QAMƏTis. [ər.] 1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natəvan.
2. Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. □ Qaməti bükülmək (əyilmək) - beli əyilmək (bəzən qocalmaq mənasında). Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|