
QİYMƏTDARsif. [ər. qiymət və fars. ...dar] köhn. Qiymətli, dəyərli. Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sıralarında əziz yoldaşımız Əliqulu Qəmküsarın adı həmişə zindəbad alqışlarıyla zikr olunacaqdır. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|