
QƏMXARLIQis. köhn. Birinin dərdinə qalma, dərdinə şərik olma, birinin dərdli zamanında təsəlli vermə. Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm; Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa! Ə.Vahid. Ağlar halımıza biganə belə; Hardasan, gəl bizə qəmxarlıq eylə. Şəhriyar.
Paylaşın - Hamı bilsin
|