QAŞIQ (ID - 23900)is. 1. Duru, qatı və ya dənə halında olan xörəyi qabdan götürüb yemək üçün ağac və ya metal alət. Xörək qaşığı. Çay qaşığı. Taxta qaşıq. Gümüş qaşıq. - Ağsaqqal həkim qaşıq tapıb Dəmirova bir xörək qaşığı...
|
QAŞIQAŞI (ID - 23901)is. Qaşıq ilə yeyilən duru xörək.
|
QAŞIQÇI (ID - 23902)is. Qaşıq qayıran usta.
|
QAŞIQXÖRƏYİ (ID - 23903)b ax qaşıqaşı. Dostum .. dolmaya əlini də vurmurdu: - “Qaşıqxörəyi olmursa, çörəkyeyə bilmirəm” , - dedi. Qantəmir.
|
QAŞIQLAMA (ID - 23904)“Qaşıqlamaq” dan f.is.
|
QAŞIQLAMAQ (ID - 23905)f. 1. Qaşıq ilə götürmək, qaşıq ilə götürüb yemək; qaşıq ilə alıb dadına baxmaq. // məc. Acgözlüklə yemək. [Məcid kişi:] Isti xörəyi qaşıqlayanda üfürməmiş udma, hər işdə səbirli ol. İ.Məlikzadə.
2. Qaşıq ilə... |
QAŞIMA (ID - 23906)“Qaşımaq” dan f.is.
|
QAŞIMAQ (ID - 23907)f. 1. Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dımaqlamaq. Başını qaşımaq. Dalını qaşımaq. - Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab...
|
QAŞINDIRMA (ID - 23908)“Qaşındırmaq” dan f.is.
|
QAŞINDIRMAQ (ID - 23909)icb. Qaşınma hissi doğurmaq, gicişdirmək, qıcıqlandırmaq. Gicitkən toxunduğu yeri qaşındırır.
|
QAŞINMA (ID - 23910)1. “Qaşınmaq” dan f.is.
2. is. Gicişmə, qaşınmaq ehtiyacı. Bədənimdə qaşınma var. |
QAŞINMAQ (ID - 23911)1. f. Gicişmə hiss etmək, gicişmək. Bədənim qaşınır.
2. qayıd. Dırnaqla və ya bərk bir şeylə bədənin gicişən yerini qaşımaq. [Allahqulu:] Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. Iki gün kötək dəyməyəndə... |
QAŞINTI (ID - 23912)is. 1. Bax qaşınma 2-ci mənada.
2. Taxta və s.-dən qaşınıb tökülən xırımxırda. Təknənin qaşıntısı. Ət taxtasının qaşıntısı. |
QAŞITMA (ID - 23913)“Qaşıtmaq” dan f.is.
|
QAŞITMAQ (ID - 23914)icb. Qaşınmasına səbəb olmaq; qaşınma ehtiyacı doğurmaq.
|
QAŞQA (ID - 23915)is. 1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana.
[Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim.... |
QAŞQABAQ (ID - 23916)is. Acıqlı, hirsli və ya bir şevdən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə. □ Qaşqabağı açılmaq - üzündə...
|
QAŞQABAQLI (ID - 23917)sif. Acıqlı, hirsli, tutqun üzlü. [Sərxan] gələndə ən qaşqabaqlı adamların belə dodağı qaçırdı. M.İbrahimov. [Tükəzban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı. [Yalıncaq bəyin] üst-başı toz-torpaq...
|
QAŞQABAQLILIQ (ID - 23918)is. Qaşqabaqlı adamın hal və keyfiyyəti.
|
QAŞQAL (ID - 23919)is. məh. Xır bağlanan zaman, suyu paylaşdırmaq üçün bir neçə yerdən deşilib, suyun ağzına qovulan ağac parçası.
|
QAŞQALAŞMAQ (ID - 23920)f. məh. Toqquşmaq, bir-biri ilə sözləşmək, çəkişmək, tutaşmaq, deyişmək. Ay yoldaşlar, sizə bir söz söyləyim; Kəndlilərlə qaşqalaşdı mollalar. Aşıq Mirzə.
|
QAŞQALDAQ (ID - 23921)is. zool. Əti yeyilən qara rəngli, ördəyə bənzər su quşu. Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı.. Ə.Məmmədxanlı.
|
QAŞLAMAQ (ID - 23922)f. Üzüyə qaş taxmaq.
|
QAŞLATMAQ (ID - 23923)icb. Üzüyə qaş taxdırmaq.
|
QAŞLI (ID - 23924)sif. Qaşı olan. bax qaş 2 və 3-cü mənalarda. Qaşlı üzük. Qaşlı yəhər. - Səadət xanım Gülnazı.. Laləzara apardı. Parça mağazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına...
|
QAŞOTU (ID - 23925)is. bot. Dağlıq yerlərdə, çəmənlərdə bitən çoxillik ot bitkisi.
|
QAŞOV (ID - 23926)is. Heyvanların tozunu, çirkini qaşıyıb təmizləməyə məxsus dəmirdən düzəldilmiş dişli alət. Malları hər gündə iki dəfə şotka və qaşov ilə təmiz edib, iki dəfə də onların altının otlarını dəyişdirirlər. “Əkinçi”...
|
QAŞOVLAMA (ID - 23927)“Qaşovlamaq” dan f.is.
|
QAŞOVLAMAQ (ID - 23928)f. 1. Heyvanın qaşov ilə tozunu, çirkini təmizləmək. Donqarınla donqar ayı; Qaşovlandı bütün yayı; Boz qaban ağzı dolayı... Palıd, səni kim yıxdı? M.Araz.
məc. dan. Ruhən incitmək, ruha əzab vermək (pis çalğıçı və ya... |
QAŞOVLANMA (ID - 23929)“Qaşovlanmaq” dan f.is.
|
QAŞOVLANMAQ (ID - 23930)məch. Qaşov çəkilmək, qaşovla təmizlənmək.
|
QAŞOVLATMA (ID - 23931)“Qaşovlatmaq” dan f.is.
|
QAŞOVLATMAQ (ID - 23932)icb. Qaşov çəkdirmək. Atı qaşovlatmaq.
|
QAT (ID - 23933)is. 1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları. - Bir sıra neftli sahələrin dərin qatlarında olan neft...
|
QATANQAZ (ID - 23934)sif. 1. Kobud, cod, qatlanmaz, çətin bükülən. Palazı suya saldıqda, taxta kimi qatanqaz olur.
Çirkdən, kirdən codlaşmış, sərtləşmiş (paltar və s. haqqında). Əynindəki köynək lap qatanqaz olmuşdur. |
QATAR1 (ID - 23935)is. 1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. - Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə....
|
QATAR2 (ID - 23936)is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi.
|
QATARI (ID - 23937)sif. və zərf Qatarla, qatar kimi, yan-yana sıralanmış. Sanasan pələngdən balü pər düşüb; Düzülüb dalında qatarı tellər. M.P.Vaqif.
|
QATARLAMA (ID - 23938)“Qatarlamaq” dan f.is.
|
QATARLAMAQ (ID - 23939)f. Adamları, heyvanları, yaxud şeyləri bir-birinin ardınca düzüb qatar düzəltmək.
|
QATARLANMA (ID - 23940)“Qatarlanmaq” dan f.is.
|
QATARLANMAQ (ID - 23941)bax qatarlaşmaq. Arazdan qalxan duman dəvə karvanı kimi qatarlanır.. S.Rəhimov.
|
QATARLAŞMA (ID - 23942)“Qatarlaşmaq” dan f.is.
|
QATARLAŞMAQ (ID - 23943)f. Qatar düzülmək, qatar bağlamaq (bax qatar1 1 və 2-ci mənalarda). Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! M.P.Vaqif. Dəstə ilə uçan quşlar dağınıq halda və ya müəyyən nizamla uçurlar. Məsələn,...
|
QATARLI (ID - 23944)sif. 1. Qatarı olan.
2. Zərf mənasında. Boynunda, ya belində patron qatarı (patrondaşı) olduğu halda; patrondaşlı. [Veys:] Tüfəngli, qatarlı, qollarınızda qırmızı, hansı dövlətlinin qapısından girsəniz, nəfəsi kəsiləcək!... |
QATBAQAT (ID - 23945)bax qat-qat. Milləti gördükcə belə hərcü mərc; Könlüm olur dopdolu qan qatbaqat. M.Ə.Sabir. Fikrim açılır hərdən; Göz önümdə qatbaqat. B.Vahabzadə.
|
QATDALAQ (ID - 23946)is. məh. Dalaq şişməsi xəstəliyinin xalq arasında adı.
|
QATDIRMAQ (ID - 23947)“Qatmaq” dan icb. Suvağa su qatdırmaq.
|
QATI (ID - 23948)sif. 1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.
Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. - Alaçıqların bəriyanından nazik, lakin qatı çən... |
QATIAÇILMAMIŞ (ID - 23949)sif. Qat-təzə (parça, paltar haqqında).
|
Bu səhifə dəfə baxılıb