
QAŞQABAQLIsif. Acıqlı, hirsli, tutqun üzlü. [Sərxan] gələndə ən qaşqabaqlı adamların belə dodağı qaçırdı. M.İbrahimov. [Tükəzban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı. [Yalıncaq bəyin] üst-başı toz-torpaq içində, özü .. qaşqabaqlı və kədərli idi. M.Rzaquluzadə. // məc. Çox tutqun. Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|