İzahlı lüğət

QULAQCIQ (ID - 26250)

is. Kiçik qulaq. Balığın ürəyi iki kameradan: qulaqcıq və qarıncıqdan ibarətdir. Cəbrayılbəyli.

QULAQKƏSƏN (ID - 26251)

is. dan. 1. Sərt olmaq üçün itlərin qulaqlarını kəsməklə məşğul olan adam. İt qulaqkəsəndən qorxar. (Ata. sözü).
2. məc. Adamaldadan, hiyləgər, kələkbaz, hiylə ilə pul çəkən. Bu göz həkimləri.. qulaqkəsən, cibkəsəndirlər,...

QULAQLAMA (ID - 26252)

“Qulaqlamaq” dan f.is.

QULAQLAMAQ (ID - 26253)

f. dan. Qulağından tutmaq. Qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov. // Bərk yapışıb buraxmamaq.

QULAQLAŞMA (ID - 26254)

“Qulaqlaşmaq” dan f.is.

QULAQLAŞMAQ (ID - 26255)

qarş. 1. Bir-biri ilə xəlvəti danışmaq, pıçıldaşmaq. ..Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı(lar). M.S.Ordubadi.
2. Bir-birinin qulağından tutub dartmaq; dalaşmaq.

QULAQLI (ID - 26256)

sif. 1. Qulaqları olan (b ax qulaq 2-ci mənada). Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal.
2. Qulağa keçirmək üçün qarmağı olan. O, alnında yerləşən qulaqlı eynəyini burnunun üzərinə...

QULAQLIQ (ID - 26257)

is. 1. İsti papağın qulağı örtən hissəsi, habelə şaxtadan qorunmaq üçün qulaqlara keçirilən isti qalpaq, yaxud qulaqları örtən örtü.
2. Radio dinləmək üçün qulaqlara keçirilən cihaz. Hər nümayəndə oturduğu yerdə qulaqlıqlar...

QULAQSIZ (ID - 26258)

sif. 1. Qulağı, yaxud qulaqları olmayan, qulaqları kəsilmiş. Qulaqsız it.
2. Qulağı, qulaqlığı olmayan. Qulaqsız papaq.

QULAQUCU (ID - 26259)

zərf Ötəri, əhəmiyyət vermədən. Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı. Ə.Əbülhəsən.

QULAQYOLDAŞI (ID - 26260)

is. Həmsöhbət. Nigar xanım dedi: - Gərək Telli xanımı Çənlibelə mənə qulaqyoldaşı gətirəsiniz. “Koroğlu” .

QULAM (ID - 26261)

is. Qədim zamanlarda: qul, kölə, nökər, xidmətçi (oğlan). Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər. M.S.Ordubadi. Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib,...

QULAN (ID - 26262)

bax qulun. [İskəndər xan:] Görəsən genə nə olubdur ki, kişi qulan kimi bağırır.. N.Vəzirov. Otlayıb doymuş bir qulan başını dik tutaraq, uzaqlara baxırdı.. İ.Əfəndiyev.

QULANCA (ID - 26263)

bax qulunca.

QULANCAR (ID - 26264)

is. bot. Bişirilib yeyilən zoğlu yabanı bitki. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarı yerə töküb .. oturdular. S.S.Axundov.

QULAN-QUŞQUN (ID - 26265)

is. Qoşqu ləvazimatının hamısı.
□ Nə qulan-quşqun - bir şeyin, bir hərəkətin daha möhtəməl, daha təbii olduğunu bildirir. Molla Ağa Fazili Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulan-quşqun....

QULBEÇƏ (ID - 26266)

is. [qul və fars. beçə] köhn.
Kiçik qul.
2. Keçmişdə təvazö üçün özünə, yaxud öz uşaqlarına işarə olaraq deyilirdi. [Hacı Qara:] Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. M.F.Axundzadə. [Ağa:]...

QULBİYABANI (ID - 26267)

b a x qulyabanı. Və belə gülünc bir zamanda, belə qulbiyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər Molla Nəsrəddinin yaranmağı təbii deyil? C.Məmmədquluzadə.

QULCUGAZ (ID - 26268)

“Qul” söz. oxş. Nola əgər gəhi sorasan halımı, çu mən; Bir qulcuğazınam sənin, ey padşahcığım. Kişvəri.

QULDAR (ID - 26269)

is. tar. Quldarlıq cəmiyyətində: qullara sahib olan adam.

QULDARLIQ (ID - 26270)

is. tar. Qullara, kölələrə sahib olma, köləlik əsasında qurulma. Quldarlıq cəmiyyəti. Quldarlıq quruluşu.

QULDUR (ID - 26271)

is. 1. Quldurluqla məşğul olan adam; çapqınçı, yolkəsən, soyğunçu. Quldur dəstəsi. - Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini .. qarətçilərə, quldurlara, adam öldürənlərə tapşırmışdı. M.S.Ordubadi. Əbdülkərim...

QULDURBAŞI (ID - 26272)

is. Quldur dəstəsinin başçısı, böyüyü, atamanı. Amma .. mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. C.Məmmədquluzadə. [Həcər xanım:] ..Şahbaz bəyin arvadı quldurbaşı Əlimərdanın...

QULDURCASINA (ID - 26273)

sif. və zərf Quldur kimi, quldura xas olan bir tərzdə. Quldurcasına basqın.

QULDURÇULUQ (ID - 26274)

bax quldurluq.

QULDUR-QAÇAQ (ID - 26275)

top. Quldurlar, qaçaqlar. [Gülpəri:] Yəqin fəqir quldur-qaçaq əlinə keçdi.. Ə.Haqverdiyev.

QULDURLUQ (ID - 26276)

is. Soyğunçuluq, yaxud öldürmək məqsədi ilə silahlı basqın; çapovulçuluq, yol kəsmə. Heydər bəy, rahat durotur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! M.F.Axundzadə. [Soltan:] Balam, mən saqqalımın bu ağ vaxtında necə...

QULİ-BİYABAN (ID - 26277)

[ər. ğul (b a x qul2) və fars. biyaban] bax qulyabanı. Bilsə idi sənə Yusif deyəcəklər, billah; Qoyar idi adını qulibiyaban, Yusif! S.Ə.Şirvani. Seyr edirəm bərrü biyabanları; Quli-biyaban görürəm, qorxmuram. M.Ə.Sabir.

QULGULA (ID - 26278)

b ax qülğülə.

QUL-QARAVAŞ (ID - 26279)

top. Nökərlər, xidmətçilər. [Hacı Murad:] ..Yanında qul-qaravaş ilə qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. S.S.Axundov.

QULLAB (ID - 26280)

is. 1. Bir udum hava çəkmə; bir çəkim, tüstünü bir nəfəs içəri çəkmə miqdarı. □ Qullab vurmaq (almaq) - papirosun, qəlyanın tüstüsünü hər dəfə içinə çəkmək. Mən əlimdəki papirosa bir qullab vuraraq, bir az düşündüm....

QULLABI (ID - 26281)

is. [ər.] Yalan, saxta, hiylə, fırıldaq; əngəl. Bu isə, bəs o ləinin də işi qullabıdır. M.Ə.Sabir.

QULLABLAMA (ID - 26282)

“Qullablamaq” dan f.is.

QULLABLAMAQ (ID - 26283)

f. Qullab vurmaq (bax qullab 1-ci mənada). Bir ara onlar susub ovucları içində saxladıqları papiroslarını qullabladılar. Ə.Əbülhəsən. Mədəd başıaçıq otaqda gəzinir, papirosu tez-tez qullablayır. Ə.Vəliyev.

QULLUQ1 (ID - 26284)

is. 1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır. - Qulam mətbəədə qulluğa düzəldi. Mir Cəlal. // İş yeri, iş. [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi. Tez-tez əsnəyirdi. M.Hüseyn. Qulluq etmək...

QULLUQ2 (ID - 26285)

is. köhn. Qul olmuş adamın halı; köləlik.

QULLUQBAZ (ID - 26286)

sif. və is. [qulluq və fars. ...baz] Qulluğu vaxtında yerinə yetirən, qulluq etməyi sevən, yaxud vəzifə ilə əlaqədar olan rəsmiyyətlərə həddindən artıq riayət edən. Manqa üzvləri [Xanpərinin] bu qədər qulluqbaz olduğuna təəccüb...

QULLUQBAZLIQ (ID - 26287)

is. Öz qulluğunu sevmə, vəzifəsi ilə əlaqədar olan rəsmiyyətlərə həddindən artıq riayət etmə.

QULLUQÇU (ID - 26288)

is. 1. Zehni əməyin müxtəlif sahələrində muzd ilə işləyən işçi; idarə xidmətçisi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb təcili teleqramları qəbul edərdi. Ə.Haqverdiyev....

QULLUQÇULUQ (ID - 26289)

is. Maaşla bir idarədə və ya bir yerdə xidmət etmə, işləmə; xidmətçilik; qulluqçunun işi, peşəsi. [Tafta:] Buradan gedəndən sonra [Sevil] Səmədgildə qulluqçuluq edirdi. C.Cabbarlı. Ehtiyac üzündən özgə qapısında qulluqçuluq...

QULP (ID - 26290)

is. Qabların və s. şeylərin əl tutan yeri, dəstəsi, sapı. Qazanın qulpu. Çaydanın qulpu. - [Musa kişi] nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Onun sağ əli su ilə dolu vedrənin qulpundan .. tutmuşdu. Ə.Əbülhəsən.
□...

QULPLAMA (ID - 26291)

“Qulplamaq” dan f.is.

QULPLAMAQ (ID - 26292)

f. Qulp taxmaq, bir qaba və s.-yə qulp və ya sap keçirmək.

QULPLATMA (ID - 26293)

“Qulplatmaq” dan f.is.

QULPLATMAQ (ID - 26294)

icb. Qulp taxdırmaq.

QULPLU (ID - 26295)

sif. Qulpu, tutacaq yeri olan. Qulplu qab. Qulplu şamdan. - Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Ə.Haqverdiyev. Yolçəkən hər bir dəstə üçün ayrıca olaraq iri qulplu qazanlarda isti xörəklər hazırlanırdı. S.Rəhimov.

QULUN (ID - 26296)

is. Körpə at balası. ..Göydə bir madyan gördüm; Yerdə qulun əmər hey. (Bayatı). Daylar tülədi, buraxdı yalı; Kişnər çalağan qulun misalı. Xətayi.

QULUNC (ID - 26297)

is. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov....

QULUNCA (ID - 26298)

is. Yeni doğulmuş at balası.

QULUNCAN (ID - 26299)

is. bot. Xalq təbabətində işlədilən, darçına oxşar bir bitki kökü. Allahqulu quluncan çayını başına çəkib, yanıqlı bir halda piyaləni Telliyə uzatdı. Çəmənzəminli. Sövdaya, bel ağrısına, badi-fitnə, sancıya; Zəncəfilü...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed