İzahlı lüğət

QIRILDAMA (ID - 25150)

"Qırıldamaq” dan f.is.

QIRILDAMAQ (ID - 25151)

f. Qır-qır etmək, qırıltı səsi çıxarmaq. Qarğa qırıldayır. - Mırtmırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan. M.Ə.Sabir.

QIRILDAŞMA (ID - 25152)

"Qırıldaşmaq” dan f.is.

QIRILDAŞMAQ (ID - 25153)

qarş. 1. Səs-səsə verib qır-qır etmək, qırıldamaq. Qarğalar qırıldaşır. - Hərə bir tərəfdən qırıldaşırdı. S.Rəhman.
2. məc. Hərə öz yerindən danışmaq, arası kəsilmədən nə isə demək. Kəndlilər Əmrahın gülləsi...

QIRILDATMA (ID - 25154)

“Qırıldatmaq” dan f.is.

QIRILDATMAQ (ID - 25155)

f. dan. Uzun danışmaq, mənasız danışmaq, çox danışmaq. [Ələmdar:] Ədə, boş-boş qırıldatma! S.Rəhimov.

QIRILMA (ID - 25156)

"Qırılmaq” dan f.is.

QIRILMAQ (ID - 25157)

f. 1. Kəsilmək, kəsilib ayrılmaq, qopmaq, qopub düşmək. İp qırıldı. Düymə qırılıb düşdü. - ..Taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə. C.Məmmədquluzadə.
Birdən kəsilmək,...

QIRILMAZ (ID - 25158)

sif. Möhkəm, sarsılmaz, pozulmaz; əbədi. Qırılmaz əlaqə. Qırılmaz dostluq. - [Toğrul] qırılmaz bir iradə qüvvəsi ilə və qəvi barmaqlarını sıxıb, eşidilən bir səslə: - Hər nə olursa olsun, səbat lazımdır, - dedi. H.Nəzərli....

QIRILMAZLIQ (ID - 25159)

is. Qırılmaz şeyin halı; möhkəmlik, sarsılmazlıq.

QIRILMIŞ (ID - 25160)

f.sif. 1. Kəsilmiş, üzülüb ayrılmış, qopmuş, qopub düşmüş. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Mir Cəlal.
Sınmış, parçalanmış, tikə-tikə olmuş....

QIRILTI (ID - 25161)

is. 1. Qarğanın, sağsağanın çıxardığı səs.
2. İki sərt şeyin bir-birinə sürtülməsindən çıxan səs. // Arası kəsilməyən qarışıq, anlaşılmaz səs. Qırıltıdan baş-qulağımız getdi.

QIRIM (ID - 25162)

is. dan. Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. Baxdım ki, munun qırımı özgə; Mənimlə alım-verimi özgə. Xətayi.

QIRIM-QIRTI(Q) (ID - 25163)

sif. dan. Qırıq, qırıntı, töküntü, tullantı.

QIRINTI (ID - 25164)

top. Qırılan, sındırılan, doğranan, kəsilən bir şeydən ayrılan xırda parçalar, hissələr, qırıqlar, tikələr; tullantı; xırımxırda. Çörək qırıntısı. Daş qırıntısı. Ağac qırıntısı. Yun qırıntısı. - [Alacəhrə]...

QIRIŞ (ID - 25165)

is. 1. Bir şeyin büküldüyü, qatlandığı yerdə qalan iz; bükük yeri, bürüşük. Paltarın qırışlarını ütü ilə düzəltmək.
2. Üz, bədən dərisində və s.-də əmələ gələn dərin cizgi, qırışıq. Qəhrəman aralandıqca...

QIRIŞDIRMA (ID - 25166)

“Qırışdırmaq” dan f.is.

QIRIŞDIRMAQ (ID - 25167)

f. Qırışıq hala salmaq, büzüşdürmək, əzik-büzük hala salmaq. Paltarı qırışdırmaq. - Onun [Muradın] saçlarını ağardan, üzünün dərisini qırışdıran yarım əsrlik bir həyat idi. S.Hüseyn. Bostançı alnını qırışdırıb...

QIRIŞIQ (ID - 25168)

1. Bax qırış. Köynəyin qırışığını aç. Süfrənin qırışığı. - Yeməyə-içməyə etina qalmır; Heç alnının qırışığı açılmır. A.Səhhət. Polkovnikin alnındakı qırışıqlar sıxlaşdı. M.İbrahimov.
2. sif. Qırışmış,...

QIRIŞIOLI (ID - 25169)

sif. Qırışıqları olan, qırış-qırış. Qoca adamların dərisi quru, cod, qırışıqlı olur.

QIRIŞIQLIQ (ID - 25170)

is. Qırışıq şeyin halı.

QIRIŞMA (ID - 25171)

“Qırışmaq” dan f.is.

QIRIŞMAQ (ID - 25172)

f. 1. Qırışlar əmələ gəlmək, qırış-qırış olmaq, büzüşmək, büzük-büzük olmaq, yığışmaq, qırış halına düşmək. Üzü qırışmaq. - Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü. Ə.Vəliyev.
Yığılmaq,...

QIRIŞ-QIRIŞ (ID - 25173)

sif. və zərf Qırışları çox olan, qırışıq halda olan, hər tərəfi qırışmış. Köynəyi qırış-qırış etmək. Alnı qırış-qırış olmuşdur.

QIRIŞMAL (ID - 25174)

is. dan. Zarafat tərzi ilə söylənən yüngül söyüş ifadəsi. [Qənbər:] ..Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda. C.Məmmədquluzadə. Qubernator deməzdimi ki, ay qırışmal, bu vurhavurda heç olmazsa libasla kim olduğunu niyə...

