İzahlı lüğət

QALMAQALÇI (ID - 23200)

is. Daim qalmaqal düzəldən adam. ..Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz idi. M.İbrahimov.

QALMAQALÇILIQ (ID - 23201)

is. Daim qalmaqal salma xasiyyəti; davakarlıq.

QALMAQALLI (ID - 23202)

sif. Davalı, dava-dalaşlı, cəncəl. Qalmaqallı iş.

QALOŞ (ID - 23203)

[rus.] is. Ayağı rütubət və palçıqdan qorumaq üçün adətən çəkmə, tufli və s. üstündən geyilən rezin ayaqqabı. Ortülü qaloş. Uşaq qaloşu. - Paltoları və qaloşları çıxarıb Həsən ağaya tapşırdıq. M.S.Ordubadi. Cümlə...

QALPAQ (ID - 23204)

is. 1. Mahuddan, keçədən, bezdən, yaxud dəmirdən və s.-dən qayrılan baş örtüsü - papaq. Aşpaz qalpağı. Qaynaqçı qalpağı. - [Balacayev] əyninə ağ xalat geymiş, başına ağ qalpaq qoymuş, gözlərinə ağ dəmir saplı eynək ilişdirmişdi....

QALPAQCIQ (ID - 23205)

kiç. Kiçik qalpaq.

QALPAQLI (ID - 23206)

sif. Başına qalpaq qoymuş. Kərim baba iri qalpaqlı başını, uzun çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonra: - Buna oynaq bulud deyərlər. A.Şaiq. Hərpillədə əlvan geyimli, xoruz qalpaqlı uzunsaqqallı bir...

QALSTUK (ID - 23207)

[alm.] Köynəyin üstündən boyuna bağlanan enli lent; boyunbağı. Qalstuk bağlamaq. Ipək qalstuk. - Sənubər ərinin pencək və qalstukunu alıb asaraq, stolun üzərinə qoyulmuş yeməklərin üstünü açdı. İ.Əfəndiyev.

QALSTUKLU (ID - 23208)

sif. Boynuna qalstuk bağlamış. Boynu qalstuklu bir qarayağız adam ani sürətlə maşına baxıb, yenə furqondakı adama döndü. M.İbrahimov. Məktəb həyəti yüzlərlə əliportfelli, boğazı qalstuklu oğlan-qızla dolmuşdu. Mir Cəlal.

QALTAQ (ID - 23209)

is. Yəhərin ağacdan olan hissəsi. // Arabaya qoşulan heyvanın belinə qoyulan qoşqu aləti.

QALTAQÇI (ID - 23210)

is. Qaltaq qayıran usta.

QALTAQLAMA (ID - 23211)

“Qaltaqlamaq” dan f.is.

QALTAQLAMAQ (ID - 23212)

f. Heyvanın dalına qaltaq qoymaq, qaltaq bağlamaq.

QALTAQLANMA (ID - 23213)

“Qaltaqlanmaq” dan f.is.

QALTAQLANMAQ (ID - 23214)

məch. Heyvanın dalına qaltaq qoyulmaq, qaltaq bağlanmaq.

QALÜ (ID - 23215)

BƏLA is. [ər. qal və fars. bəla] Adətən “qalü bəladan” şəklində - lap əvvəldən, lap əzəldən, köhnə zamandan. Qalü bəladan belə olmuşdur. - Gözəl yaranıbsan qalü bəladan; Yanağın göyçəkdir güldən, lalədən. Aşıq...

QALÜ (ID - 23216)

QİL [ər.] bax qilü qal.

QALVANİK (ID - 23217)

sif. fiz. Qalvanizasiyaya aid olan. Qalvanik element. Qalvanik cərəyan.

QALVANİZASİYA (ID - 23218)

[italyan fıziki Qalvaninin adından] Tibbi və ya başqa məqsədlər üçün sabit elektrik cərəyanı tətbiqi.

QALVANOMETR (ID - 23219)

[ital. xüs. Qalvani və yun. metr] elektr. Zəif elektrik cərəyanını ölçmək üçün cihaz. Güzgülü qalvanometr. Mütəhərrik sarğaclı qalvanometr. Sabit və dəyişən cərəyan qalvanometrləri var.

QALVANOMETRIK (ID - 23220)

sif. Qalvanometrə aid olan.

QALVANOSKOP (ID - 23221)

[xar.] Elektrik dövrəsində sabit cərəyanın varlığını və onun istiqamətini təyin etmək üçün cihaz.

QAMAK (ID - 23222)

is. Torlu asma yataq.

QAMARLAMA (ID - 23223)

“Qamarlamaq” dan f.is.

QAMARLAMAQ (ID - 23224)

f. 1. Bir şeyi tez və qaba surətdə qapıb götürmək; əlləri ilə bir şeydən bərk-bərk yapışmaq, tutub saxlamaq. Stolların dalında oturanlara yaxşı baxın, haman stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin. M.S.Ordubadi.
2....

QAMARLANMA (ID - 23225)

“Qamarlanmaq” dan f.is.

QAMARLANMAQ (ID - 23226)

məch. 1. Tez və qaba surətdə qapılıb götürülmək.
2. Tutulmaq, yaxalanmaq.

QAMARLAŞDIRMA (ID - 23227)

“Qamarlaşdırmaq” dan f.is.

QAMARLAŞDIRMAQ (ID - 23228)

qarş. Hərə bir tərəfdən qamarlamaq.

QAMAŞDIRMA (ID - 23229)

“Qamaşdırmaq” dan f.is.

QAMAŞDIRMAQ (ID - 23230)

f. 1. Dişləri kəsməz və uyuşmuş bir hala salmaq (turş şey haqqında). Göyəm (alça) dişlərimi qamaşdırdı.
2. Gözləri görməz bir hala salmaq (güclü işıq, parıltı və s. təsiri ilə). Işıq gözlərimi qamaşdırdı. Qar gözlərimi...

QAMAŞIQ (ID - 23231)

sif. Qamaşmış halda olan (göz və diş haqqında).

QAMAŞMA (ID - 23232)

“Qamaşmaq” dan f.is.

QAMAŞMAQ (ID - 23233)

f. 1. Turş bir şey dişləməkdən, yaxud dişə dəyməkdən kəsməz və uyuşmuş bir hala gəlmək. Alçadan dişlərim qamaşdı.
2. Parlaq bir şeyə və ya çox güclü işığa baxmaqdan, yaxud qaranlıqdan işığa çıxarkən qaralıb görməz...

QAMBÜZİYA (ID - 23234)

[isp.] Qızdırma ağcaqanadlarını tələf etmək məqsədi ilə şirin su gölməçələrinə buraxılan çox kiçik balıq cinsi. Orta Asiyada ağcaqanad sürfələrinə qarşı mübarizə üçün onların olduğu gölməçələrə tropik ölkələrdə...

QAMÇI (ID - 23235)

is. Heyvanları vurmaq, yaxud hürkütmək üçün bir ağacın ucuna bağlanmış ip, dəri və s.; şallaq, qırmanc. Arabaçı atları saxladı, düşdü yerə. Sonra qamçını arabanın içinə tullayıb getdi. C.Məmmədquluzadə.
Bu zorbalıqda...

QAMÇILAMA (ID - 23236)

“Qamçılamaq” dan f.is.

QAMÇILAMAQ (ID - 23237)

f. 1. Qamçı ilə vurmaq. Atları qamçılamaq. - Heyvanı rahat qoymayıb qamçıladım. S.S.Axundov. Şirəli çiynindəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn. // məc. Döyəcləmək, vurmaq. Başımızın üstündə yağmur alaçığın...

QAMÇILANMA (ID - 23238)

“Qamçılanmaq” dan f.is.

QAMÇILANMAQ (ID - 23239)

məch. 1. Qamçı ilə vurulmaq, döyülmək.
2. məc. Bərk tənqid olunmaq, ifşa olunmaq. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. N.Vəzirov.

QAMÇILATMAQ (ID - 23240)

icb. Qamçı ilə döydürmək.

QAMÇILILAR (ID - 23241)

cəm zool. Təkhüceyrəli ibtidai heyvanlar; əsasən şirin sularda yaşayan və qamçıya oxşar hərəkət orqanı olan mikroskopik heyvanlar.

QAMƏT (ID - 23242)

is. [ər.] 1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş....

QAMƏTLİ (ID - 23243)

sif. Boylu-buxunlu, təndürüst, sərrast bədəni olan. Rəşid.. sadə geyimli, qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tələsik gedir, özünü ona yetirməyə çalışırdı. M.Hüseyn.

QAMIŞ (ID - 23244)

is. 1. Sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, buğumlu bir bitki; qarğı. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəfbu tərəf kişnəyə-kişnəyə çapır, sağ və salamatdır....

QAMIŞQUŞU (ID - 23245)

is. zool. Əsasən qamışlıq yerlərdə yaşayan kiçik bir quş.

QAMIŞLIQ (ID - 23246)

is. Çoxlu qamış bitən yer. [Heydər bəy:] ..Gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. M.F.Axundzadə. Qamışlıqda quruldayan qurbağalar tez-tez səslərini kəsib şappıltı ilə suya atılırdılar. İ.Şıxlı.

QAMQALAQ (ID - 23247)

is. Xarrat işləri zamanı yerə tökülən nazik taxta - talaşa. ..Sarı əlinə düşən çör-çöpü, qamqalağı, çır-çırpını samovara atır. S.Rəhimov. ..Qovrulacaq, burulacaq dilim-dilim; Hayandasa qor düşəcək qamqalağa. M.Araz.

QAMQALDAQ (ID - 23248)

is. dan. Nizamsız bir halda boşaldılıb, bir-birinin üzərinə tökülmüş şeylər.

QAMMA (ID - 23249)

[yunan əlifbasının 3-cü hərfinin adı] 1. mus. Bir yaxud bir neçə oktava daxilində qalxan, yaxud enən səslərin ardıcıl sırası. Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. Ü.Hacıbəyov.
məc. Hər...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed