İzahlı lüğət

QARITMAQ (ID - 23750)

f. dan. 1. Ərə verməyib evdə
saxlamaq, qocaltmaq (qızı). [Gülçöhrə:] Mən deyirəm ki, evdə qalıb qarıtıb qocalasan? Ü.Hacıbəyov.
2. Meyvəni bostanda saxlayıb vaxtını keçirməklə tər və təzəliyini ötürmək.

QAR-QAR (ID - 23751)

təql. Qarğanın çıxardığı səs. Qarğa qar-qar qarıldayır.

QARQARA1 (ID - 23752)

is. xüs. Ağır şeyləri qaldırmaq üçün yüksəkdə mil üstündə dolanan və üzərindən ip sallanan çarx. // Ümumiyyətlə, üzərinə ip, sap sarınan çarx. Dağın cəhrəsində əyrilən hər sap; Dağa sarınmışdır, bu sirri sən tap!...

QARQARA2 (ID - 23753)

is. Ağzı, boğazı yaxalama, dezinfeksiya etmə. // Ağzı, boğazı dezinfeksiya etmək üçün işlədilən maye dərman. Çobanyastığı çiçəklərindən hazırlanan dəmləmələrdən qarqara dərmanı kimi istifadə edilir. Əliyev. □ Qarqara...

QAR-QUR (ID - 23754)

təql. 1. Anlaşılmaz səs, danışıq. Qar-qur etmək (salmaq) - səs-küy etmək (salmaq), hamı birdən bərkdən anlaşılmaz sözlər danışmaq. Elan işçiləri həyəcana saldı, [onlar] zavodun həyətinə yığılıb qar-qur salmağa başladılar....

QARQUŞU (ID - 23755)

is. zool. Şimal meşələrində yaşayan ağ rəngli bir quş.

QARLAMA (ID - 23756)

“Qarlamaq” dan f.is.

QARLAMAQ (ID - 23757)

f. Qar yağmaq. Hava soyudu, deyəsən, qarlayacaqdır. // Qarla örtülmək.

QARLAŞMA (ID - 23758)

“Qarlaşmaq” dan f.is.

QARLAŞMAQ (ID - 23759)

1. f. Qara dönmək, qar şəklinə çevrilmək.
qarş. Əylənmək üçün bir-birinə qartopu atmaq; qar atmaq; qargülləsi oynamaq. Biz onun dərsindən qabaq; Qaçışır, qarlaşırdıq çöldə bir dəstə uşaq. Ə.Cəmil.

QARLI (ID - 23760)

sif. 1. Qarla örtülmüş, qarla örtülü. Qarlı dağlar. Qarlı çöllər. Qarlı damlar. Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyazparlar. H.Cavid. Ay işığı, dolu ürək, yaşıl bağ; Qızğın günəş, sərin çeşmə,...

QARLI-BORANLI (ID - 23761)

sif. Daim qar və boran olan, havası sərt olan. Qarlı-boranlı hava. Qarlı-boranlı çöllər.

QARLIQ (ID - 23762)

is. Çoxlu qar olan yer, qar basmış yer. Həcər meşəli qarlıqlarla irəlilədi. S.Rəhimov.

QARMA (ID - 23763)

"Qarmaq2” dan f.is.

QARMAQ1 (ID - 23764)

is. 1. Şey asmaq, yaxud qaldırmaq üçün ucu yuxarıya doğru əyilmiş qalın mıx, çəngəl. Əti qarmaqdan asmaq. Paltarı qarmaqdan asmaq.
Balıq tutmaq üçün ucu şiş çəngəl; tilov. Qarmaq atmaq (sallamaq) - balıq tutmaq üçün qarmağı...

QARMAQ2 (ID - 23765)

f. bax qanırmaq. Hətta utanmadan boylu qadının; Qollarını qarıb gəzdi polislər. M.Rahim.

QARMAQARIŞIQ (ID - 23766)

sif. və zərf 1. Bir-biri üstünə, necə gəldi tökülmüş, bir-birinə qarışmış; qat-qarışıq, nizamsız, qaydasız, tərtibsiz. Qarmaqarışıq kağızlar. Qarmaqarışıq salmaq.
Anlaşılmaz, qarışıq, dolaşıq. Qarmaqarışıq yuxu....

QARMAQARIŞIQLIQ (ID - 23767)

is. 1. Nizamsızlıq, tərtibsizlik, qarışıqlıq, qaydasızlıq. Bu evə yenicə köçmüşük, hələ qarmaqarışıqlıqdan heç şey tapmaq olmaz.
2. Hərc-mərclik, qarğaşalıq, nizamsızlıq, pozğunluq.

QARMAQBUYNUZ (ID - 23768)

sif. Buynuzları qarmaq kimi əyri olan. Gülüşgəlin qarmaqbuynuz inəkdən yaxşıca süd sağır. S.Rəhimov.

QARMAQCIQ (ID - 23769)

is. Balaca qarmaq.

QARMAQLAMA (ID - 23770)

“Qarmaqlamaq” dan f.is.

QARMAQLAMAQ (ID - 23771)

f. 1. Bir şeyi qarmağa keçirmək, qarmağa vurmaq, qarmağa ilişdirmək, qarmaqdan asmaq, yaxud qarmaqla qaldırmaq. // Qarmaqla tutmaq (balığı).
2. Qarmaqları bir-birinə keçirmək, yaxud bir şeyi qarmaq kimi edib bir-birinə bənd etmək,...

QARMAQLANMA (ID - 23772)

"Qarmaqlanmaq” dan f.is.