QIRIŞMIŞ (ID - 25175)

f.sif. Qırışıq hala gəlmiş, qırışqırış olmuş. Hər kəs Bədircahanın qırışmış üzünə baxsaydı, yəqin ki, sual edərdi özözündən, görəsən, bu zənən nə fikir edir? N.Vəzirov. Tapdıq .. [anasının] qırışmış üzgözünü...

QIRIŞSİFƏT (ID - 25176)

sif. Sifətinin dərisində çoxlu qırışıq olan. [Oğlan] qəribə bir iştibahla uzunburun, sallaqbığ, qırışsifət, uzunqılça adama nəzər saldı. S.Rəhimov.

QIR-QIC (ID - 25177)

is. bax qıc. Gözündən qan damırdı, əlində yalın qılınc; Yaxınlaşıb Əliyə, yapışdı, oldu qır-qıc. R.Rza.

QIR-QIR (ID - 25178)

təql. Qarğanın çıxardığı səs; qırıltı. Qır-qır etmək. - Sübh olunca gecələr darğa kimi; Yatmayır, qır-qır edir qarğa kimi. M.Ə.Sabir.

QIR-QIRA (ID - 25179)

is. məh. Qır-qır səs çıxaran uşaq oyuncağı.

QIRQOVUL (ID - 25180)

is. zool. Toyuq fəsiləsindən rəngarəng tüklü, ləzzətli əti olan iri ov quşu. Qırqovul ovu. - Kənd ovçuları yanlarında ov itləri qırqovul, turac ovuna çıxarlar. Z.Xəlil.
□ Qırqovul kimi başı kolda olmaq - qafil olmaq, ətrafında...

QIRQOVULLUQ (ID - 25181)

is. Qırqovul bol olan yer.

QIRLAMA (ID - 25182)

“Qırlamaq” dan f.is.

QIRLAMAQ (ID - 25183)

f. 1. Qır döşəmək, qır salmaq, qır ilə örtmək. Damı qırlamaq. Səkini qırlamaq.
B ax qırlanmaq 2-ci mənada. Müştükün içi qırlayıbdır.
dan. Yeni doğulmuş uşağın birinci günlərində qeyri-adi surətdə bayıra işləməsi,...

QIRLANĞIC (ID - 25184)

is. Qaranquş. İki yolçu sevimli qırlanğıc; Otüşüb bir budaqda şən: “vic-vic” . A.Şaiq. Tramvaylar sularda süzən qırlanğıc kimi axır. Mir Cəlal.

QIRLANMA (ID - 25185)

“Qırlanmaq” dan f.is.

QIRLANMAQ (ID - 25186)

1. məch. Qır döşənmək, qır salınmaq, qırla örtülmək. Damlar qırlandı. Həyət qırlandı.
2. qayıd. Hislənmək, qurumlanmaq; qurumla, his ilə dolmaq; qurum bağlamaq (baca, müştük və s.).

QIRLAŞMA (ID - 25187)

"Qırlaşmaq” dan f.is.

QIRLAŞMAQ (ID - 25188)

f. 1. Qır halına düşmək.
2. məc. dan. Bərk-bərk yapışmaq, tutmaq. Qönçə əsla Həbibdən ayrılmır. Gör necə qırlaşıb qucağına, elə bil doğma atasıdır. Ə.Vəliyev.

QIRLATMA (ID - 25189)

“Qırlatmaq” dan f.is.

QIRLATMAQ (ID - 25190)

icb. Qır saldırmaq, qır döşətmək, qırla örtdürmək. Damı qırlatmaq.

QIRLI (ID - 25191)

sif. Qır salınmış, qır döşənmiş, qırla örtülmüş. Qırlı səki. - [Ələmdar] ..qırlı damların üstündən içərinin görünüb-görünmədiyini bilmək istədi. S.Rəhimov.

QIRMA1 (ID - 25192)

is. 1. “Qırmaq” dan f.is. Ov tüfəngindən atılmaq üçün qurğuşundan tökülən xırda kürəciklər; seçmə. Bu tüfəng qırmanı çox yayır. Qırma ilə doldurulmuş patron. Qırma tüfəngi - qırma atan quş tüfəngi, ov tüfəngi.
sif....

QIRMA2 (ID - 25193)

sif. Üstü qayçılanmış, qayçı ilə vurulmuş. Qırma bığ, saqqal.

QIRMABADAM (ID - 25194)

is. Badam, fındıq və ya qoz ləpəsindən hazırlanan halva növü.

QIRMABIG(LI) (ID - 25195)

sif. Bığının üstü qayçılanmış, qayçı ilə vurulmuş. İri gövdəli, göy paltarlı, qırmabığlı Qocaoğlu kövşəndənbiçindən idarəyə qayıtdı. S.Rəhimov. Məmmədəlişah qaraqaş, qaragöz, qara qırmabığlı və qarayanız...

QIRMAQ1 (ID - 25196)

f. 1. Bərk bir şeylə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, sındırmaq. Güzgünü qırmaq. Qabları qırmaq. - Qız .. [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə, səhəngini salıb qırmışdı. S.Hüseyn....

QIRMAQ2 (ID - 25197)

bax qarmaq1. Üst-başı toztorpaq içində qısaboylu.. iri çopur burnu qırmaq kimi əyri bir topal, yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə.

QIRMA(N)C (ID - 25198)

is. Heyvanları sürərkən vurmaq üçün kirişdən, dəridən, ipdən və s.dən qayrılan uzun dəstəli qamçı; şallaq, tatarı. Salman kişi də arabanın boyunduruğuna oturdu, .. əlindəki uzun qırmancını havada bir neçə kərə şatlatdı....

QIRMA(N)CLAMA (ID - 25199)

“Qırma(n)clamaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed