
QƏLYANis. Tənbəki çəkməyə məxsus cihaz. Qəlyan çəkmək. - [Hacı Qara:] Bu dükan sizə peşkəşdir; çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? M.F.Axundzadə. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular.. S.S.Axundov. Çinar kölgəsində tüstülənməyir; Ixtiyar babamın ağac qəlyanı! S.Vurğun. □ Sulu qəlyan - tənbəkinin tüstüsünü sudan keçirən çəkim cihazı; nargilə. Səyyah deyir: - Bu adətlər, əfsanələr; Qəlbimizə xoş görünür xəyal qədər; Sulu qəlyan, acı tiryək nə oldu bəs? S.Vurğun.
Paylaşın - Hamı bilsin
|