İzahlı lüğət

QAYNATMAQ

f. 1. Bir mayeni od üstündə qaynama dərəcəsinə çatdırmaq, qaynama dərəcəsinə çatıncaya qədər qızdırmaq. Südü qaynatmaq. Suyu zərərsizləşdirməkdən ötrü ən sadə və ən əlverişli üsul onu qaynatmaqdır. // İçərisində maye qaynadılan qab haqqında. Samovarı qaynat. Çayniki qaynadıb daşdırmaq. - Yetər samovarı qaynadıb gətirdi. Qantəmir. Uşaq, otağı təmizləməkdə və cihazları qaynadıb yerinə qoymaqda olan anasının ətəyindən tutub dartır.. M.İbrahimov.
Bir şeyi qaynar suyun içində bişirmək, yaxud qaynar suyun içində saxlamaq. Boymadərəni qaynadıb suyunu şüşəyə tökdülər. Paltarları yumaqdan əvvəl qaynatmaq. // xüs. Metaldan düzəldilmiş cərrahlıq və başqa tibb alətlərini işlətmədən qabaq od üstündə qaynar suyun içərisində saxlayıb mikrobsuzlaşdırmaq.
xüs. Metal parçalarını qızardaraq bir-birinə yapışdırmaq, calamaq, bitişdirmək. Baltanın küpünü dəmirçi kürədə qaynadıb ağzı ilə bitişdirdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed