
QARMAQ1is. 1. Şey asmaq, yaxud qaldırmaq üçün ucu yuxarıya doğru əyilmiş qalın mıx, çəngəl. Əti qarmaqdan asmaq. Paltarı qarmaqdan asmaq.
Balıq tutmaq üçün ucu şiş çəngəl; tilov. Qarmaq atmaq (sallamaq) - balıq tutmaq üçün qarmağı suya salmaq. Bir az aralıda sakit gölün başında dayanan Əlyar qarmağı sallayır və çox gözlədikdən sonra qarmağın tərpənməsinə sevinir. S.Rəhimov. İki şeyi bir-birinə ilişdirmək, bənd etmək üçün ucu əyilmiş dəmir alət, çəngəl. ..Durdum, getdim ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var. C.Məmmədquluzadə. [Usta Əsgər:] Elə diş var kəlbətin ilə çəkərlər, eləsi var maşın ilə çəkilir, eləsi də var ki, qarmaq ilə çəkilir. A.Səhhət. Paylaşın - Hamı bilsin
|