İzahlı lüğət

QƏLPƏLƏNDİRİLMƏK (ID - 24600)

“Qəlpələndirmək” dən məch.

QƏLPƏLƏNDİRMƏ (ID - 24601)

“Qəlpələndirmək” dən f.is.

QƏLPƏLƏNDİRMƏK (ID - 24602)

bax qəlpələmək.

QƏLPƏLƏNƏN (ID - 24603)

f.sif. Tez qəlpələrə ayrılan, parçalanan, qəlpə-qəlpə olan, tikələnən. Qəlpələnən bomba.

QƏLPƏLƏNMƏ (ID - 24604)

"Qəlpələnmək” dən f.is.

QƏLPƏLƏNMƏK (ID - 24605)

f. Bir şeydən kiçik parça qopmaq, yaxud qırılmaq. Daş qəlpələndi. // Bir şeyə ilişib bir tikəsi qırılmaq, qopmaq. Ətəyim mıxa ilişib qəlpələndi.

QƏLPƏLƏNMİŞ (ID - 24606)

f.sif. Bir şeyə toxunub, ya ilişib bir parçası qopmuş, cırılmış. Qəlpələnmiş daş. Qəlpələnmiş köynək.

QƏLPƏLƏTMƏK (ID - 24607)

f. Bir şeyi bir şeyə toxundurub, yaxud ilişdirib bir hissəsini və ya parçasını qopartmaq, cırmaq. Dəmiri çəkiclə vurub qəlpələtmək. Paltarını mıxa ilişdirib qəlpələtmək.

QƏLPƏLİ (ID - 24608)

sif. Qəlpəsi olan, qəlpələnmiş.

QƏLPLİK (ID - 24609)

is. 1. Qəlp şeyin halı; saxtalıq. Pulun qəlpliyi.
Saxta hal, saxta hərəkət; səmimiyyətsizlik, riyakarlıq, yaramazlıq.
Canını işə verməmə; canıyanmazlıq.

QƏLSƏMƏ (ID - 24610)

is. [ər.] zool. Su heyvanlarında (balıqlarda, xərçənglərdə, molyusklarda və s.) xarici tənəffüs üzvü. Balıqlar qəlsəmələri ilə tənəffüs edirlər.

QƏLSƏMƏLİ (ID - 24611)

sif. zool. Qəlsəməsi olan, qəlsəmələri ilə tənəffüs edən. Qəlsəməli heyvanlar.

QƏLTAN (ID - 24612)

[ər.] Əsil mənası “bulanmış” , “bulaşıq” olub, adətən, qanına qəltan olmaq (etmək) yaxud al qana qəltan etmək şəklində işlənir - qanına boyanmaq (boyamaq). [Səfər bəy Ramazana, Əhmədə:] Əgər biriniz yaxın gəlsəniz,...

QƏLYAN (ID - 24613)

is. Tənbəki çəkməyə məxsus cihaz. Qəlyan çəkmək. - [Hacı Qara:] Bu dükan sizə peşkəşdir; çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? M.F.Axundzadə. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular.. S.S.Axundov....

QƏLYANALTI (ID - 24614)

is. Səhər yeməyi. Starşinadan taqımın qəlyanaltı yeyib, .. iclasa yığışdığını bilincə, Mədətov yerindən qalxaraq qazmadan bayıra sıçradı. Ə.Əbülhəsən. // Yüngül yemək. ..Elə olmaz ki, günorta bir balaca qəlyanaltı hər...

QƏLYANBAŞI (ID - 24615)

is. Qəlyanın, içərisinə tənbəki və od qoyulan hissəsi.

QƏLYANBOĞAZ (ID - 24616)

sif. dan. Uzunboğaz.

QƏLYƏ (ID - 24617)

is. aşp. Lobya, balqabaq, badımcan və s.-dən bişirilən xörək.

QƏM (ID - 24618)

is. [ər.] Kədər, dərd, qüssə, könül tutqunluğu. Insanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Eşqin yolunda qəm verə üz, aşiq inciməz....

QƏMALUD (ID - 24619)

sif. [ər. qəm və fars. ...alud] klas. Kədərli, qəmli, hüznlü; qəm gətirən, hüzn gətirən. ..Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. N.Vəzirov. QƏMAVƏR sif. [ər. qəm və fars. ...avər] klas....

QƏMDİDƏ (ID - 24620)

sif. və is. [ər. qəm və fars. ...didə] klas. Qəm görmüş, qəm çəkmiş.

QƏMƏ (ID - 24621)

is. Kiçik xəncər. Əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi: - Uşaqlar! Hazır olun! M.S.Ordubadi. Hər kəs dəyənək, tüfəng, qəmə, it götürüb getdi. A.Şaiq. Almurad baba .. dəri qından bir qəmə çıxardıb...

QƏMƏLƏMƏK (ID - 24622)

f. Qəmə ilə yaralamaq, qəmə ilə vurmaq.

QƏMƏLƏNMƏK (ID - 24623)

məch. Qəmə ilə yaralanmaq, qəmə ilə vurulmaq.

QƏMƏLİ (ID - 24624)

sif. Belinə qəmə bağlamış, belində qəmə olan, qəmə ilə silahlanmış. Hamısı qəməli və patrondaşlı, bircə Qəhrəman yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. C.Məmmədquluzadə. Hər dəvənin örkəni şişpapaq, beli...