QARMAQLANMAQ (ID - 23773)

məch. 1. Qarmağa keçirilmək, qarmaqdan asılmaq, yaxud qarmaqla qaldırılmaq. // Qarmaqla tutulmaq (balıq).
2. Qarmaqla bir-birinə bənd edilmək, keçirilmək, ilişdirilmək, bərkidilmək.

QARMAQLI (ID - 23774)

sif. Ucunda qarmağı olan. Qarmaqlı zəncir. Qarmaqlı kəmər.

QARMAQŞƏKİLLİ (ID - 23775)

b a x qarmaqvari.

QARMAQVARİ (ID - 23776)

sif. Qarmağa oxşayan, qarmaq kimi əyri. Ənqa quşunun .. çatma qaşları vardı, amma qarmaqvari dimdiyi qartal dimdiyini andırırdı və dörd qanadı ilə caynaqlı iki əli fantastik görkəmini tamamlayırdı. Ə.Məmmədxanlı.

QARMALAMA (ID - 23777)

“Qarmalamaq” dan f.is.

QARMALAMAQ (ID - 23778)

f. Tez-tələsik tutub götürmək, qapmaq, yapışmaq, tutmaq, qamarlamaq. [Axund] gah o xuruşdan, gah bu xuruşdan qarmalayıb plova qarışdırıb udurdu içəri. Ə.Haqverdiyev. // İkiəlli tutmaq.

QARMALANMA (ID - 23779)

“Qarmalanmaq” dan f.is.

QARMALANMAQ (ID - 23780)

məch. Tez-tələsik ikiəlli götürülmək, qapılmaq, qamarlanmaq.

QARMON (ID - 23781)

is. [rus. əsli yun.] Üzərində dilləri olan iki taxtaya bənd edilmiş açılıbyığılan körüklərdən ibarət musiqi aləti. Sazın, kamançanın, qarmonun, tarın; Oxuyubçalanın, gülün, baharın; Ədibin, şairin, hər sənətkarın; Ən...

QARMONÇALAN, QARMONÇU (ID - 23782)

QARMONÇULUQ (ID - 23783)

is. Qarmonçu peşəsi, sənəti.

QARMOŞKA (ID - 23784)

[rus.] bax qarmon. İvana kamança xoş gəlmir. Ona qarmoşka lazımdır. M.S.Ordubadi.

QARNAQ (ID - 23785)

is. məh. Qar duran ver, qar qalmış ver.

QARNIAÇIQ (ID - 23786)

sif. və is. dan. Lüt, kasıb, yoxsul (bəzən təhqir yerində deyilir). [Hətəm xan:] Bab olmayan bir qarnıaçıqla qohum olmaq mənim işim deyildir. S.Rəhimov.

QARNIDOLUSU (ID - 23787)

zərf Doyunca, doyduracaq qədər.

QARNIŞİŞİK (ID - 23788)

bax qarnıyoğun. [Əmiraslan baba:] Bu kəndin qarnışişik Lələş adlı kəndxudası vardı. S.Rəhimov.

QARNIYARIQ (ID - 23789)

is. 1. Dəniz böcəyinin çox hamar və parlaq qabığı; balıqqulağı.
bot. Əksərən məzarlıqlarda bitən tikanlı, yapıq bir bitki və onun xalq təbabətində işlənən qırmızı toxumu və meyvəsi.

QARNIYOĞUN (ID - 23790)

sif. və is. Şişman, dolğun, çox kök, yekəqarın. Qəfəsinin dalında bir qarnıyoğun .. oturub yazıya məşğul idi. C.Məmmədquluzadə.

QARNİR (ID - 23791)

is. [fr.] Ət və balıq yeməklərinin yanında verilən bişmiş xəmir, tərəvəz məmulatları (makaron, kartof, göy noxud və s.).

QARNİTÜR (ID - 23792)

[fr.] Bir iş üçün lazım olan şeylər komplekti. Mebel qarnituru. Şrift qarnituru.

QARNİZON (ID - 23793)

[fr.] Bir yerdə (qalada, şəhərdə, istehkamda və s.-də) müvəqqəti və ya həmişəlik yerləşən qoşun hissəsi və hərbi idarələr. Bu işdən kənddəki qarnizon xəbər tutana qədər onlar [partizanlar] vaxt itirməyib meşəyə qaçmışdılar....

QAROV (ID - 23794)

sif. Qarovluğu olan. Qarov adam.

QAROVLUQ (ID - 23795)

is. Bəzi adamların gecələr və alaqaranlıqda zəif görməsindən, ya da heç görməməsindən ibarət görmə nöqsanı.

QAROVUL (ID - 23796)

is. 1. Keşikçi, gözətçi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. M.S.Ordubadi. □ Qarovul çəkmək - keşik çəkmək, qorumaq. Altıncısı dvornikdir, yəni gecələr həyətə qarovul çəkib, gündüzlər küçələri süpürür....

QAROVULÇU (ID - 23797)

is. b a x qarovul 1-ci mənada. Qarovulçu qoymaq istəyirəm, - deyə Şeyda gözlərini Arazın gözlərinə dikdi. A.Şaiq. Xaspolad qarovulçunun lovğa-lovğa danışdığını görərkən əsəbiləşdi. M.Hüsevn.

QAROVULÇULUQ (ID - 23798)

is. Keşikçilik, qarovulçu vəzifəsi.

QAROVULXANA (ID - 23799)

is. Qarovul üçün bina, budka və s. Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi. M.S.Ordubadi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed