QANUNLAŞDIRMA (ID - 23400)“Qanunlaşdırmaq” dan f.is.
|
QANUNLAŞDIRMAQ (ID - 23401)bax qanuniləşdirmək.
|
QANUNNAMƏ (ID - 23402)is. [ər. qanun və fars. namə] Qanunlar məcəlləsi (kitabçası), qanunlar toplusu, qanunlar toplanmış kitabça. // Qanun, qanun layihəsi. Qəzetlər yazırlar ki, duma vəzirin qanunnaməsini təsdiq eləyir. C.Məmmədquluzadə. [Əsgər bəy...
|
QANUNPƏRƏST (ID - 23403)sif. və is. [ər. qanun və fars. ...pərəst] Qanuna ciddi riayət edən, qanundan kənar çıxmayan.
|
QANUNPƏRƏSTLİK (ID - 23404)is. Qanuna ciddi surətdə riayət etmə, qanundan kənar çıxmama.
|
QANUNSUZ (ID - 23405)sif. Qeyri-qanuni, qanuna zidd, qanuna müvafıq olmayan, qanunu pozan. Qanunsuz hərəkət. Qanunsuz (z.) iş görmək. Mən ondan qanunsuz taxta alanda; Biləydim, bu gündən mənimçün də var! B.Vahabzadə.
|
QANUNSUZLUQ (ID - 23406)is. 1. Qeyri-qanunilik, qanuna uyğun olmama, qanuna zidd olma; qanunsuz hərəkət.
2. Nizamsızlıq, şuluqluq, başlı-başınalıq, hərc-mərclik. [Nizami:] Minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə... |
QANUNŞÜNAS (ID - 23407)is. [ər. qanun və fars. ...şünas] 1. Qanunları yaxşı bilən, qanunlar mütəxəssisi; hüquqşünas.
2. Qanunlara, nizam və qaydalara dəqiq surətdə riayət edən, onları lazımınca yerinə yetirən (adam). |
QANUNŞÜNASLIQ (ID - 23408)is. 1. Hökumət qanunlarını yaxşı bilmə; hüquqşünaslıq.
2. Qanunlara, nizam və qaydalara tabe olma, onları lazımınca yerinə yetirmə. |
QANUNVERİCİ (ID - 23409)sif. Qanun verən, qanun verməyə ixtiyarı olan. Qanunverici orqan.
|
QANUNVERİCİLİK (ID - 23410)is. Qanun vermə işi. Qanunvericilik hakimiyyəti.
|
QAN-YAŞ (ID - 23411)is. Göz yaşı, ağlama, yas. Qan-yaş axıtmaq (tökmək) - çox ağlamaq, çox kədərli olmaq, çox təəssüflənmək, yasa batmaq. Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən; Qan-yaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım....
|
QAPADILMA (ID - 23412)“Qapadılmaq” dan f.is.
|
QAPADILMAQ (ID - 23413) |
QAPAĞAN (ID - 23414)sif. bax qapan2.
|
QAPAQ (ID - 23415)is. 1. Hər hansı bir şeyin (qabın və s.-nin) üstünü örtən hissəsi. Sandıq qapağı. Qutu qapağı. Çaynikin qapağı.
Bəzi bədən üzvlərini örtən pərdə. Göz qapağı. Diz qapağı. - Qoca göz qapaqlarını ağır-ağır qaldırdı.... |
QAPAQCIQ (ID - 23416)is. Kiçik qapaq.
|
QAPAQLAMA (ID - 23417)"Qapaqlamaq” dan f.is.
|
QAPAQLAMAQ (ID - 23418)f. Qapağını örtmək, qapağını bağlamaq, qapağını qoyub bərkitmək, üstünə qapaq qoymaq. Samovarı qapaqlamaq. Qazanı qapaqlamaq.
|
QAPAQLANMA (ID - 23419)“Qapaqlanmaq” dan f.is.
|
QAPAQLANMAQ (ID - 23420)məch. Qapaqla örtülmək, qapağı bağlanmaq, bərkidilmək.
|
QAPAQLATMAQ (ID - 23421)icb. Qapaqla örtdürmək, bağlatmaq, üstünə qapaq qoydurmaq.
|
QAPAQLI (ID - 23422)sif. Qapağı olan, qapaqla örtülü, qapaqla bağlı olan. Qapaqlı qazan. Qapaqlı çaydan. Qapaqlı qənddan.
|
QAPAQLIQ (ID - 23423)is. Qapağa yararlı, qapaq qayrıla bilən hər şey. // Qapaq vəzifəsini görən
şey. |
QAPAQSIZ (ID - 23424)sif. Qapağı olmayan, üstü örtülməyən. Qapaqsız qazan. Qapaqsız qəhvədan. Qapaqsız qutu.
|
QAPALI (ID - 23425)sif. 1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. Qapalı ev. Qapalı qutu. Qapalı qapı. - Küçə dükanlarından başqa hər yer qapalı idi. M.S.Ordubadi. [Sübhanverdizadə] ağzı qapalı qablara baxdı və yaxınlaşıb qapaqları...
|
QAPALILIQ (ID - 23426)is. 1. Qapalı şeyin halı. Qapalı (6-cı mənada) adamın xasiyyəti. Təbiətimdəki qapalılığa rəğmən, o gənc qadın haqqında sənə heç nə söyləmədim. İ.Əfəndiyev.
Gizlilik. |
QAPAMA (ID - 23427)“Qapamaq” dan f.is.
|
QAPAMAQ (ID - 23428)f. 1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq. // Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq. // Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. - Göz yaşı Bəyimi boğdu. Əlləri...
|
QAPAN1 (ID - 23429)is. Ağır şeyləri çəkmək üçün böyük tərəzi. Güləlioğlu böyük kooperativ qapanını arabaya qoyub anbarın çardağına gətirirdi. M.Hüseyn. Çağır tərəzini, çağır qapanı; Çağır çağrışlarla şöhrət tapanı. M.Araz.
|
QAPAN2 (ID - 23430)f.sif. Dişləyən, tutan, sərt. Qapan at. - Qapan it dişini göstərməz. (Ata. sözü).
|
QAPANÇI (ID - 23431)is. Qapana baxan, qapanda şey çəkən adam.
|
QAPANÇILIQ (ID - 23432)is. Qapançı vəzifəsi, peşəsi.
|
QAPANDAR (ID - 23433)bax qapançı. Qapandaryığılmış pambığı qapanda çəkdi.
|
QAPANDARLIQ (ID - 23434)bax qapançılıq.
|
QAPANMA (ID - 23435)“Qapanmaq” dan f.is.
|
QAPANMAQ (ID - 23436)f. 1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. - Qapılar örtülüb qapanmışdır. A.Səhhət. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.
Buludla... |
QAPAN-TƏRƏZİ (ID - 23437)bax qapan1.
|
QAPATMA (ID - 23438)“Qapatmaq” dan f.is.
|
QAPATMAQ (ID - 23439)icb. Qapamağa, örtməyə, bağlamağa məcbur etmək.
|
QAPAYICI (ID - 23440)1. sif. Qapayan, örtən. Ilbizlərin bədəninin qapayıcı əzələləri.
2. is. Dəstədə, sırada ən axırıncı gedən şəxs. |
QAPAZ (ID - 23441)is. 1. Əl ayası ilə başa vurma. Amma burada yenə bir az fikirləşirəm, fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı nə üçün ilişdirirdi. M.Ə.Sabir. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz...
|
QAPAZALTI (ID - 23442)is. dan. Hər kəs tərəfindən təhqir olunan, incidilən aciz, məzlum, hüquqsuz adam.
|
QAPAZLAMA (ID - 23443)“Qapazlamaq” dan f.is.
|
QAPAZLAMAQ (ID - 23444)f. dan. Qapazla vurmaq, başına vurmaq. [Şahqulu:] Siz öləsiz, özü məni gündə min qapazlayır. N.Vəzirov.
|
QAPAZLANMA (ID - 23445)“Qapazlanmaq” dan f.is.
|
QAPAZLANMAQ (ID - 23446)məch. Qapazla vurulmaq.
|
QAPAZLAŞMA (ID - 23447)“Qapazlaşmaq” dan f.is.
|
QAPAZLAŞMAQ (ID - 23448)qarş. dan. Bir-birini qapazla vurmaq.
|
QAPÇAQ (ID - 23449)is. 1. Taxtadan qayrılmış su və ya şərab qabı; çəllək. Qapçaq su ilə doludur.
2. Cod həsirdən, kəndirdən toxunmuş, ya tikilmiş böyük kisə. Bir qapçaq kartof. |
Bu səhifə dəfə baxılıb