
QARANQUŞis. zool. Haçaquyruqlu, dar, uzun qanadlı, itiuçan köçəri quş. Qaranquş yuvası. - Qaranquşun bədən quruluşu onun çox gözəl uçma qabiliyyətinə uyğun gəlir. “Zoologiya” . // məc. İlk müjdəçi, ilk əlamət mənasında. Baharla birgə onun şux elçiləri qaranquşlar, sığırçınlar şən nəğmələrlə dəstədəstə uçuşub ötüşür. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|