
QARANLIQLAŞMAQf. Qaranlıq olmaq, qaranlıq çökmək, axşam olmaq, işıqsızlaşmaq. Artıq hava tamamilə qaranlıqlaşmışdı. M.İbrahimov. Məsum kişi.. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. Ayna Sənəm qarıgildən qaranlıqlaşanda qayıtdı. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|