
QLADİATORis. [lat.] Qədim Romada: sirklərdə bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmaq üçün qullardan, əsirlərdən, yaxud məhkum edilmiş adamlardan hazırlanan pəhləvan. Qladiatorlar boş-boş gəzən avara camaatı əyləndirib ona kef vermək üçün amfiteatr meydançasında bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmağa məcbur edilən adamlar idi. “Qədim dünya tarixi” . ..Qışqırdı on bir min qladiator: - Silah! Silahsızlıq - hər şeyin sonu. X.Rza.
Paylaşın - Hamı bilsin
|