QAYIRTDIRMA (ID - 24100)“Qayırtdırmaq” dan f.is.
|
QAYIRTDIRMAQ (ID - 24101)icb. Başqasına qayırtmaq, düzəltdirmək, yaxud təmir etdirmək. Evin damını qayırtdırmaq. Ayaqqabını qayırtdırmağa vermək.
|
QAYIRTMAQ (ID - 24102)“Qayırmaq” dan icb.
|
QAYIŞ (ID - 24103)is. 1. Belə bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; kəmər. Çamadan qayışı. Yəhər qayışı. Məfrəş qayışları. Çanta qayışı. - Əksərən .. cibli köynək geyərək,...
|
QAYIŞBALDIR (ID - 24104)sif. və is. dan. 1. Arıq, qıçları nazik, lakin çox qüvvətli və yapışdığı şeydən ayırmaq mümkün olmayan (adam). Qayışbaldır adam.
Əfsanələrdə: insan və ya heyvana yapışdıqda ondan ayrılmayan mövhum bir vücud. Axırda... |
QAYIŞQIRAN (ID - 24105)is. məh. bot. Çox möhkəm və qırılmaz kökləri olan bir ot.
|
QAYIŞQURD (ID - 24106)is. zool. Balıqların bədən boşluğunda parazitlik edən lentşəkilli qurd.
|
QAYITMA (ID - 24107)“Qayıtmaq” dan f.is.
|
QAYITMAQ (ID - 24108)f. 1. Getdiyi yoldan və ya yerdən geriyə, əvvəlki yerinə dönmək. O getdiyiyerdən qayıtdı. Səfərdən qayıtmaq. Geri qayıtmaq. - [Almaz:] Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm, oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin...
|
QAYITMAZ (ID - 24109)sif. 1. Dönməz, möhkəm. Seyrəltməyə xiyabanda; Qayıtmaz əllər yaraşır; Alanın kökün kəsməyə; Toxalar, belləryaraşır. Aşıq Əli.
2. Qayıtmaq mümkün olmayan, gedərgəlməz; xətərli, təhlükəli. Qızım, mən qayıtmaz bir... |
QAYKA (ID - 24110)is. [rus.] tex. Boltları bərkitmək üçün onların başına keçirilən çoxüzlü yivli halqa.
|
QAYMA (ID - 24111)is. Böyük daş parçası. Qayadan qopmuş bir qaymanı işçilər yolun ağzından bir tərəfə çəkdilər.
|
QAYMAQ (ID - 24112)is. 1. Bişirilən, ya sərilən südün, yaxud qatığın üzünə yığılan qatılaşmış yağ maddəsi. Camış (qoyun inək) qaymağı. Suvarmasam yanar otlar, çiçəklər; Ac qalanda süd verməsə inəklər; Nədən olar şor, pendir, yağ, qaymaqlar?...
|
QAYMAQÇİÇƏKLİLƏR (ID - 24113)cəm bax qaymaqçiçəyi.
|
QAYMAQÇİÇƏYİ (ID - 24114)is. bot. Çəmənlərdə, meşələrdə bitən zəhərli sarı ot. □ Qaymaqçiçəyi fəsiləsi bot. - bir çox zəhərli növləri olan çoxillik, ya birillik otlar.
|
QAYMAQLANMA (ID - 24115)“Qaymaqlanmaq” dan f.is.
|
QAYMAQLANMAQ1 (ID - 24116)f. Qaymaq tutmaq, qaymaq bağlamaq, üz tutmaq. Südün üzü qaymaqlandı.
|
QAYNADILMA (ID - 24117)“Qaynadılmaq” dan f.is.
|
QAYNADILMAQ (ID - 24118)“Qaynatmaq” dan məch. Axşama yaxın bütün evlərdə süfrələr salınar, samovar qaynadılardı. H.Sarabski.
|
QAYNADILMIŞ (ID - 24119)bax qaynanmış.
|
QAYNAQ1 (ID - 24120)is. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. “Mərcan suyu” qaynağın; Ellər sənin oynağın; Nə gözəldir yanağın; Gəlin kimi baxan Kür! Ə.Cavad. Qaynaqdan bulandıran elə bulandırdı...
|
QAYNAQ2 (ID - 24121)is. tex. 1. Metalda qaynayıb (qaynaq olub) bitişən yer.
2. Metal hissələrin aralarına ərgin metal tökmək yolu ilə onları birləşdirmə, bitişdirmə üsulu. Borunun hissələri bir-birinə qaynaq edildikdə məlum oldu ki, bunların bəziləri... |
QAYNAQ3 (ID - 24122)is. 1. Alıcı və yırtıcı quş çəngəli, caynaq. O necə quş idi, qayada səkər; Qaynağı neştərdir, qanımı tökər. Xəstə Qasım.
məc. Əl, pəncə, çəng, caynaq. Mən onu elə əlimə dolayaram ki, ömrü olanı qaynağımdan qurtara... |
QAYNAQÇI (ID - 24123)is. xüs. Qaynaq işilə məşğul olan fəhlə (bax qaynaq2). Buruqda kəmər endirilərkən, boruları eyni zamanda iki qaynaqçı qaynaqlayır. Quliyev.
|
QAYNAQÇILIQ (ID - 24124)is. Qaynaqçının işi, ixtisası.
|
QAYNAQLAMA (ID - 24125)"Qaynaqlamaq” dan f.is.
|
QAYNAQLAMAQ1 (ID - 24126)f. tex. Qaynaq etmək, qaynaq edib bitişdirmək, qaynaq vermək (bax qaynaq2). Boruları qaynaqlamaq. [Yusif:] Karkasları quraşdırdıq, bir neçə saata bütün mərtəbə hazır oldu. Bu saat elektriklə qaynaqlayırlar. S.Rəhman.
|
QAYNAQLAMAQ2 (ID - 24127)f. Qaynağına keçirmək, pəncəsinə keçirmək.
|
QAYNAQLANDIRILMAQ (ID - 24128)məch. tex. Qaynaq edilmək, qaynaq edilib bitişdirilmək. 1923-cü ildə ilk dəfə olaraq qazıma baltaları sərt xəlitələrlə qaynaqlandırılmağa başlandı. Quliyev.
|
QAYNAQLANMA1 (ID - 24129)“Qaynaqlanmaq1” dan f.is.
|
QAYNAQLANMA2 (ID - 24130)“Qaynaqlanmaq2” dan f.is.
|
QAYNAQLANMAQ1 (ID - 24131)f. tex. Qaynaq tutmaq, qaynaq olub birləşmək, bitişmək (b ax qaynaq2).
|
QAYNAQLANMAQ2 (ID - 24132)f. Qaynağa keçirilmək, pəncəyə keçirilmək (bax qaynaq3).
|
QAYNAQLI (ID - 24133)sif. xüs. Qaynağı olan, qaynaqla bitişdirilmiş.
|
QAYNAMA (ID - 24134)1. “Qaynamaq” dan f.is. Suyun qaynama dərəcəsi.
is. Bulaq, çeşmə. O ağaclar, o dadlı qaynama da; Gündən az qaldı qovrulub solsun. A.Səhhət. □ Qaynama nöqtəsi fiz. - bir cismin bir haldan başqa hala (məsələn, suyun qaynayaraq... |
QAYNAMAQ (ID - 24135)f. 1. Bərk qızdırılmaq, ya qızmaq nəticəsində buxarlanaraq pıqqıldamaq, paqqıldamaq, qələyan etmək, köpüklənmək (mayelər haqqında). Su qaynayır. Müxtəlif mayelər müxtəlif temperaturda qaynayır. // İçində maye, xörək qaynayan...
|
QAYNANMIŞ (ID - 24136)sif. Qaynama dərəcəsinə çatdırılmış, qaynama dərəcəsinə çatana qədər qızdırılmış. // Qaynar suda bişirilmiş. Qaynanmış ət. - [Gülli xanım:] Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız varsa,...
|
QAYNAR (ID - 24137)sif. 1. Qaynama halında olan; yandırıcı, çox yüksək hərarətli; dağ, büryan. Qaynar su. Qaynar çay. Çiy tərəvəzi və meyvəni xörəyə salmadan əvvəl, yaxşı yumaq və üstünə qaynar su tökmək lazımdır. - Sabun zavodunda işləyən...
|
QAYNARLIQ (ID - 24138)is. 1. Qaynar şeyin halı (b a x qaynar 1-ci mənada).
2. məc. Qızğın fəaliyyət, işdə sürət, aktivlik, coşqunluq. Həmin bu qaynarlıq Şehlidə dərzlərin çoxluğundan deyil, payızın nəmişliyindən, qışın tez gələcəyi qorxusundan... |
QAYNAŞMA (ID - 24139)“Qaynaşmaq” dan f.is. Qəsəbə yeni bir qaynaşma və şənlik hiss edirdi. Birdən camaat içinə qaynaşma düşdü. Mir Cəlal.
|
QAYNAŞMAQ (ID - 24140)f. 1. Bax qaynamaq 4-cü mənada. Kişilər, övrətlər, uşaqlar.. qarışqa kimi qaynaşırlar. C.Məmmədquluzadə. Adamlar stansiyada qaynaşırdılar. A.Şaiq. [Piri baba və qızlar] bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları...
|
QAYNATDIRMA (ID - 24141)“Qaynatdırmaq” dan f.is.
|
QAYNATDIRMAQ (ID - 24142)icb. Qaynatma işi gördürmək.
|
QAYNATMA (ID - 24143)1. “Qaynatmaq” dan f.is.
sif. Qaynadılmış, qaynadılaraq bişirilmiş. Qaynatma hədik. |
QAYNATMAQ (ID - 24144)f. 1. Bir mayeni od üstündə qaynama dərəcəsinə çatdırmaq, qaynama dərəcəsinə çatıncaya qədər qızdırmaq. Südü qaynatmaq. Suyu zərərsizləşdirməkdən ötrü ən sadə və ən əlverişli üsul onu qaynatmaqdır. // İçərisində...
|
QAYRILMA (ID - 24145)“Qayrılmaq” dan f.is.
|
QAYRILMAQ (ID - 24146)məch. 1. Emal olunmaq, hazırlanmaq, düzəldilmək. Heykəl tuncdan qayrılmışdır. Qazan misdən qayrılmışdır.
Bina edilmək, təsis edilmək, inşa olunmaq, qurulmaq, tikilmək. Bu körpü nə zaman qayrılmışdır? Təmir olunmaq, yamanmaq.... |
QAYSAQ (ID - 24147)bax qasnaq. ..Qaysağı əzəndə hava və hərarət torpağı isidir, pambıq tez bitməyə başlayır. Ə.Vəliyev.
|
QAYSAQLAMAQ (ID - 24148)bax qasnaqlamaq.
|
QAYSAQLANMAQ (ID - 24149)bax qasnaqlanmaq.
|
Bu səhifə dəfə baxılıb