QAYNAQ1is. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. “Mərcan suyu” qaynağın; Ellər sənin oynağın; Nə gözəldir yanağın; Gəlin kimi baxan Kür! Ə.Cavad. Qaynaqdan bulandıran elə bulandırdı ki; Suyumuz durulmadı.
Vahabzadə. // Yerdən qaynayıb çıxan bulaq, çeşmə və s. Ağbulaq kəndinin aşağı səmtində, yaşıl meşəliyin içində qaynayan Turşsu qaynağı hamının diqqətini cəlb etməyə başladı. S.Rəhimov. Almalı, armudlu bu bağlar sənin; Səadət qaynaqlı bulaqlar sənin. Şəhriyar. // məc. Mənbə, mənşə mənasında. Sən öylə ziya qaynağısan, ey gözəl afət; Yandıqca o hüsnün şamı, pərvanə gülümsər. A.Şaiq. Paylaşın - Hamı bilsin
|