QIR-SAQQIZ (ID - 25250)is. 1. Bax qarasaqqız.
məc. dan. Adama yapışaraq əl çəkməyən, adamı təngə gətirən. O, lap qır-saqqızdır. □ Qır-saqqız olub yapışmaq - bərkbərk yapışaraq əl çəkməmək, təngə gətirmək. Bir ağızucu söz demək, bir... |
QIRT (ID - 25251)is. Cücə çıxarmaq üçün yumurta üstündə yatan toyuq. □ Qırt basdırmaq qırt düşmüş toyuğun altına yumurta qoymaq, cücə çıxarmağa yatırmaq. Qırt düşmək cücə çıxarmaq üçün yumurta üstündə oturmaq ehtiyacında olmaq...
|
QIRTIC (ID - 25252)is. bot. Taxıl fəsiləsindən yem bitkisi.
|
QIRTI (ID - 25253)is. dan. Parça, tikə, azacıq şey.
|
QIRTILDAMA (ID - 25254)“Qırtıldamaq” dan f.is.
|
QIRTILDAMAQ (ID - 25255)f. Qırt-qırt etmək.
|
QIRT-QIRT (ID - 25256)təql. Qırt toyuğun çıxardığı səs.
|
QIRTLAQ (ID - 25257)is. anat. Ağ ciyərlərlə əsnəyi birləşdirən boru; xirtdək. Son gülləsini atmış həbəş; Dişləri ilə gəmirdi; düşmənin qırtlağını. R.Rza.
|
QIRTLAMA (ID - 25258)“Qırtlamaq” dan f.is.
|
QIRTLAMAQ (ID - 25259)f. 1. Qırt-qırt etmək. Toyuq qırtlayır.
2. Xırda-xırda dişləmək. Siçan sabahadək nəyi isə qırtlayırdı. |
QIRTLAŞMAQ (ID - 25260)qarş. 1. Hamı birdən qırtqırt eləmək. Toyuqlar həyətdə qırtlaşırlar.
2. Bax qırt düşmək (“qırt” da). |
QIRTLIQ (ID - 25261)is. Qırt düşmüş toyuğun halı.
|
QIRTMAQ (ID - 25262)f. dan. Azacıq kəsmək, qopartmaq.
|
QIRTMIQ (ID - 25263)sif. dan. Qıraqlarının tükü getmiş. Başında bir qırtmıq papağı var idi.
|
QIS (ID - 25264)qıs vurmaq - qısqırtmaq; səsləyib, haraylayıb saldırmaq. Qıs vurun, qoçaqlarım; İti canavara yüyür! Aşıq Hüseyn.
|
QISA (ID - 25265)sif. 1. Boyca gödək, alçaq; gödək. Qısa boy. Qısa ağac. Qısa saç. Qısa paltar. - [Şəkər] qısa boz don, göy kofta geymişdi. Ə.Əbülhəsən.
Vaxtı, müddəti az, uzun sürməyən; sürəksiz. Qısa bir zaman keçdi. Qısa bir sükutdan... |
QISAAYAQ (ID - 25266)sif. Ayağı qısa olan. Qısaayaq miz.
|
QISABOĞAZ(LI) (ID - 25267)sif. Boğazı, quncu qısa olan, gödək boğazlı. Qısaboğaz çəkmə. Qısaboğaz corab.
|
QISABOY(LU) (ID - 25268) |
QISABOYUN(LU) (ID - 25269)sif. Boynu qısa olan. Qısaboyunlu adam.
|
QISABUYNUZ(LU) (ID - 25270)sif. Buynuzları qısa olan. Qısabuynuzlu camış.
|
QISACA (ID - 25271)sif. 1. Az qısa, çox uzun olmayan. Qısaca boylu kişi.
2. Müxtəsərcə, gödəkcə; qısa, müxtəsər; ötəri. Qısaca söhbət. - Mədəd Tapdığa qısaca suallar verməyə başladı. Ə.Əbülhəsən. // Zərf mənasında. Qısaca danışmaq.... |
QISACIQ (ID - 25272)sif. 1. Çox qısa, lap qısa. Qısacıq paltar.
2. Çox müxtəsər, lap gödək (söz, iş və s.). |
QISADALĞAÇI (ID - 25273)is. rad. Qısa dalğada radio verib qəbul etməklə məşğul olan radio həvəskarı.
|
QISADALĞALI (ID - 25274)sif. rad. Qısa dalğalarda radio verən və qəbul edən. Qısadalğalı radioverilişi qurğuları.
|
QISAQIÇ(LI) (ID - 25275)sif. Qıçları çox qısa olan. Qısaqıçlı kişi.
|
QISAQOL(LU) (ID - 25276)sif. Qolu qısa olan, qolu gödək. Qısaqollu paltar.
|
QISAQUNDAQLI (ID - 25277)sif. Qundağı qısa. [Səttarxan] qısaqundaqlı bir Avstriya karabini götürmüşdü. P.Makulu.
|
QISAQUYRUQ(LU) (ID - 25278)sif. Quyruğu uzun olmayan, gödəkquyruq. Qısaquyruq xoruz.
Sarxangilin qapısında qısaquyruqlu bir it vardı. M.Hüseyn. |
QISALDILMA (ID - 25279)“Qısaldılmaq” dan f.is.
|
QISALDILMAQ (ID - 25280)məch. Gödəldilmək, güdə kəsilmək, kəsilib qısa edilmək. // Müxtəsərləşdirilmək.
|
QISALDILMIŞ (ID - 25281)f.sif. Qısa hala salınmış, gödəldilmiş, azaldılmış, ixtisar edilmiş. Qısaldılmış palto. Qısaldılmış iş günü.
|
QISALIQ (ID - 25282)is. Qısa şeyin halı; gödəklik (uzunluq ziddi). Paltarın qısalığı. Söhbətin qısalığı. Cavabın qısalığı. Günlərin qısalığı ildə iki dəfə olur. // Müxtəsərlik.
|
QISALİFLİ (ID - 25283)sif. k.t. Lifləri, telləri qısa olan. Qısalifli pambıq.
|
QISALMA (ID - 25284)“Qısalmaq” dan f.is.
|
QISALMAQ (ID - 25285)f. 1. Gödəlmək, qısa olmaq, yığılmaq. Köynəkyuyulub qısalmışdır. Boyu qısalmaq.
2. Müddətcə azalmaq, məhdudlaşmaq. Qışda günlər qısalır. |
QISALMIŞ (ID - 25286)f.sif. Qısa hala düşmüş, gödəlmiş, azalmış. Qısalmış palto.
|
QISALTDIRMA (ID - 25287)“Qısaltdırmaq” dan f.is.
|
QISALTDIRMAQ (ID - 25288)icb. Gödəldilmək, qısa hala saldırmaq. Şalvarı dərziyə verib qısaltdırmaq. Saçlarını dəlləyə qısaltdırmaq.
|
QISALTMA (ID - 25289)“Qısaltmaq” dan f.is.
|
QISALTMAQ (ID - 25290)f. 1. Bir şeyi gödək etmək, qısa etmək, gödəltmək, azaltmaq, ixtisar etmək. Paltarın ətəklərini qısaltmaq. Paltonun qollarını qısaltmaq.
2. Müxtəsər etmək, uzatmamaq, tez qurtarmaq. Söhbəti qısaltmaq. Mübahisəni qısaltmaq.... |
QISAMETRAJLI (ID - 25291)sif. Uzunluqca adi filmlərdən qısa olan. Qısametrajlı film. - “Azərbaycanfilm” kinostudiyası bir sıra qısametrajlı filmlər istehsal etmişdir.
|
QISAMÜDDƏTLİ (ID - 25292)sif. Az müddəti nəzərdə tutan; qısa müddətdə olan, baş verən, az müddət davam edən, çox sürməyən. Qısamüddətli borc. Qısamüddətli ezamiyyət.
|
QISARAQ (ID - 25293)sif. Bir qədər qısa, gödək.
|
QISASAÇLI (ID - 25294)sif. Saçları gödək olan, saçları qısa kəsilmiş, gödəksaçlı. Qısasaçlı qız.
|
QISAYUNLU (ID - 25295)sif. xüs. Yunu qısa olan. Qısayunlu qoyunlar.
|
QISDIRMA (ID - 25296)“Qısdırmaq” dan f.is.
|
QISDIRMAQ (ID - 25297)icb. Qısmağa məcbur etmək, sıxdırmaq.
|
QISICI (ID - 25298)1. sif. Qısan, sıxan, tutan.
2. is. xüs. Sıxıcı (tutucu) alət. Hidravlik qısıcı. |
QISIQ (ID - 25299)sif. 1. Qısılmış, sıxılmış, kiçilmiş; qısaldılmış, qısa. Ağacların, divarların qısıq kölgələri ərimiş, filiz kimi donmuş dururdu. A.Şaiq.
Boğuq, tutqun, batmış, xırıltılı. |
Bu səhifə dəfə baxılıb