” dan f.is.

QARALATMAQ (ID - 23565)

1. B a x qaralamaq.
2. B a x qaraltmaq.

QARALEYLƏK (ID - 23566)

is. zool. İsti ölkələrdə yaşayan leyləklər fəsiləsindən bədəni ağ, başı və boğazı isə qara iri, quş.

QARALIQ (ID - 23567)

is. Qara şeyin halı. Saçın qaralığı. Dərinin qaralığı.

QARALMA (ID - 23568)

“Qaralmaq” dan f.is.

QARALMAQ (ID - 23569)

f. 1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək. Qazan ocaq üstə qalıb qaralmışdır. Lampanın şüşəsi hislənib qaralmışdır. Günün altında gəzib qaralmaq. - Kürəkləri...

QARALTI (ID - 23570)

is. 1. Uzaqdan görünən qara şey; kölgə. Sürətlə gedərkən iri püstə ağacı altında bir qaraltı gördü. A.Şaiq. Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov. [Atlılar] hər yeri arayıb-darayır, kiçik bir qaraltı belə...

QARALTMA (ID - 23571)

“Qaraltmaq” dan f.is.

QARALTMAQ (ID - 23572)

f. 1. Qara rəngə boyamaq, bulamaq; qara etmək. Saçlarını qaraltmaq. Üst-başını qaraltmaq. Lampanın hisi şüşəni qaraltdı.
Pozmaq, üstündən xətt çəkmək. Arvad qiyamət qoparıb öz adını qaraltdı. Mir Cəlal.
məc. dan. Üzdən,...

QARAMA (ID - 23573)

is. məh. 1. Çay və bulaq ətrafındakı palçıqlı su, lığ. Soyunun, dizə qədər çirmənin, bu gölməçələri gəzin, donuz qaramaya girdi. S.Rəhimov. Bəhram ayağını üzəngiyə qoyub minmək istərkən yəhər çevrildi, o da böyrü...

QARAMAQ (ID - 23574)

f. məh. bax qarğımaq.

QARAMAL (ID - 23575)

is. Buynuzlu iri ev heyvanı (öküz, camış, inək). Qaramal kənd təsərrüfatı heyvanları içərisində əsas yer tutur. Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. C.Məmmədquluzadə.

QARAMIX (ID - 23576)

is. bot. Xoşiyli çiçəkləri olan kol bitki. Faytonçu müvazinətini saxlaya bilməyib səldirlədi, iki addımlıqdakı qaramıx kolunun üstünə yıxıldı, kürəyinə tikan doldu. M.Hüseyn. Zaman kişi.. elə fısıldayıb gücənirdi ki, sanki...

QARAMTIL (ID - 23577)

sif. Qaraya çalar. Qaramtıl tük. - Onun [Cahandar ağa] qaramtıl çöhrəsi avazıdı, sonra boğulub qaraldı. İ.Şıxlı. Qaçay atasının tüklü üzündə, qaramtıl dodaqlarında qəribə təbəssüm sezdi. İ.Məlikzadə.

QARAMUM (ID - 23578)

is. Arıların yağlı maddələrdən hasil etdikləri qara rəngli mum.

QARANAL (ID - 23579)

sif. və zərf Nalsız, nallanmamış. Atı qaranal minmək. - Dedin, at qaranaldır. S.Rəhimov.

QARANƏFƏS (ID - 23580)

zərf Çox tələsik, birnəfəsə, çaparaq; tövşüyə-tövşüyə. Yuxusuzluqdan uzun yolu qaranəfəs gəldiyindən başı bərk ağrıyırdı. Ə.Vəliyev.

QARANİŞAN (ID - 23581)

is. dan. Nişanlısı olan cavan.

QARANQU (ID - 23582)

is. və sif. “Qaranlıq” sözünün qədimi forması. Saçın qaranqusundan yüzün nuri göründü; Hər qanda şam olursa, ardınca sübhdəmdir. Nəsimi. Xurşidsiz oldu ruz ta şəb; Oldu başına qaranqu məktəb. Füzuli. Əgərçi yandı könlüm...

QARANQUŞ (ID - 23583)

is. zool. Haçaquyruqlu, dar, uzun qanadlı, itiuçan köçəri quş. Qaranquş yuvası. - Qaranquşun bədən quruluşu onun çox gözəl uçma qabiliyyətinə uyğun gəlir. “Zoologiya” . // məc. İlk müjdəçi, ilk əlamət mənasında. Baharla...

QARANQUŞOTU (ID - 23584)

is. məh. bot. Çoxillik ot bitkisi.

QARANLIQ (ID - 23585)

1. is. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət. Kəndi bürümüş qaranlıq və duman əriyərək dağların ətəyinə, dərələrə çəkilir, hər tərəf işıqlanmağa başlayırdı. M.İbrahimov. Nərimanın gözü...

QARANLIQLAMAQ (ID - 23586)

1. Bax qaranlıqlaşmaq. [Xudayar bəy:] ..Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə.
2. Qaranlıq etmək, kölgə etmək, kölgələndirmək.
□ Yaman yerdə qaranlıqladıq - çətin,...

QARANLIQLANMAQ (ID - 23587)

bax qaranlıqlaşmaq. Axşam saat 10-da lampalar yanır, üfüqlər get-gedə qaranlıqlanır. M.S.Ordubadi.

QARANLIQLAŞDIRILMA (ID - 23588)

“Qaranlıqlaşdırılmaq” dan f.is.

QARANLIQLAŞDIRILMAQ (ID - 23589)

məch. Qaranlıq hala salınmaq, qaranlıq edilmək, işıqsızlaşdırılmaq.

QARANLIQLAŞDIRMA (ID - 23590)

“Qaranlıqlaşdırmaq” dan f.is.

QARANLIQLAŞDIRMAQ (ID - 23591)

f. Bir yeri qaranlıq hala salmaq, daha da qaranlıq etmək, işıqsızlaşdırmaq.

QARANLIQLAŞMA (ID - 23592)

“Qaranlıqlaşmaq” dan f.is.

QARANLIQLAŞMAQ (ID - 23593)

f. Qaranlıq olmaq, qaranlıq çökmək, axşam olmaq, işıqsızlaşmaq. Artıq hava tamamilə qaranlıqlaşmışdı. M.İbrahimov. Məsum kişi.. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. Ayna Sənəm qarıgildən...

QARANT (ID - 23594)

is. [fr.] Zamin, zəmanət verən, zamin olan.

QARAPAÇA (ID - 23595)

is. zool. Keçiyə oxşar çöl heyvanı. Zaqatala qoruğunda sürülərlə maral, cüyür, qarapaça çöldonuzu, habelə çoxlu ayı, canavar, tülkü və başqa heyvanlar yaşayır. Gecə bir dəstə qarapaça şəhərin sərhədlərinə yanaşdı....

QARAPAPAQ1 (ID - 23596)

is. məh. Qaramala düşən bir növ yoluxucu xəstəlik.

QARAPAPAQ2 (ID - 23597)

is. dan. bax başıpapaqlı. Məgər burada bir qarapapaq yoxdur, qabağa çıxsın?

QARAPÜRƏN (ID - 23598)

is. bot. Düzənliklərdə, əsasən, nəm yerlərdə bitən bir bitki. Qarapürən və ya sirkan .. aran rayonlarında çox geniş yayılmışdır, ən çox nəm yerlərdə bitir. M.Qasımov.

QARARAN (ID - 23599)

is. bot. Qış otlaqlarında bitən çoxillik yem bitkisi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed