
QARMAQARIŞIQsif. və zərf 1. Bir-biri üstünə, necə gəldi tökülmüş, bir-birinə qarışmış; qat-qarışıq, nizamsız, qaydasız, tərtibsiz. Qarmaqarışıq kağızlar. Qarmaqarışıq salmaq.
Anlaşılmaz, qarışıq, dolaşıq. Qarmaqarışıq yuxu. Qarma-qarışıq iş. - Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. M.S.Ordubadi. [Cəvahir] ürəyini qəflətən bürümüş qarmaqarışıq, narahat hisslərdən baş aça bilmirdi. İ.Məlikzadə. Hərc-mərc, pozğun, nizamsız. Qarmaqarışıq vəziyyət. - Düşmən bütün cəbhə boyu qarmaqarışıq bir halda ricətə başlamışdı. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|