QİYMƏQOVURMA (ID - 25600)is. Qiymə edilmiş ətdən, şabalıd və s.-dən bişirilən xörək; xuruş.
|
QİYMƏLƏMƏ (ID - 25601)"Qiymələmək” dən f.is.
|
QİYMƏLƏMƏK (ID - 25602)f. Qiymə etmək, narın döymək. Əti qiymələmək.
|
QİYMƏLƏNMƏK (ID - 25603)məch. Qiymə edilmək, narın döyülmək (ət və s.).
|
QİYMƏLƏTDİRMƏK (ID - 25604)bax qiymələtmək.
|
QİYMƏLƏTMƏ (ID - 25605)"Qiymələtmək” dən f.is.
|
QİYMƏLƏTMƏK (ID - 25606)icb. Əti və s.-ni xırdaxırda doğratmaq, qiymə halına saldırmaq.
|
QİYMƏLİ (ID - 25607)sif. Xırda doğranmış ətdən hazırlanmış. Qiyməli xörək.
|
QİYMƏLİK (ID - 25608)sif. Qiyməyə yararlı, döyməyə yararlı. Qiyməlik ət.
|
QİYMƏPLOV (ID - 25609)is. aşp. Xuruşu qiymə olan plov.
|
QİYMƏŞABALID (ID - 25610)is. aşp. Qiymə və şabalıddan hazırlanan yemək, ya xuruş.
|
QİYMƏT (ID - 25611)is. [ər.] 1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin... |
QİYMƏTDAR (ID - 25612)sif. [ər. qiymət və fars. ...dar] köhn. Qiymətli, dəyərli. Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sıralarında əziz yoldaşımız Əliqulu Qəmküsarın adı həmişə zindəbad...
|
QİYMƏTLƏNDİRİLMƏ (ID - 25613)“Qiymətləndirilmək” dən f.is.
|
QİYMƏTLƏNDİRİLMƏK (ID - 25614)məch. Qiymət verilmək, dəyərləndirilmək.
|
QİYMƏTLƏNDİRMƏ (ID - 25615)“Qiymətləndirmək” dən f.is.
|
QİYMƏTLƏNDİRMƏK (ID - 25616)f. 1. Bir adamın, şeyin və ya işin əhəmiyyətini, keyfiyyətini, dəyərini düzgün başa düşüb təqdir etmək, ona qiymət vermək; dəyərləndirmək. İşçinin əməyini qiymətləndirmək. - Qəhrəman zəhmət vərdişini, əqli inkişaf...
|
QİYMƏTLƏNMƏ (ID - 25617)“Qiymətlənmək” dən f.is.
|
QİYMƏTLƏNMƏK (ID - 25618)f. Qiymətə, dəyərə malik olmaq; baha qiymətə getmək.
|
QİYMƏTLİ (ID - 25619)sif. 1. Qiyməti, dəyəri yüksək, baha olan; bahalı. Qiymətli xalça. Qiymətli hədiyyə. Qiymətli şeylər. Almaz qiymətli daşdır. - ..Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. Hələ üstəlik,...
|
QİYMƏTLİLİK (ID - 25620) |
QİYMƏTSİZ (ID - 25621)sif. 1. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz. Qiymətsiz əşyalar.
2. məc. Heç bir əhəmiyyəti olmayan. Necə qiymətsiz imiş böyük eşqim, hünərim; Kim bilir ki, dürr ilə varlanmış bir ümmanam. Şəhriyar. |
QİYMƏTSİZLƏŞDİRİLMƏ (ID - 25622)“Qiymətsizləşdirilmək” dən f.is.
|
QİYMƏTSİZLƏŞDİRİLMƏK (ID - 25623)məch. Qiymətsiz hala salınmaq, dəyərsizləşdirilmək; qiymətdən salınmaq.
|
QİYMƏTSİZLƏŞDİRMƏ (ID - 25624)“Qiymətsizləşdirmək” dən f.is.
|
QİYMƏTSİZLƏŞDİRMƏK (ID - 25625)f. Qiymətdən salmaq, dəyərsizləşdirmək; qiymətini, dəyərini aşağı salmaq, qiymətsiz hala gətirmək, son dərəcə ucuzlaşdırmaq. Xüsusi əmək qanununun olmaması fəhlələrin əməyini qiymətsizləşdirirdi. M.İbrahimov.
|
QİYMƏTSİZLİK (ID - 25626)is. 1. Heç bir qiymətə, dəyərə malik olmama; qiymətsiz şeyin keyfiyyəti.
məc. Əhəmiyyətsizlik, dəyərsizlik. |
QİYMƏTŞÜNAS (ID - 25627)sif. [ər. qiymət və fars. ...şünas] Qədir-qiymət anlayan, qiymət verə bilən, qiymətləndirə bilən.
|
QİYYƏ (ID - 25628)məh. bax qıy1. □ Qiyyə çalmaq (çəkmək) - bərk qışqırmaq, çığırmaq. Bu halda qapı döyülür, evin sakitliyi pozulur. Kəbleyi.. qapını açmağa getdikdə, pişiyin əlini tapdalayır, pişik bərk qiyyə çalır. H.Sarabski. Hərdən...
|
QLADİATOR (ID - 25629)is. [lat.] Qədim Romada: sirklərdə bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmaq üçün qullardan, əsirlərdən, yaxud məhkum edilmiş adamlardan hazırlanan pəhləvan. Qladiatorlar boş-boş gəzən avara camaatı əyləndirib ona kef vermək...
|
QLADİATORLUQ (ID - 25630)is. Qladiatorun işi, peşəsi. Bəzən varlı romalılar da öz qullarının bir hissəsini qladiatorluğa verirdilər. “Qədim dünya tarixi” .
|
QLADİOLUS (ID - 25631)is. [lat.] Süsənkimilər fəsiləsindən çoxillik bitki növü; qarğasoğanı.
|
QLASNI (ID - 25632)[rus.] tar. 1917-ci il inqilabından əvvəl Rusiyada: şəhər dumasının və ya başqa seçkili idarənin üzvü. Budur, bax, uprava məlum edir ki, təzədən dörd illik dumaya qlasnı seçmək siyahısı bu iyun ayının 27-dən elan ediləcəkdir....
|
QLAUKOMA (ID - 25633)[yun.] tib. Göz mayesi təzyiqinin artması şəklində təzahür edən ağır göz xəstəliyi.
|
QLAVA (ID - 25634)[rus.] tar. 1917-ci il inqilabından qabaq: şəhər idarəsi rəisi, bələdiyyə idarəsi başçısı. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi. C.Məmmədquluzadə.
|
QLİSERİN (ID - 25635)[yun.] Yağlardan hasil edilən, texnikada, ətriyyat istehsalında və s.-də işlədilən dadı şirintəhər qatı maye; ən sadə üçatomlu spirt.
|
QLİSSANDO (ID - 25636)[ital.] mus. Barmaqları fortepianonun dilləri, arfa, yaxud skripka kimi alətlərin simləri üzərindən yüngülcə və cəld sürüşdürməkdən ibarət çalma üsulu.
|
QLISSER (ID - 25637)[fr.] Yastıdibli, itigedən qayıq.
|
QLOBAL (ID - 25638)[lat.] Bütün Yer kürəsini bürüyə bilən. Qlobal hadisələr.
|
QLOBUS (ID - 25639)[lat.] Adətən öz oxu ətrafında fırlanan Yer kürəsinin modeli. Saçlarını geriyə daramış, uzunbığlı, ucaboylu müəllim əlində qlobus qapı ağzında göründü. M.Hüseyn. ..Qoca bir müəllim gəldi; o, əlində tutduğu qlobusda dünyanın...
|
QLÜKOZA (ID - 25640)is. [yun.] Üzüm şəkəri. “Qlükoza” adı yunanca “qlükos” sözündən gəlir ki, bu da “şirin” deməkdir və maddənin şirin dadı olduğunu göstərir. “Kimya” .
|
QNEYS (ID - 25641)is. [alm.] Qədim metaforik süxur.
|
QNOSEOLOGİYA (ID - 25642)[yun.] fəls. Idrak nəzəriyyəsi; fəlsəfənin, idrakın mənbələrindən, imkanlarından və vasitələrindən bəhs edən şöbəsi.
|
QNOSEOLOJI (ID - 25643)sif. fəls. Qnoseologiyaya, idrak nəzəriyyəsinə aid olan. Qnoseoloji görüşlər.
|
QOBELEN (ID - 25644)is. [fr.] Əllə toxunmuş şəkilli divar xalçası.
|
QOBOY (ID - 25645)is. [fr.] Nəfəsli musiqi aləti.
|
QOBU (ID - 25646)is. 1. Sel və ya çay sularının uzun müddət axması və ya zəlzələ nəticəsində əmələ gələn çuxur, çuxur yer, kiçik dərə. Qarabağ düzü çökəkliklər və qobularla zəngindir. - İçərilərə doğru yeyinlədi, ağaclıqlar dalında...
|
QOBUR (ID - 25647)is. Dəridən, ağacdan və s.-dən düzəldilmiş tapança və ya tüfəng qabı. Elmar .. tapança qoburunu tapdı. I.Əfəndiyev. Tapançanı ehmalca qoburundan çıxarıb sağ əlimə aldım və ehmalca ayaqda saxladım. Ə.Vəliyev.
|
QOBURLU (ID - 25648)sif. Qoburu olan, qobura qoyulmuş, qobur içində olan. Ələmdar beşaçılan tüfəngini, taxta qoburlu mauzerini, patrondaşlarını götürüb yaraqlandı. S.Rəhimov. [Həmidin] böyründən qayışı bozarmış, köhnə qoburlu tapança sallanırdı....
|
QOBUSTAN (ID - 25649)is. [qobu və fars. ...stan] Qobuluq, düzənlik.
|
Bu səhifə dəfə baxılıb