QƏMƏLTİ (ID - 24625)

is. məh. Dəstəli kəsər alət, böyük bıçaq. Göyçəyin indi qəməlti dediyi qara saplı iri bıçağı o ili Gorusdan təzə almışdım. Ə.Vəliyev.

QƏMƏNGİZ (ID - 24626)

is. [ər. qəm və fars. ...əngiz] klas. Qəm gətirən, qüssə gətirən.

QƏMƏR (ID - 24627)

[ər.] 1. is. şair. Ay. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. Yırğalanır göy sularda; O gecələr qızı qəmər. N.Rəfibəyli. // məc. Klassik şeirdə gözəl üz mənasında. Camalın günəşdir,...

QƏMƏRÇÖHRƏ (ID - 24628)

sif. [ər. qəmər və fars. çöhrə] klas. bax qəmərüzlü.

QƏMƏRİ (ID - 24629)

sif. [ər.] Aya mənsub olan. Qəməri il (göydəki ay ilə hesab olunan il).

QƏMƏRİYYƏ (ID - 24630)

is. [ər.] İçində oturub istirahət və ya söhbət etmək üçün bağlarda qurulan üstüörtülü, yanları açıq talvar; köşk. Səhnə bağçada bir qəməriyyəni təsvir edir. A.Şaiq.

QƏMƏRSURƏT(Lİ) (ID - 24631)

bax qəmərüz(lü).

QƏMƏRÜZ(LÜ) (ID - 24632)

sif. klas. şair. Ayüzlü, aybəniz, gözəl. Ey şəmsü qəmərüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Nəsimi.

QƏMFƏZA (ID - 24633)

sif. [ər. qəm və fars. ...fəza] klas. Qəm artıran, qəm gətirən. Qəmfəza bir mənzərə təşkil qılmış kainat. M.Hadi.

QƏMGİN (ID - 24634)

sif. [ər. qəm və fars. ...gin]
Qəmli, kədərli, tutqun, məyus, pərişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm. M.S.Ordubadi. Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi....

QƏMGİNLƏŞDİRMƏ (ID - 24635)

“Qəmginləşdirmək” dən f.is.

QƏMGİNLƏŞDİRMƏK (ID - 24636)

f. Qəmgin etmək, qəmgin göstərmək; kədərli etmək, kədərli göstərmək. Bu işıq uşaqların solğun üzünü daha da qəmginləşdirirdi. C.Cabbarlı.

QƏMGİNLƏŞMƏ (ID - 24637)

“Qəmginləşmək” dən f.is.

QƏMGİNLƏŞMƏK (ID - 24638)

f. Qəmgin olmaq.

QƏMGİNLİK (ID - 24639)

is. 1. Qəmli, kədərli adamın halı.
2. Hüzn, kədər. Bədii-ruhi təsir cəhətindən “Çargah” həyəcan və ehtiras, “Bayatışiraz” qəmginlik, “Humayun” isə “Şüştər” ə nisbətən daha dərin bir kədər hissi oyadır....

QƏMXANƏ (ID - 24640)

is. [ər. qəm və fars. ...xanə] klas. Qəm evi, dərd-qəm gətirən yer. Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim; Künci-qəmxanəyə bir surəti-divar olubam. Füzuli. Sevgilim, yalnız məhəbbətdir həyatın cövhəri; Bir könül...

QƏMXAR (ID - 24641)

sif. [ər. qəm və fars. ...xar] klas. bax qəmküsar. Ey munisi-ruzigarım ana! Qəmxarü qəmküsarım, ana! Füzuli. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanımdan ayrılmaz, mana qəmxar olub. Kişvəri. Nə qədər var...

QƏMXARLIQ (ID - 24642)

is. köhn. Birinin dərdinə qalma, dərdinə şərik olma, birinin dərdli zamanında təsəlli vermə. Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm; Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa! Ə.Vahid. Ağlar halımıza biganə belə; Hardasan,...

QƏMİŞ (ID - 24643)

is. 1. B ax qamış. Stol üstündə bir dənə naxışlı gözəl qələmdan və bir qəmiş qələm var idi. P.Makulu.
2. məc. dan. zar. Təngə gətirən, əl çəkməyən, zəhlə aparan, bezikdirən adam haqqında. Söz deyirsən yenə çatmır...

QƏMİŞLİK (ID - 24644)

is. 1. Bax qamışlıq.
dan. zar. Zəhlə aparma, adamdan əl çəkməmə, adamı təngə gətirmək xasiyyəti.

QƏMKÜSAR (ID - 24645)

is. [ər. qəm və fars. ...küsar] klas. Birinin dərdini çəkən, dərdinə, qəminə qalan, dərdinə şərik olan, təsəlli verən adam; dərd yoldaşı, sadiq dost. Günbəgün könlümün artır qubarı; Pərişandır, tapmaz o qəmküsarı. M.P.Vaqif....

QƏM-QUBAR (ID - 24646)

[ər.] bax qəm. Noldu, xanım, niyə qondu çöhrənizə qəm-qubar? Ə.Cəmil.

QƏM-QÜSSƏ (ID - 24647)

[ər.] bax qəm. Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. S.S.Axundov.

QƏMLƏNDİRMƏ (ID - 24648)

“Qəmləndirmək” dən f.is.

QƏMLƏNDİRMƏK (ID - 24649)

f Kədərləndirmək, kədərlənməsinə səbəb olmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed